İnsan hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Hər il ənənəvi olaraq ölkəmizdə 18 may – 18 iyun tarixlərində İnsan hüquqları aylığı keçirilir. Bu məqsədlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “İnsan hüquqları dövlət siyasətinin prioritet istiqamətlərindən biridir” adlı tədbir keçirdi.
Tədbirdə hüquqşünaslar Yeganə Məmmədova, Natavan Məmmədova, Şəbnəm Mirzəzadə, Fərhad Selqamlı iştirak etdilər.
Tədbiri giriş sözü ilə kitabxananınn əməkdaşı Lalə Səlimova açaraq tədbir iştirakçılarını salamladı və insan hüquqlarının mahiyyəti haqqında məlumat verdi.
MKS-in direktoru Lətifə Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda İnsan Hüquqları Aylığı çərçivəsində çoxlu maarifləndirici tədbirlərin keçirildiyini vurğuladı, insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi olduğunu və hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 39 nömrəli Vəkillər Bürosunun müdiri Yeganə Məmmədova çıxışında Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş insan və vətəndaş hüquq və azadlıqları haqqında geniş məlumat verərək ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin önəmini diqqətə çatdırdı. O, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasından, hüququ dövlətin yaranmasından danışdı.
Hüquqşünas Fərhad Selqamlı mülkiyyət hüquqları, işçilərin əmək haqqlarının hesablanması haqqında məlumat verdi. Azərbaycan Respublikasının Beynəlxalq Bankında çalışan hüquqşünaslar Nətavan Məmmədova və Şəbnəm Mirzəzadə əmanətci hüquqlarından, əmanətlərin qorunmasında, kreditlərin qaytarılmasında yaranan problemlərdən söz açdılar.
Tədbirin sonunda 18 iyun – İnsan Hüquqları Günü ilə əlaqədar diskussiyalar aparıldı və kitabxana əməkdaşlarını maraqlandıran suallar cavablandırıldı.
Masaların üstündə insan hüquqları ilə bağlı kitab və bukletlər nümayiş olundu.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.