24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

Qədim türk əlifbasının oxunmasının 130 illiyinə həsr olunmuş “Qədim türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib

2 il əvvəl 702 01

Qədim türk əlifbasının oxunmasının 130 illiyinə həsr olunmuş “Qədim türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib

Bakıda qədim türk əlifbasının oxunmasının 130 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qədim türk əlifbasının oxunmasının 130 illiyinə həsr olunmuş “Qədim türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib.
Qazaxıstan, Qırğızıstan, Türkiyə, Almaniya, Monqolustan və Polşadan olan tanınmış türkoloqların iştirak etdiyi tədbir Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Türk Dövlətlərinin UNESCO üzrə Milli Komissiyalarının birgə təşkilatçılığı ilə baş tutub.
Beynəlxalq konfransı giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov türk dövlətlərinin dostluq-qardaşlıq münasibətlərindən bəhs edib. Bildirib ki, ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifbasının olmasının müstəsna əhəmiyyəti vardır.
Qədim türk əlifbasının oxunmasının 130 illiyinə həsr olunmuş tədbirin “Heydər Əliyev İli”ində keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyən rektor qeyd edib ki, bugünlərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri, ölkə Prezidenti İlham Əliyevlə birgə bəyanatları türk dünyasının daima artan nüfuzundan xəbər verir.
O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz sayəsində torpaqlarımızın işğaldan azad edildiyini, həmin ərazilərdə sürətli quruculuq və bərpa işlərinin aparıldığını bildirib.
“Ölkəmiz öz inkişaf səviyyəsinə və texnologiyalarına görə bir çox ölkəni qabaqlayır”, - deyən akademik Urxan Ələkbərov idarəçilikdə tətbiq edilən müasir texnologiyalardan bəhs edib. Bildirib ki, hazırda Azərbaycanda dövlət idarəçiliyində tam yeni sinergetik və komplementar texnologiyalardan istifadə olunur. Azərbaycan Respublikasında qazanılan uğurların əsasında Prezident İlham Əliyev tərəfindən işlənilmiş, nəzəri əsasları və tətbiq üsulları yeni olan idarəetmə texnologiyaları kompleksi dayanır.
Çıxışının sonunda rektor beynəlxalq konfransın işinə uğurlar arzulayıb.
Sonra Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev çıxış edərək 130 il əvvəl qədim türk runik yazısının kəşfinin bütün bəşər tarixində ən önəmli hadisələrdən biri olduğunu bildirib. Qeyd edib ki, 1893-cü ildə danimarkalı dilçi alim Vilhelm Tomsen tərəfindən qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıların oxunması təkcə türklər üçün deyil, bütün bəşəriyyət üçün mühüm hadisəyə çevrilmişdir. Bu yazının kəşfi o vaxta qədər Qərb elmi mühitində formalaşmış “türklər barbardır” tezisini puç etmiş oldu.
Akademiya prezidenti bildirib ki, türk yazısı müasir türk xalqlarının qədim mənəvi mədəniyyətinin şahidi və ortaq irsidir. Eyni zamanda, türk yazısı dünya sivilizasiyasında mühüm yer tutur.
Onun sözlərinə görə, türk yazısının oxunması türk xalqlarının yenidən oyanışına səbəb olub. Belə böyük bir mədəniyyət qurmuş xalqlar çağdaş nümayəndələri ilə bu möhtəşəm örnəkdən ilham alaraq öz ortaq və gələcəklərini birlikdə qurmaq yolunda əminliklə inamla addımlaya bilərlər.
