BDU-da elmi seminar: “Abşeron şəraitində Şərqi Asiya mənşəli ağac və kol bitkilərinin introduksiyasının elmi əsasları”
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Bioekologiya kafedrasının doktorantı Şəfəq Bağırovanın “Abşeron şəraitində Şərqi Asiya mənşəli ağac və kol bitkilərinin introduksiyasının elmi əsasları” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi qeyd edib ki, yarımsəhra zonasında yerləşən Abşeron yarımadası çirklənmiş ətraf mühitə malikdir. Buna görə də mövcud təbii bitki örtüyü atmosferin təmizlənməsində və bölgənin ekoloji tarazılığının qorunub saxlanılmasında əhəmiyyətli rol oynaya bilmir. Ətraf mühitin tənzimlənməsi üçün Abşerona yeni, dekorativ xüsusiyyətlərə malik, adaptasiya prosesi geniş olan bitki növlərinin gətirilməsi böyük əhəmiyyətə malikdir. Bakı şəhərinin dekorativ, adaptasiya imkanları geniş olan yeni növlərlə zənginləşdirilməsi, ekoloji şəraitin daha da yaxşılaşdırılması tədqiqatçıların qarşısında duran ən aktual məsələlərdən biridir. Bu baxımdan Abşeron şəraitində Şərqi Asiya florasına aid bəzi ağac və kol növlərinin bioekoloji xüsusiyyətlərinin tədqiqi, introduksiya imkanlarının və dekorativ əlamətlərinin aşkarlanması, yaşıllaşdırma, eləcə də sənayenin digər sahələrində istifadə perspektivliliyinin müəyyən edilməsi vacibdir: “Rusiya Elmlər Akademiyasının Baş Botanika Bağından toxum yolu ilə ilk dəfə olaraq Azərbaycana Şərqi Asiya florasına aid 17 yeni növ (Hydrangea bretschneideri Dippel, Abies sachalinensis F.Schmidt, Picea jezoensis (Siebold &Zucc) Carr., Buddleja japonica Hemsley, Picea gemmata Rehder & E.H.Wilson, Maackia amurensis Rupr., Tetradium daniellii (Benn.) T.G.Hartley, Abies koreana E.H.Wilson., Padus maackii (Rupr.) Komarov., Thujopsis dolobrata (Thunb.ex L.f.), Microbiota decussata Kom., Clematis fusca Turcz., Clerodendrum trichotomum Thunb., Stranvaesia davidiana Decne., Chamaecyparis pisifera (Siebold & Zucc.), Taxus cuspidata (Siebold & Zucc.), Thelycrania alba (L.) Pojark. ) gətirilib və Mərkəzi Nəbatat Bağının təcrübə sahəsində qapalı məkanda əkilib. Hazırda həmin bitki növləri Mərkəzi Nəbatat Bağında xüsusi ayrılmış açıq sahəyə köçürülüb. Tədqiqatın materialları, şəraiti və metodikası tədqiq edilib. Həmçinin eksperimental işlərin yerinə yetirilməsi üçün müasir metodlar araşdırılaraq istifadə olunub”.
Sonra seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.