VÜSALƏ MƏMMƏDOVA:
Bu gün Qaratelin şəhid olduğu gündür...
31 il öncənin bu günü erməni silahlı qüvvələri Qazaxın Aşağı Əskipara kəndi istiqamətində hücuma keçirlər... Ağır döyüşlərdə əsir götürülən Qaratel dərhal intiharı seçir...
12 gün sonra, iyunun 26-da onun və digər dörd döyüşçümüzün nəşini geri almaq mümkün olur...
Qaratel subay idi, gənc yaşda itirdiyi qardaşının 3 uşağına öz övladı kimi baxırdı... Şahidlərin dediyinə görə kəndi də məhz “qardaşımın məzarını qoyub gedə bilmərəm” deyərək, tərk etməmişdi, kəndin müdafiəsinə qoşulmuşdu...
Qaratel həm də Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olub…
Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub...
Qaratel Hacımahmudova UNEC məzunudur, tələbəlik dövrünü əks etdirən sənədlər universitetin muzeyində qorunub saxlanır...
Mənim araşdırmalarıma görə Qaratel yeganə qadın əsirdir... 9 ildən çoxdur davam edən araşdırmalarımda başqa qadın əsir olması faktına rast gəlməmişəm. Əgər bu barədə ətraflı məlumatı olan varsa, mənə yazarsa, məmnun olaram...
Qaratelin əziz ruhuna sonsuz sayğılarla...
2023.06.14
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.