“Beynəlxalq Türk Akademiyası qədim türk yazısının tədqiqatına xüsusi diqqət yetirir”, - deyən akademik Şahin Mustafayev keçən il Monqolustanın Nomqon vadisində aparılan qazıntılar nəticəsində aşkar edilən daş yazının türk dünyasında reonansa səbəb olduğunu bildirib. Qeyd edib ki, Göktürklər dövrünə aid olduğu təxmin edilən kitabədə “türk” adının hallanması bu kəşfi daha da qiymətli edir. O, qazıntılar nəticəsində yazının qalan hissəsənin də aşkar ediləcəyinə ümdvar olduğunu deyib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasını birləşdirən dəyərlərin hər zaman qorunub saxlanılması və inkişaf etdirilməsi vacibliyini qeyd edib. O, tədbirin türk xalqlarının ən dəyərli ortaq sərvəti olan türk dilini daha da inkişaf etdirmək, dünyaya tanıtmaq baxımından önəmini vurğulayıb. Bildirib ki, 130 il öncə qədim türk əlifbasının oxunması türk xalqlarının ortaq keçmişindən xəbər verir və bu,  türkdilli xalqları birləşdirən mənəvi körpüdür.
Günay Əfəndiyeva çıxışının sonunda türk yazılı abidələri ilə bağlı sərginin təşkil olunacağını da diqqətə çatdırıb.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfransın Türk sivilizasiyasının, mədəniyyətinin və tarixinin ən müxtəlif istiqamətlər üzrə tədqiq olunması və işıqlandırılması, gələcək nəsillərə ötürülməsi, qarşıda duran məsələlərin müəyyən olunması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib.
Türk dünyasında elm, təhsil, mədəniyyət, ədəbiyyatın təməlində Orxon-Yenisey abidələrinin dayandığını diqqətə çatdıran AMEA rəhbəri bu abidələrin türk dünyasının ən müqəddəs, türk dövlətçilik tarixinin ən möhtəşəm abidələrindən biri olduğunu söyləyib. O, türk xalqları nümayəndələrinin Monqolustanda yerləşən və Orxon-Yenisey abidələrinə daxil olan Ongin, Gül-Tigin, Bilgə Xaqan, Tonyukuk və digər müqəddəs abidələri ziyarət etməsinini önəmini vurğulayıb. Akademikin sözlərinə görə, Orxon-Yenisey abidələri təkcə morfologiyası, leksikası və sintaksisinə görə deyil, həm də mənasına, məzmununa, ideyasına görə də olduqca dərin məzmuna malikdir.
Qədim türk əlifbasının oxunmasının 130 illiyinə həsr olunmuş bugünkü konfransın Bakıda keçirilməsinin əhəmiyyətinə toxunan akademik İsa Həbibbəyli əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və dövlət başçısı İlham Əliyev tərəfindən bütün istiqamətlərdə inkişaf etdirilən dövlət siyasəti nəticəsində ölkəmizin bu kimi mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək üçün bütün imkanlara sahib olduğunu vurğulayıb. Bildirib ki,  Orxon-Yenisey abidələrinin xüsusən oğuz türkləri ilə bağlı olması, ölkəmizin düşmən üzərində böyük Zəfər qazanması və Azərbaycanın bütün dünya üzrə əsas türkologiya mərkəzlərindən biri olması bu tədbirin Azərbaycanda keçirilməsinə səbəb olan əsas amillərdəndir.
“Bu gün türkoloji istiqamət Azərbaycan alimlərinin əsas tədqiqat istiqamətlərindən birini təşkil edir”, - deyən AMEA rəhbəri hələ Sovet hakimiyyəti illərində Türk dünyası alimlərinin əsaslı tədqiqatlarla çıxış etdikləri “Türkologiya” jurnalının bu gün də Azərbaycanda fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli Azərbaycanın alimlərinin Orxon-Yenisey abidələrinin geniş tədqiq olunmasında böyük rola malik olduğunu qeyd edərək, ölkəmizin dünya orxonşünaslığına dəyərli töhfələr verdiyini vurğulayıb. O, türk yazı mədəniyyətinin öyrənilməsində akademiklər – Tofiq Hacıyev, Nizami Cəfərov, professor Fərhad Zeynalov xüsusi xidmətləri olduğunu diqqətə çatdırıb.

Tədbirdə Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Öcal Oğuz, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov və başqaları konfransın türk xalqlarının yazı mədəniyyətinin, onun bəşər sivilizasiyasında yerinin təbliğ edilməsi və gələcək tədqiqat prioritetlərinin müəyyən edilməsi baxımından önəmini qeyd ediblər.
Beynəlxalq konfrans plenar iclaslarla davam edib.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com