24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Nadir Azəri: 33-cü ilin 40-cı günü

1 san. əvvəl 921 01

Yaxud Vətənimizi müdafiə etmək elə Anamızı müdafiə etməkdir

33 il bundan öncə də belə idi. 1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhid olanlara yas saxlayan, onların əziz xatirəsinə ehtiram bildirən Azərbaycan xalqı ilə yanaşı şəhidlərimizin ünvanına iftira yağdıran içimizdəki bəzi ünsürlər, daha dəqiq desək, xainlər də var idi. Halbuki 20 Yanvar faciəsinin niyə törədildiyi, qanlı sovet imperiyasının dinc Azərbaycan xalqına niyə divan tutduğu hər kəsə yaxşı bəlli idi.

20 Yanvar faciəsinə gedən yol

Hamı yaxşı bilirdi ki, 20 Yanvar faciəsinə gedən yolun əsası, əslində, 1988-ci ildə, ermənilər Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı fasiləsiz mitinqlər keçirməyə başladıqdan sonra qoyulmuşdu. Eyni ittifaq dövlətinin, yəni keçmiş SSRİ-nin tərkibində olsaq da rəsmi Moskva, bir qədər də dəqiqləşdirsək, rus-bolşeviklər 1905-1907, 1918-1920-ci illərdə olduğu kimi bu dəfə də daşnak ideologiyasına dəstək verdilər. Nəticədə də 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından – Ermənistandan növbəti deportasiyası baş verdi, 250 min azərbaycanlı qaçqın düşdü.

QHT nümayəndələri Şəhidlər xiyabanını ziyarət edərkən

Buna etiraz edən Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizəyə başladı. Mixail Qorbaçov başda olmaqla o zamankı SSRİ rəhbərliyi xalqımızın bu mübarizə əzmini qırmaq, daha sonrakı mərhələ üçün planlaşdırılan çirkin məqsədlərə çatmaq üçün 20 Yanvar faciəsini törətdi. Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı silahlı hücumu, dinc əhalinin kütləvi surətdə vəhşicəsinə gülləbaran edilməsi xalqın iradəsini qırmaq, ona əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etdirmək məqsədi daşıyırdı.

Bu, sovet rəhbərliyi üçün bumeranq effekti verdi

Lakin bu, sovet rəhbərliyi üçün bumeranq effekti verdi. Əvvəla, bu faciə qanlı sovet imperiyasının süqutunu daha da tezləşdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əliyalın, dinc Azərbaycan xalqına atılan güllələr mənəvi baxımdan elə SSRİ-nin özünə geri döndü. Qanlı yanvar SSRİ daxilindəki digər xalqların da azadlıq mübarizəsinə qalxmasına təkan verdi və cəmi bir il sonra – 1991-ci ildə sovet imperiyası süqut etdi.

1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəmanlarımız sovet imperiyasının qaniçən ordusuna qarşı əliyalın mübarizəyə qalxaraq, öz haqlarını tələb etdilər. Onlar şəhid olsa da, bütövlükdə bu savaşın qalibi Azərbaycan xalqı oldu. Azərbaycan xalqı bir an belə azadlıq, suverenlik və ərazi bütövlüyü uğrunda müabrizəsindən geri dönmədi.

20 Yanvar faciəsindən sonra milli azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. Bu mərhələnin əsasını isə faciədən dərhal sonra, 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirən ümummilli lider Heydər Əliyev qoydu.

Azərbaycan xalqı 1990-cı ilin yanvarında olduğu kimi bir yumruq kimi birləşdi

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev elə ilk günlərdən Azərbaycanın inkişafı və tərəqqisi üçün addımlar atdı. Sonrakı mərhələdə məhz 20 Yanvar şəhidlərinin, Birinci Qarabağ savaşı şəhidlərinin qanının yerdə qalmaması üçün Azərbaycan güclü ordu qurmağı bacardı.

