BDU əməkdaşları Şərqi Zəngəzur iqtisadi rayonunda tədqiqat aparıblar
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və kafedra əməkdaşları Aytən Səmədova, Nailə Cəfərova “Qarabağ ərazisində çayların çirklənmə səviyyəsinin tədqiqi və aradan qaldırılması yollarının işlənməsi” qrant layihəsi çərçivəsində Şərqi Zəngəzur iqtisadi rayonunda tədqiqat aparıblar.
Tədqiqat ərazisində Oxçuçay üzrə müxtəlif məntəqələrdən (Sayıflı, Bürünü və Cahangirbəyli), həmçinin Həkəri və Bəsitçaydan nümunələr götürülüb.
Aparılan analizlərin nəticələrinə əsasən, çay sularının zəhərli maddələrdən təmizlənməsi üçün ekoloji səmərəli təkliflərin irəli sürülməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və kafedra əməkdaşları Aytən Səmədova, Nailə Cəfərova “Qarabağ ərazisində çayların çirklənmə səviyyəsinin tədqiqi və aradan qaldırılması yollarının işlənməsi” layihəsi ilə Azərbaycan Elm Fondunun 2022-2024-cü illərdə “Qarabağ Azərbaycandır!” məqsədli qrant müsabiqəsinin qalibi olub. Layihənin məqsədi transsərhəd çaylarından su və dib çöküntüsü nümunələrinin götürülərək çirklənmə dərəcəsinin təyin edilməsidir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.