XEYRANSA İSMAYIL:
Futboldan müharibəyə gedən yolda...
“Vətən uğrunda şəhid olanların qəhrəmanlığı heç vaxt unudulmazdır”
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ FK-nın keçmiş baş məşqçisi, əfsanəvi futbolçu, Qarabağ şəhidi Allahverdi Bağırovun bu gün anım günüdür. Allahverdi Bağırovun Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olub. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama sancan şəxs məhz odur. Bağırovun Xocalı soyqrımında həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında, həmçinin azərbaycanlı əsirlərin erməni əsgərlərinin meyitləri və əsirləri ilə dəyişdirilməsində əvəzsiz rolu olmuşdur.
Təəssüf ki, Birinci Qarabağ müharibəsində misilsiz rolu olan Qarabağ aslanını günümüzdə çox insan tanımır. Sosial şəbəkədə bir video ilə rastlaşmışdım. Müxbir şəhərdə sorğu keçirərək, gənc nəslin nümayəndələrinə Allahverdi Bağırovu tanıyırsınızmı deyə sual verir. Həmin gənclər də tanımadıqlarını söyləyirlər. Müxbir başqa sual verir: Bəs Samiraldonu tanıyırsınızmı? Onlar bəli deyərək təsdiqləyirlər. Buradan aydın şəkildə görünür ki, yaşlı nəsildən savayı, Milli Qəhrəmanları heç kəs tanımır. Hansı işlə məşğul olduğu bilinməyən, gündə bir tərzdən digər tərzə keçən "stilist"i tanıyırlar, 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edən şəxsi tanımırlar. Digər gənc isə mən tarixdən zəifəm deyib özünü vəziyyətdən çıxarmağa çalışır. Faciə təkcə pyes növü deyil..
Bağırov Vitali Balasanyanla danışıqlar apararaq Xocalı hadisələrinin görüntülənməsini lentə aldırmışdır.
Onun da ömrü qısa oldu...İş üçün Ağdama çağırılan Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşdü.
Beləliklə "Ruhlar şəhəri"ndə daha bir kölgə dolanmağa başladı...
İlk dəfə Ağdam şəhərinə səfərim 2022-ci ilin may ayının 8-də olub. Adətən kövrək kadrları illərlə televiziya vasitəsilə görmüşdüm. Artıq özüm o kadrın içində olduqda yaşanılan hisslər fərqli idi. Ağdam Şəhidlər Xiyabanını ziyarət edərkən oradakı ortama diqqətlə nəzər yetirirdim. Çox şəhidlər olmasına baxmayaraq, insanlar məhz Allahverdi Bağırovun məzarına daha çox axın edirdi. Ölüsünə belə qoyulan hörmət, yanaşma digərlərindən fərqli idi. Yaşarkən də, əbədiyyətə qovuşarkən də özünə sonsuz təşəkkür qazandı.
Bu gün "Qarabağ FK" keçirdiyi bütün oyunlarda qəhrəmanın xatirəsini ehtiramla anır. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan Bağırovdan sonra "İmarət" stadionunda qazanılan çempionluq "qara bayram"a çevrildi. Hətta oyunların birində şəhidin ruhunu 1 dəqiqəlik sükütla yad edən zaman düşmən oyun gedən stadionu “Qrad”la atəşə tutub. Lakin futbolçulardan heç biri yerindən tərpənməyib. Ağdam klubunun baş məşqçisi olan milli qəhrəmanımız Allahverdi Bağırov adını həm futbol, həm də Birinci Qarabağ müharibəsinə qızıl hərflərlə yazdırmağı bacarıb.
TARİX YAZAN QƏHRƏMANLARA EŞQ OLSUN!
Xeyransa İSMAYIL
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.