Heydər Əliyev siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən müasir texniki təchizat və peşəkar kadr komplektləşdirməsi apararaq işğal altındakı torpaqlara azadlıq gətirəcək güclü bir ordu qurdu.

2020-ci ildə 44 günlük müharibə dövründə tarixi qələbəyə imza atan Azərbaycan ordusu bununla həm 20 yanvar şəhidlərinin, həm də Birinci Qarabağ savaşı şəhidlərinin qisasını aldı.

Həmin günlər Azərbaycan xalqı 1990-cı ilin yanvarında olduğu kimi bir yumruqtək birləşdi. Prezident-xalq-ordu birliyi öz sözünü dedi. Bu tarixi Zəfərlə qəhrəman oğullarımız yeni bir səhifə açaraq Azərbaycan dövlətçiliyini yeni inkişaf mərhələsinə daxil etdi.

Bu qələbə həm də yeni reallıqlar yaratdı. O reallıqlar fonunda Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək.

Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən edib və kimsədə şübhə yoxdur ki, azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlar. Bununla da 20 Yanvar şəhidlərinin daha bir arzusu gerçəkləşmiş olacaq. Çünki yuxarıda qeyd etmişdik ki, 20 Yanvar qırğınını törədənlərin məqsədi xalqın iradəsini qırmaq, ona əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etdirmək idi.

33 il bundan öncə də belə idi

Yazımıza başlayanda heç də təsadüfən “33 il bundan öncə də belə idi” ifadəsini işlətmədik. Məsələ burasındadır ki, 33 il öncə olduğu kimi bu gün də Vətən uğrunda mübarizəyə qalxanlara düşmən münasibət bəsləyənlər var. Biz bunu artıq 40 gündür ki, davam edən aksiyaya münasibətdə də görürük.

Söhbət Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə imkan yaradılmasını tələb edən azərbaycanlı könüllü gənclərin və ekoloqların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyasından gedir.

Artıq 40 gündür ki, aksiya davam edir

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmadı. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar, gənclər, o cümlədən QHT nümayəndələri Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başladılar.

Tələb bəllidir: “Ekoterrora son!”, “Təbiəti qoruyaq!”, “Mina terroruna son!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”.

Düşməni başa düşmək olar, bəz öz içimizdə olanlar?

Göründüyü kimi bu aksiya Azərbaycan xalqının haqlı tələblərinin müdafiəsinə xidmət edir və heç bir zorakı xarakter daşımır. Onu da xüsusi olaraq qeyd edək ki, ərazi humanitar məqsədlər üçün açıqdır. Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus maşınlar hər iki istiqamətdə sərbəst hərəkət edə bilirlər. Lakin ermənilər, onların xarici havadarları bu aksiyaya başqa don geyindirmək üçün dəridən-qabıqdan çıxırlar. Əslində, onları başa düşmək olar. Çünki düşməndən bundan artıq mövqe gözləmək yersizdir.

Ancaq təəssüflər olsun ki, 33 il əvvəl olduğu kimi, indi də xalqın müqəddəs ideyaları uğrunda mübarizəyə qalxanları hədəfə alanlar arasında “sapı özümüzdən olan baltalar” da var. Belələri bu müqəddəs aksiyaya “qrant böhtanı” ilə kölgə salmağa çalışırlar. Lakin anlamırlar ki, yuxarıdakı tələblərin yerinə yetirilməsi üçün təşkil etdiyimiz aksiyaya görə bizə qrant lazım deyil.

Çünki bu iftiranı yaxanlardan fərqli olaraq Vətən üçün mübarizə aparmaq hər birimizin borcudur.

Çünki biz Ana Vətən deyirik. Deməli Vətənimizi müdafiə etmək, elə Anamızı müdafiə etməkdir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

John Doe 1 il əvvəl

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

John Doe 1 il əvvəl

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

John Doe 1 il əvvəl

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

John Doe 1 il əvvəl

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

John Doe 1 il əvvəl

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com