BDU-nun doktorantı çirkab suları ağır metallardan təmizləyən təbii sorbent əldə edib
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının doktorantı Tahir Cavadzadə İtaliyanın La Sapienza Universitində 3 aylıq elmi-tədqiqat işini uğurla yekunlaşdırıb.
Tahir Cavadzadə La Sapienza Universitinin professoru Luka Di Palmanın elmi rəhbərliyi ilə “Ingegneria Chimica Materiali Ambiente” bölümündə qida tullantılarından təbii sorbent əldə edib. Bu sorbent çirkab sulardan ağır metalları təmizləmək imkanına malikdir. Yüksək faizlə çirkab sudan misi təmizləyən təbii sorbentlərin Abşeron yarımadasının neftlə çirklənmiş sularının təmizlənilməsində tətbiqi imkanı da tədqiqat planına salınıb.
Qeyd edək ki, Tahir Cavadzadə Avropa İttifaqının 2019 - 2023-cü illər üzrə nəzərdə tutulan “Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən innovativ təlim mərkəzi” (ITACA) layihəsi çərçivəsində İtaliyada tədqiqat işi aparmaq imkanı əldə edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.