ADPU əməkdaşları üçün peşəkar təlim: Təhsil sahəsində ictimaiyyətlə effektiv əlaqə
İyunun 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilən “Təhsil sahəsində ictimaiyyətlə effektiv əlaqə” mövzusunda iki günlük peşəkar təlim proqramı yekunlaşıb.
ADPU-nun filialları, fakültələri, kolleci və digər müvafiq strukturlarının ictimaiyyətlə əlaqələr və marketinq siyasətinə məsul şəxsləri üçün nəzərdə tutulan təlim proqramı iştirakçılara KİV və sosial media üçün xəbərlərin, məlumatların hazırlanması, press-relizlərin tərtibi qaydaları, diqqət edilməsi lazım olan məqamlar, tələb olunan əsas səriştələr, ifadə üsulları, sosial media resurslarından effektiv istifadə, təhsildə marketinq anlayışları və s. haqqında ətraflı təsəvvür yaratmaq, onların iş motivasiyasını artırmaq, komanda ruhunu formalaşdırmaq məqsədi daşıyır.
Proqram ərzində 34 nəfər iştirakçıya qeyd olunan istiqamətlər üzrə peşəkar təlimçilər Eltac Cəbiyev və Fəxrəddin Abdullayev, Bakı Dövlət Universitetinin dosenti, media eksperti Vəfa İsgəndərova, ADPU-nun mətbuat katibi, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov, eləcə də şöbənin redaktoru Taleh Mirzəyev, qrafik dizeyneri Elvin Vahidov və SMM mütəxəssisi Asim İbrahimovun təqdimatında təlimlər keçirilib, praktik nümunələr təqdim olunub. İnteraktiv şəraitdə keçən təlimlərdə iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı diskussiya aparılıb.
Proqramın bağlanışında iştirak edən ADPU-nun rektoru prof. Cəfər Cəfərov iştirakçıları təbrik edərək, görülən məqsədyönlü tədbirlər sayəsində universitetin nüfuzunun günü-gündən artdığını qeyd edib. Rektor əməkdaşların sahələr üzrə peşəkar kompetensiyalarının inkişaf etdirilməsində bu kimi təlimlərin əhəmiyyətinə toxunaraq, həm korporativ, həm də şəxsi qaydada daimi inkişaf proqramlarına qatılmağın vacib olduğunu vurğulayıb.
Yekunda rektor prof. Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor prof. Fikrət Rzayev və ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov tərəfindən iştirakçılara müvafiq təsdiqedici sertifikatlar təqdim olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.