Azərbaycan Dövlət Pedaqoji Universitetində
“Böyük xilaskarlıq missiyası” mövzusunda konfrans keçirilib
İyunun 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününə həsr olunmuş “Böyük xilaskarlıq missiyası” adlı konfrans keçirilib.
Mərkəzin müdiri Tahir Süleymanovun moderatorluğu ilə baş tutan tədbirin əvvəlində həm Ulu Öndərin, həm də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün həmvətənlərimizin xatirəsi sükutla yad edilib, sonra Heydər Əliyevin 1969-2003-cü illərdəki fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, fenomenal şəxsiyyət olan Heydər Əliyev öz ölkəsinə iki dəfə, bir-birindən köklü şəkildə fərqlənən iki sosial-iqtisadi və siyasi sistem şəraitində uğurla rəhbərlik edə bilmiş nadir liderlərdəndir. Onun Azərbaycana ilk dəfə başçılıq etdiyi 1969-1982-ci illərdə respublika əksər göstəricilərə görə Sovet İttifaqında qərarlaşdığı sonuncu pillələrdən ön mövqelərə yüksəlib, təhsilin, səhiyyənin, mədəniyyətin və cəmiyyət həyatının digər sahələrinin inkişafı sahəsində təsirli tədbirlər görülüb. Həmin dövrdə yüz minlərlə insan yeni mənzillərə köçüb, əhalinin bütün təbəqələrinin həyat səviyyəsi və maddi durumu əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Bütün bunlara görə, 1990-cı illərin əvvəllərində iqtisadi tənəzzül misli görünməmiş həddə çatanda, rayonlar bir-birinin ardınca işğal olunanda xalqımız yenidən üzünü məhz Ümummilli Liderə tutdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndərin rəhbərliyə dəvət edilməsi ölkəni xaos, anarxiya və alovlanmaqda olan vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Heydər Əliyevin müstəsna qətiyyəti, iradəsi və idarəçilik təcrübəsi sayəsində qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, hakimiyyəti zorakı yollarla devirmək praktikasına birdəfəlik son qoyuldu. Görülən məqsədyönlü tədbirlər və həyata keçirilən islahatlar nəticəsində iqtisadi tənəzzül və hiperinflyasiya meyilləri tədricən aradan qaldırıldı, 90-cı illərin ikinci yarısından etibarən Azərbaycan davamlı inkişaf yoluna qədəm qoydu.
Rektorun çıxışından sonra fəlsəfə elmləri doktoru, professor Əyyub Kərimov “Azərbaycan sürətli inkişaf yollarında (1969-1987-ci illər)”, Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova “Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri (1993-2003-cü illər)” mövzularında məruzə ediblər. “91-lər”in nümayəndəsi, Cəbr və həndəsə kafedrasının dosenti Heydər Hüseynov YAP-ın yaradılması prosesi və Ümummilli Liderlə bağlı xatirələrini danışıb.
Tədbirin gedişində Uşaq xorunun ifasında “Sən elə bir zirvəsən”, gənc müğənni Vüqar Muradovun ifasında “Ulu bir sərkərdə, Ulu bir Öndər” mahnıları dinlənilib. Filologiya fakültəsinin tələbəsi, “Meh” ədəbi dərnəyinin üzvü Cəmilə Məmmədova Xalq şairi Zəlimxan Yaqubun “ Ömrün Heydər zirvəsi” adlı şeirini səsləndirib
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.