28 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda respublika elmi konfransı keçirilib (FOTO=5)

2 il əvvəl 899 01

“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda respublika elmi konfransı keçirilib

İyunun 16-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda respublika elmi konfransı keçirilib.
Əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatının, siyasi fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən sərgi nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan Ədəbiyyat Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında tarixi xidmətlərindən, ölkəsinin, xalqının tərəqqisi, rifahi naminə gördüyü misilsiz işlərdən söz açıb. O, Azərbaycan bədii ədəbi irsinin mahir bilicisi olmuş Heydər Əliyevin milli ədəbiyyata, onun ölməz yaradıcılarına qarşı olan xüsusi maraq və sevgisindən bəhs edib. Bildirib ki, ədəbiyyat və mədəniyyət xadimləri ilə şəxsən tanış olan Heydər Əliyev onların yaradıcılığına yaxından bələd idi və bu insanlara xüsusi diqqət və qayğı ilə yanaşırdı.
Akademik Rafael Hüseynov Azərbaycanın görkəmli şəxsiyyətlərinin, elm və mədəniyyət xadimlərinin, klassiklərinin yubileylərinin yüksək səviyyədə qeyd edilməsinin, ədəbiyyat xadimlərinin xatirəsinin əbədiləşdirilməsinin Ümummilli Lider Heydər Əliyevin hər zaman diqqət mərkəzində olduğunu söyləyib. Vurğulayıb ki, milli-mənəvi dəyərlərə yüksək qiymət verən Ulu Öndər hələ keçmiş sovet dönəmində bütün imkanlarını sərf edərək mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına böyük dəstək verirdi.
O, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın yalnız XX əsr tarixində deyil, milli tariximizin ən əvəzsiz, nadir şəxsiyyətlərindən biri olduğunu deyib. Bildirib ki, böyük şəxsiyyət Heydər Əliyev siyasətin incəliklərinə, elmin, ədəbiyyatın, incəsənətin ən müxtəlif sahələrinə elə həmin sahələrin təmsilçisi kimi dərindən bələd idi və bu, ona yeni güc verirdi.
“Ulu Öndər ölkəmizə rəhbərlik etməyə başladığı ilk dövlərdə Azərbaycan dilinin, ədəbiyyatının, mənəviyyatının keşiyində dayanıb”, - deyən akademik Rafael Hüseynov doğma dilimizin hərtərəfli inkişaf etdirilməsində, dövlət dili statusu qazanmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin danılmaz olduğunu vurğulayıb. O, Ulu Öndərin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunduğunu diqqətə çatdırıb.
Baş direktor qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri, rolu və imkanları çox geniş anlayış olub. Alimin sözlərinə görə, Ulu Öndər ədəbiyyatın klassik nümunələrinə yaxından bələd idi, ədəbiyyatı qəlbən sevirdi və onun ədəbiyyatın müasir yaradıcılarına səmimi münasibəti vardı. Digər tərəfdən ədəbiyyatın özü də ona güclü Azərbaycan dövlətini qurmaqda, dövlət quruculuğu siyasətinin böyük uğurla həyata keçirilməsində həlledici vasitələrdən istifadə etmək imkanları verirdi.
“Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır”, - deyə bildirən Rafael Hüseynov məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirləri siyahısına daxil edildiyini və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.
Akademik Rafael Hüseynov qeyd edib ki, Ulu Öndərin yaradıcılığını xüsusi qiymətləndirdiyi və xatirəsinin əbədiləşdirilməsi üçün qətiyyətli tədbirlər gördüyü Azərbaycanın görkəmli sənətkarlarından biri də böyük şair və dramaturq Hüseyn Caviddir.
Hüseyn Cavidin nəşinin Ulu Öndərin təşəbbüsü nəticəsində uzaq Sibirdən Azərbaycana – öz doğma Vətəninə gətirildiyini vurğulayan məruzəçi onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində də atılan ilk və qəti addımların məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf etdiyini söyləyib. O, Ümummilli Liderin göstərişləri sayəsində Hüseyn Cavidin Bakıda və Naxçıvanda ev-muzeylərinin yaradıldığını, Naxçıvandakı məzarı üzərində məqbərə ucaldıldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, dahi lider müstəqil Azərbaycana rəhbərliyi dövründə “Kitabi-Dədə Qorqud”a da böyük dəyər verib, onun təbliğini diqqət mərkəzində saxlayıb. Ümummilli Liderin 1997-ci il aprelin 20-də imzaladığı Sərəncam əsasında “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin geniş şəkildə qeyd edilməsi üçün hərtərəfli tədbirlər həyata keçirilib. Onun təşəbbüsü ilə “Kitabi-Dədə Qorqud”un 1300 illiyinə həsr olunmuş beynəlxalq tədbir və türkdilli dövlətlərin başçılarının ənənəvi zirvə görüşü eyni vaxtda təşkil olunub. 1998-ci ildə UNESCO-da beynəlxalq simpoziumun təşkili eposun dünya miqyasında təbliği işinə böyük töhfə verib.
Çıxışının sonunda akademik Rafael Hüseynov vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin istiqlalımızın, müstəqilliyimizin qorunub saxlanılmasında tarixi xidmətləri olub. Ulu Öndərin bütün xidmətlərinin fövqündə həmişə bu istiqlalımızı qorumaq, yaşatmaq, onu dönməz, əbədi etmək olub. Azərbaycan var olduqca görkəmli şəxsiyyət Heydər Əliyevin xatirəsi daim anılacaq, onun dövlətçilik fəaliyyəti, Azərbaycan xalqına qoyub getdiyi mənəvi iris araşdırılacaq və öyrəniləcəkdir.
Daha sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.
“Heydər Əliyev və klassik Azərbaycan ədəbiyyatı”, “Heydər Əliyev və müasir Azərbaycan ədəbiyyatı”, “Azərbaycan ədib və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” abidəsinin öyrənilməsində yeni mərhələ”, “Heydər Əliyevin dövlət siyasətində mədəni irs və klassiklərimizin Azərbaycan böyüklüyünün rəmzi kimi istifadəsi” bölmələrini əhatə edən tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilib.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com