ADPU-da sabahın təhsili müzakirə olundu: “Təhsilimiz: dünəndən sabaha”
İyunun 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsilimiz: dünəndən sabaha” adlı elmi-praktik konfrans keçirilib. KonfransElm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və ADPU-nun təşkilatçılığı ilə baş tutub.
Humanist Pedaqogika üzrə Beynəlxalq Təhsil Təşkilatları Assosiasiyasının prezidenti, Əməkdar müəllim Asif Cahangirovun 75 illiyinə həsr edilən konfransa Qazaxıstan, Yeni Zelandiya, Rusiya, Gürcüstan və Azərbaycandan elm və təhsil xadimləri qatılıblar.
Konfransın məqsədi dünəndən sabaha yönələn təhsili müzakirə etmək, təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq üçün perspektivləri nəzərdən keçirmək, qabaqcıl beynəlxalq təcrübə və yeni yanaşmalarla tanış olmaqdır.
“Optimist baxışlarla” devizi altında “T-Network” platformasının rəhbəri Cəfər Mənsiminin moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə yubiliyarın elmi-pedaqoji fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov yerli və xarici qonaqları salamlayaraq, konfransın işinə uğurlar arzulayıb, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ADPU-da pedaqoji fikirin inkişafına dair, eləcə də, pedaqoji elmə töhfələr verən böyük alimlərin irsinin tanıdılmasına həsr olunmuş tədbirlərin keçirilməsinin ənənə xarakteri aldığını diqqətə çatdırıb. Rektor vurğulayıb ki, təhsil sahəsində zəngin təcrübəyə və dayanıqlı səriştələrə malik olan Asif Cahangirov oxumaqdan, öyrənməkdən, təbliğ etməkdən zövq alır, təhsil sahəsində daim istiqamətverici tövsiyələr verir. Prof. C.Cəfərov bildirib ki, Asif müəllim ADPU-nun yaxın dostudur, mütəmadi olaraq o, burada keçirilən konfranslara qatılır, ustad dərsləri verir, universitetin təşkil etdiyi “Pedaqoji forum”da dünya təhsilindəki yeniliklərə bağlı məruzələr edir.
Rektor çıxışının sonunda Asif Cahangirova xatirə hədiyyəsi təqdim edib.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev son bir əsrdə Azərbaycan təhsilinin inkişafının müxtəlif ictimai-siyasi şəraitlərdən keçərək bir çox sınaqlara məruz qaldığını diqqətə çatdırıb.
Vətən müharibəsindəki tarixi zəfərimizə toxunan Emin Əmrullayev diqqətə çatdırıb ki, bu il ilk dünyəvi məktəbimiz olan Şuşa şəhəri 1 nömrəli məktəbin təmirdən sonra açılışı olacaq. Bu, tarixi zəfərimizin və Azərbaycan təhsilinin böyük simvoludur.
Elm və təhsil naziri çıxışında Azərbaycan təhsilində tədqiqatlara əsaslanan elmiliyi artırmağın zəruriliyini vurğulayıb. Nazir “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2026-cı ilə qədər olan dövr üçün təhsilin inkişafı baxımından əsas hədəflərin əks olunduğunu və bu istiqamətdə planlı fəaliyyətin icra edildiyini bildirib.
Sonda nazir qeyd edib ki, təhsilin inkişafında son illərin əhəmiyyətli yanaşmalarından biri də Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarına qatılmasıdır.
Sonra Əməkdar müəllim Asif Cahangirov “Sabahın məktəbi: yeni yanaşmalar”, Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü, psixologiya elmləri doktoru, professor Şalva Amonaşvili “Humanist pedaqogikanın yaşıl rəngli qələmi”, Yeni Zelandiyadan olan təhsil üzrə məsləhətçi Qreem Pollok, “Akkreditasiyaya müasir yanaşma yolu ilə məktəb mədəniyyətinin inkişafı”, Bakı Slavyan Universitetinin prorektoru, Əməkdar müəllim, dosent Ənvər Abbasov “Ali məktəbdə tədris prosesi: onu necə maraqlı etmək olar?”, Qazaxıstan Təhsil Akademiyasının həqiqi üzvü, psixologiya elmləri doktoru, sosiologiya elmləri doktoru, professor Aleksandr Teslenko “KZ nəslinin mədəni sosiallaşması kontekstində gənclərlə işin qurulması”, BTŞİ-nin müdiri Mehriban Vəliyeva “Məktəb transformasiyası”, Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin prezidenti, psixologiya elmləri doktoru, professor Paata Amonaşvili “Basti Bubu və Mzianeti: humanist pedaqogikanın əyani təcrübəsi”, Avropa Azərbaycan Məktəbinin direktoru, Qafqaz və Mərkəzi Asiya üzrə Beynəlxalq Məktəblər Assosiasiyasının sədri, Beynəlxalq Məktəblər Şurası İdarə Heyətinin üzvü Françesko Bankini isə “Müasir müəllimi necə müasirləşdirməli: innovativ yanaşmalar” mövzusunda çıxış ediblər.
Tədbirdə Asif Cahangirova Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin ali mükafatlarından olan “Ruh qəhrəmanı” ordeni təqdim olunub.
Elmi-praktik konfrans bədii qiraət dəqiqələrindən sonra müzakirələrlə davam etdirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.