“Biz heç vaxt belə sevinməmişdik” 1-ci hissə
Təkcə nitqi əngəlli uşaqların himninin bədən dili ilə necə səsləndirməsinin özü bir başqa aləm idi
“Son zəng” ərəfəsi həmin tədbiri işıqlandırmaq üçün cenub.az saytına bir neçə məktəbdən təklif gəlmişdi. Ən maraqlısı isə Bakıdan, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika Xüsusi İnternet Məktəbindən gələn təklif öldü. Biz öncə bu internatın facebook səhifəsinə nəzər saldıq. Son aylar bu məktəbdə keçirilən bir-birindən maraqlı tədbirlər diqqətimizi çəkdi. Həm də bu məktəbə Masallının keçmiş Təhsil Şöbə müdiri işləmiş Tariyel Əkbərovun rəhbərlik etməsi bu marağı daha da artırdı.
Hər hansı normal orta məktəbdə “Son zəng” tədbirini digər məktəblərdən fərqləndirmək çətin olsa da, nitqi əngəlli uşaqların tədbirində bu mənzərə tam fərqli idi.
Xatırladaq ki, adı çəkilən məktəb 1969-cü ildə yaradılıb. Ölkəmizə 1 milyona yaxın qaçqın və məcburi köçkünün gəlməsi ilə bağlı bu məktəbin binasının yarısı onların sərəncamına verilib. Bu məktəbdə 400-dən artıq müəllim, 600-ə yaxın şagird var. Bir qədər sonra yenidən bu məktəb haqqında məlumata qayıdacağıq. İndi isə yenə də “Son zəng” haqqında bəzi məqamlara qayıdaq.
Bu tədbirə Elm və Təhsil Nazirliyinin müşaviri (Nigar Bağırlı), Nizami Rayon İcra hakimiyyətinin (Aytən Adilova) , bu rayonun YAP RT-nın, sədri (Ramil Vəlibəyov), şəhid anası Mətanət Quliyeva, QHT təmsilçiləri (Cəmilə Abdulova, Arzu Bağırova) və mətbuat orqanlarının nümayəndələri (Şərəfəddin İlkin və Zahir Əmənov), müğənni Aqşin Fateh, eləcə də digərləri qatılmışdı.
Yuxarıda qeyd etdiyim kimi, bu tədbirdə nitqi qüsurla uşaqlar 10-a yaxın rəqs ifa etdilər “Qaragöz boy-boydan” tutmuş “Valsa” qədər.
Uşaqların üzündə çox kövrək təbəssüm var idi ki. Oynayırdılar, şənlənirdilər lakin.. hər şey bədən dili, əllərlə. Musiqiyə elə gözəl reaksiya verir, mahnının sözlərini əlləri ilə sanki səmaya yazırdılar. Məktəbin direktoru Tariyel Əkbərova elə həvəslə rəqsə dəvət etdilər ki, buna bir çox direktorlar həsəd apara bilərlər.
Tədbirə nitqi qüsurlu uşaqların valideynləri də qatılmışdı. Onların əksəriyyəti məktəbə yeni təyin edilmiş direktor Tariyel Əkbərovdan böyük məhəbbətlə razılıq etdilər. Onun təşkilatçılığını, cəsarətli addımlarını təqdir etdilər.
Tədbirdə həmin internet məktəbin kollecə qəbul olunmuş 8 şagirdinə fəxri-fərmanlar verildi.
Məktəblə, eləcə də bu günkü təəssüratımız o qədər genişdir ki, biz cenub.az-ın sabahkı buraxılışında bu 3 saylı xüsusi internat məktəbinin özəllikləri barədə ayrıca yazı təqdim etməyi planlaşdırırıq.
Qısası, 2-ci yazıda sizi daha maraqlı məlumatlar gözləyir
Cenub.az. Zahir Əmənov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.