BDU-nun SABAH qruplarının tələbəsi "Sülh səfiri" adını qazanıb
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Cavid Rəhimli Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Volksbund Xalq Birliyi tərəfindən təşkil olunmuş “Sülh Xətti” layihəsi çərçivəsində bir sıra səfər və tədbirlərdə iştirak edib.
Layihə çərçivəsində Cavid Rəhimli Almaniya, Polşa, Litva və Latviyanın bir sıra tarixi əhəmiyyətli şəhər və kəndlərini ziyarət edib, tarixçilərlə, diplomatlarla görüşüb, intensiv təlim proqramını uğurla tamamlamaqla "Sülh səfiri" adını qazanıb.
Səfərlər zamanı BDU tələbəsi digər layihə iştirakçılarına Qərbi Azərbaycanın tarixi, xüsusən Qafan hadisələrindən bəhs edib.
Qeyd edək ki, layihə müharibə və münaqişə ilə bağlı tarixi yerlərin araşdırılması, sülhü təşviq etmək məqsədi daşıyır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.