5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində
5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Salyan və Neftçala rayonlarına mediatur təşkil edib. Mediatur çərçivəsində mətbuat nümayəndələri Salyan rayonunda Kürkənd nasos stansiyasında, Birləşmiş Baş Akuşa nasos stansiyasında olublar.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin müdir müavini Qulu Kərimov media nümayəndələrinin diqqətinə çatdırıb ki, 2022-ci ildə əsaslı təmir olunmuş Kürkənd nasos stansiyası Salyan rayonunun 3 kəndində 2840 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edir və stansiyanın məhsuldarlığı saniyədə 3,2 kubmetrdir. Baxış keçirilən ikinci obyekt Birləşmiş Baş Akuşa nasos stansiyası isə 19200 hektar əkin sahəsinə xidmət göstərir. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş 12 aqreqatlı “Akuşa-2” stasionar nasos stansiyası 1981-ci ildə istismara verilib.
Neftçala rayonu ərazisində baxış keçirilən ilk obyekt Neftçala Magistral Kanalı və nasos stansiyası oldu. 2017-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş Neftçala Magistral Kanalının nasos stansiyası 8 aqreqatlı 2 ədəd üzən nasos stansiyasından ibarətdir. Məhsuldarlığı saniyədə 14,4 kubmetr təşkil edən nasos stansiyası və beton üzlüklü 24,9 km uzunluğunda kanal 20205 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir.
Daha sonra jurnalistlər Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərini yenidən qurulması layihəsinin icra vəziyyəti ilə yerində tanış olublar. “Azərsu" ASC-nin sədr müavini İlqar Tağıyev qeyd edib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq 2020-ci ildə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmər çəkilib və Salyan şəhərinin yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı inşa edilib. Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayında həmin kəmərdən Neftçala şəhərinə suyun verilməsi təmin olunub. Şəhərin su təchizatında dayanıqlığın təmin olunması, həmçinin içməli sudan ciddi əziyyət çəkən digər yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin layihəsi əsasında 38 km uzunluğunda ikinci magistral su kəməri isə 2023-cü ilin may ayında istismara verilib: “Magistral kəmərlərin inşası ilə paralel olaraq Neftçala şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulmasına başlanılıb və mərhələlərlə davam etdirilir. İndiyədək layihədə nəzərdə tutulan 144 km içməli su şəbəkəsinin 140 km-lik hissəsi yekunlaşıb. Neftçala şəhərində 140 km layihələndirilən kanalizasiya şəbəkəsinin 10 km-lik hissəsi inşa edilib və hazırda işlər davam etdirilir. Eyni zamanda Bankə qəsəbəsində 39 km mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb”.
İlqar Tağıyev bildirib ki, layihə çərçivəsində gələcəkdə 8,6 km kanalizasiya kollektoru və tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğu da inşa ediləcək.
Mediatur çərçivəsində jurnalistlər Kürün əsas qolunda suaşıran bənddə də olublar. Kür çayının Xəzər dənizi ilə qovuşan hissəsində su axınının tənzimlənməsi məqsədilə 2022-ci ildə icrasına başlanan layihə, cari ilin yanvar ayında yekunlaşıb. Uzunluğu 350 metr, eni 16 metr, hündürlüyü 4,5 m olan bənd çınqıl-çaqıl daş tökmədən tikilib, layihə üzrə su ötürmə qabiliyyəti saniyədə 735 kubmetr təşkil edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.