MEK-də Azərbaycan Silahlı Qüvvələrinin 105 illiyi münasibətilə tədbir keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə “Azərbaycan Milli Ordusu: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib.
Mərkəzi Elmi Kitabxananın, “Şərq” qəzetinin və Azərbaycan Türk Ocaqlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə millət vəkilləri, alimlər, şəhid ailə üzvləri, qazilər və mətbuat nümayəndələri iştirak ediblər.
Öncə Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş nitqi ilə MEK-in baş direktoru, professor Məmməd Əliyev açaraq Silahlı Qüvvələr Günü ərəfəsində qonaqları kitabxanada görməkdən məmnun olduğunu bildirib, hamını bayram münasibətilə təbrik edib. Baş direktor vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müasir ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək 44 günlük müharibədə bütün dünyaya öz gücünü nümayiş etdirməyi bacardı. Diqqətə çatdırılıb ki, Mərkəzi Elmi Kitabxana hər zaman Azərbaycanın bütövlüyü uğrunda savaşmış insanların xatirəsini yaşatmağa diqqət edir. “MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu yarandığı gündən etibarən bu istiqamətdə çoxlu sayda nəşrlər, tədqiqatlar, dissertasiyalar toplayıb oxucularının istifadəsinə verir”
Tarixçi, jurnalist, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxış edərək 1918-ci ildə ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağının tarixinə və fəaliyyətinə qısa nəzər salıb. “1912-ci ildə İstanbulda qurulmaqla Türkiyənin çöküşü prosesinin qarşısını alan "Türk ocağı"nın bir növ davamı idi Azərbaycan Türk Ocağı. Öz fəaliyyəti ilə XX əsrin əvvəllərində Azərbaycan-Türkiyə münasibətlərinə, yeni təşəkkül tapan Azərbaycan Xalq Cümhuriyyətinə öz töhfələrini verdi. Bu gün iyunun 26-sının Milli Ordu Günü kimi qeyd olunmasında Azərbaycan Türk Ocağının çox məxsusi yeri və rolu var. Milli kadraların hazırlanmasında, ideoloji əsaslarla işlərin aparılmasında bu cəmiyyətin çox böyük xidmətləri olub. Çox təəssüf ki, həmin dövrdə bu Ocaq da AXC-nin ömrü qədər fəaliyyət göstərə bilib. Türk Ocağının Azərbaycanda 101 il sonra bərpası böyük nailiyyətdir.
Hazırda bu günü böyük şərəflə qeyd edirik. Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, güclü Milli Ordumuzun sayəsində torpaqlarımız işğaldan azad olundu, Azərbaycanın öz bütövlüyünə qovuşdu. Bu 44 günlük savaşda da biz Türkiyənin dəstəyini görən zaman o illəri xatırlayırıq ”,- deyə Akif Aşırlı qeyd edib.
Çıxışının sonunda A. Aşırlı Türkiyənin ən qədim, davamlı şəkildə 112 il çıxan jurnallarından olan “Türk yurdu”nun 6 aylıq sayını MEK-ə hədiyyə edib. Qeyd olunub ki, bu jurnalın təqdim edilən buraxılışlarında Azərbaycanın 44 günlük müharibəsinə xüsusi yer ayrılıb.
Millət vəkili Arzu Nağıyev çıxışında müahribədə iştirak etmiş insan kimi orduya yaxından bələd olduğunu fəxrlə vurğulayıb. I Qarabağ müharibəsinin xronologiyasına qısa nəzər salan Arzu Nağıyev 1990-cı illərin əvvəllərində bu sahədə yaranan boşluqlardan danışıb, ordumuzun formalaşmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib.
Tarixçi-alim, dosent Firdovsiyyə Əhmədova çıxışı zamanı Azərbaycan Ordusunun AXC dövründən, yaradılma mərhələlərindən bəhs edib. Alim bu qəbildən olan tədbirlərin kitabxanada keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edərək Milli Ordunun 105 illiyinə həsr olunmuş tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə MEK rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Mətbuat Şurasının sədri Rəşad Məcid öz növbəsində kitabxananın təbliğat vasitəsi kimi əhəmiyyətini vurğulayıb və bu tarixin gənc nəslə, geniş ictimaiyyətə çatdırılmasında tədqiqatçıların rolundan danışıb.
Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Camal Yangın, , II Qarabağ müharibəsinin qazisi Rəşad Əmənov, şəhid Sübhan Əbdürrəhmanlının anası Mehriban xanım, tarix elmləri doktoru Faiq Ələkbərli, AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov mövzu ətrafında öz fikirləri ilə bölüşüblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.