Masallıda Qurtuluş Günü münasibətilə bayram konserti keçirilib
Masallı Rayon İcra Hakimiyyətinin və Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ümummilli Liderin adını daşıyan parkda 15 iyun – Milli Qurtuluş Gününə həsr edilmiş möhtəşəm bayram konserti təşkil olunub.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi Nərgiz Kərimovanın aparıcılığı ilə düzənlənən düzənlənən konsert proqramında Azərbaycan Respublikasının Əməkdar artisti Elnarə Abdullayevanın, xareoqraf Mətin Ələkbərli və Gündüz Babayevin rəhbərlik etdiyi rəqs qruplarının, həmçinin rayon mədəniyyət mərkəzinin solistləri – Miriş Hüseynovun, Atamoğlan və Ruslan Zahidovların və Şamo İbayevin ifasında rəngarəng mahnı və musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bayram konsertinə atəşfəşanlıqla yekun vurulub.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.