Qubada tədbir: “Qələbə fəlsəfəsi: Siyasi varislikdən doğan qüdrətli dövlətçilik ənənəsi”
İyunun 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı 26 İyun Silahlı Qüvvələr Gününə həsr edilmiş “Qələbə fəlsəfəsi: Siyasi varislikdən doğan qüdrətli dövlətçilik ənənəsi” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib, Ulu Öndər Heydər Əliyevin və vətən uğrundan canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev qeyd edib ki, iyunun 26-da müstəqil dövlətimizin ən mühüm atributlarından biri sayılan ordumuzun yaranmasının 105 ili tamam olur. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Silahlı Qüvvələr Günü elan edilib. Azərbaycan müstəqil dövlət olduqdan və xalqımızın dahi oğlu Heydər Əliyev yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu prosesi uğurla həyata keçirildi. Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev həm də müasir Silahlı Qüvvələrimizin yaradıcısıdır.
Filial direktoru çıxışında həm də filialın direktor müavini p.ü.f.d. Aysel Şeydayevanın əmisi, I Qarabağ müharibəsi şəhidi Altay Məmmədovun və Riyaziyyat və təbiət elmləri fakültəsinin tyutoru Günel Məlikovanın həyat yoldaşı şəhid Aqil Məlikovun keçdikləri şərəfli döyüş yolundan bəhs edib, Vətən uğrunda canlarından keçən hər bir şəhidimizin əmanətlərinin məsuliyyətini daşıdığımızı diqqətə çatdırıb. Direktor həm də Filial Elmi şurasının qərarı ilə 44 günlük Vətən müharibəsi iştirakçıları İsmət Əhmədov və Vurğun Qəniyevi Fəxri diplomla təltif edib, onların qəhrəman oğullar kimi gənclərə nümunə olduqlarını diqqətə çatdırıb.
Daha sonra çıxış edənlərdən direktor köməkçisi Mürvət Əliyev, filialın müəllimi, Vətən müharibəsi iştirakçısı İsmət Əhmədov, direktor müavini p.f.d Aysel Şeydayeva vurğulayıblar ki, Azərbaycan Ordusu 44 günlük müharibə dövründə öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini dəfələrlə nümayiş etdirdi. Azərbaycan əsgəri quruda, havada və dənizdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirdi, Ulu Öndərimizin ideyalarına sadiq, Vətənin hər bir çağırışına hər an hazır olduğunu sübut etdi. Biz də üzərimizə düşən məsuliyyəti dərk edir və bu gün şəhid ailələrinə, qazilərimizə Azərbaycan rfespublikasının Prezidenti cənab İlham Əliyevin diqət və qayğısını yerlərdə də hiss etdirmək üçün əlimizdən gələni edirik.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.