BSU-da “Heydər Əliyev İli” çərçivəsində növbəti beynəlxalq elmi-praktik konfrans keçirilib
3-4 may 2023-cü il tarixlərində Bakı Slavyan Universitetinin ev sahibliyi və bu tədbir üzrə tərəfdaşı olduğu Psixologiya Elmi-Tədqiqat İnstitutunun və “Müasir Azərbaycan psixoloqları” ictimai birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində "Psixologiya Zirvəsi - 2 “COVID-19 pandemiyasından sonrakı dövrdə psixoloji adaptasiya və psixoloji rifah” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.
İki günlük beynəlxalq konfransda yerli və beynəlxalq tədqiqatçılar, məruzəçilər, alimlər və təhsil işçiləri iştirak edirlər.
Konfransdan öncə konfransın iştirakçıları, o cümlədən qonaqlar Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anmaq üçün Fəxri xiyabanı ziyarət ediblər. Konfrans iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Konfransı giriş sözü ilə açan Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev konfrans iştirakçılarını salamlayaraq, BSU rəhbərliyinə ev sahibliyinə görə təşəkkür edib. Konfransın böyük ənənələrə sahib olan universitetdə keçirilməsinin əhəmiyyətini qeyd edib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmasının xüsusi önəm daşıdığını bildirib. Ötən əsrin 70-ci illərində hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin bütün sahələrdə, xüsusilə elm sahəsində apardığı islahatlardan danışıb. SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirdiyini deyib. Bəxtiyar Əliyev Azərbaycanda təhsil islahatlarının Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başladığını və bu gün də bu ənənənin uğurla davam etdiyini bildirib. Tədbirdə qardaş Türkiyənin geniş tərkibli nümayəndə heyətinin iştirakını qeyd edib. COVID-19 pandemiyasından sonrakı dövrdə psixoloji adaptasiya və psixoloji rifaha həsr olunmuş konfransın bu istiqamətdə aparılacaq elmi araşdırmalara, həmçinin əhalinin psixoloji rifahının yüksəldilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Millət vəkili konfransın təşkilatçılarına təşəkkürünü bildirib.
BSU-nun rektoru Anar Nağıyev tədbir iştirakçılarını salamlayaraq, universitetin konfransın təşkilatçılarından biri kimi seçildiyinə görə təşəkkürünü bildirib. Rektor Ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə 2000-ci ildə BSU-nun statusunun artırılaraq, geniş profilli ali təhsil müəssisəsinə çevrildiyini diqqətə çatdırıb. Bu gün universitetdə ənənəvi kadr istiqamətləri ilə yanaşı, bolqar, çex, polyak və digər dillərin tədris olunduğunu vurğulayıb. BSU-da müxtəlif xalqların mədəniyyətini, tarixini öyrənən müxtəlif tədris -mədəniyyət mərkəzlərinin, həmçinin universitetin Şərqi Avropada Azərbaycan dilinin tədrisini həyata keçirən 5 mərkəzinin mövcud olduğunu deyib. Rektor konfransın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunduğunu vurğulayaraq, BSU kollektivinin “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərə çox böyük fərəhlə qoşulduğunu deyib. Universitetdə bu tədbirlər planı çərçivəsində bu ilin 4-5 may tarixlərində " Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri” (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə) adlı beynəlxalq elmi konfransı xüsusi vurğulayıb. Anar Nağıyev konfransın həm Azərbaycandan, həm də xarici ölkələrdən olan iştirakçılarının Ulu öndərin zəngin irsinin müxtəlif aspektlərdə fərqli şəkildə öyrənilməsinə böyük diqqət göstərdiyini qeyd edib. Həmçinin, mayın 16-da Lənkəran Dövlət Universitetində sözügedən beynəlxalq elmi konfransın regional bölməsinin baş tutduğunu, oktyabr-noyabr aylarında isə beynəlxalq bölmənin Türkiyənin Qars Qafqaz Universitetində keçiriləcəyini diqqətə çatdırıb.
Rektor çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan zəfərin nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu və azad olunmuş torpaqların dirçəldiyini qeyd edib. Ölkəmizin şərəf tarixində izini qoymuş qəhrəman şəhidlərimizin sırasında BSU-nun məzunlarının da olduğunu diqqətə çatdırıb.
Anar Nağıyev 2022/2023-cü tədris ilində ilk dəfə III qrup üzrə bakalavriat səviyyəsində “Psixologiya” və "Korreksiyaedici təlim ixtisası üzrə tələbə qəbulu həyata keçirildiyini deyərək, yeni ixtisaslara qəbulun 100 faiz olduğunu xüsusi vurğulayıb. BSU-da psixologiyanın tədrisinin həm elm, həm də kadr hazırlığı istiqamətində köklü ənənələri olduğunu deyib. Rektor bildirib ki, universitet təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə həm bakalavr, həm magistratura, həm də təkrar ali təhsil səviyyələrində kadrların hazırlığını həyata keçirir.
Rektor çıxışında, həmçinin universitetdə ənənəvi olaraq həyata keçirilən inklüziya layihəsi və “İnklüziv təhsildən inklüziv cəmiyyətə” Respublika elmi-praktik konfransından bəhs edib. O, 2023-cü ildə bu istiqamətdə fəaliyyət planının genişləndirilərək, 4 regional dəyirmi masanın təşkil olunduğunu qeyd edib. Anar Nağıyev bildirib ki, respublika elmi-praktik konfransının məqsədi inklüziv dəyərlərin təbliği, bu istiqamətdə şəbəkələşməni həyata keçirməkdən ibarətdir.
Bu səpkidə konfransların təşkilinin beynəlxalq təcrübədən yararlanmaq, peşəkar mütəxəssislərdən öyrənmək baxımından böyük əhəmiyyət daşıdığını qeyd edən rektor türkiyəli professor-müəllim heyətinə, qonaqlara, iştirakçılara təşəkkürünü bildirib, universitetin hər zaman əməkdaşlıqlara açıq olduğunu deyib. Rektor çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov institutun məqsədinin Azərbaycanda psixlogiya üzrə fundamental tədqiqatlar aparılması, yüksək ixtisaslı kadrların hazırlanması olduğunu deyərək, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələrdən danışıb. Elnur Rüstəmov çıxışında qeyd edib ki, müəssisə yarandığı gündən psixologiya sahəsində elmi araşdırmalara xüsusi diqqət ayrılıb. Sədr vurğulayıb ki, instititun fəaliyyəti üçün əlamətdar hadisələrdən biri də cari ilin aprel və may aylarında elmi-tədqiqat qrupu tərəfindən hazırlanmış iki elmi məqalənin “Scopus”, “Web of Science” kimi elmi bazalarda yer alan beynəlxalq indeksli jurnallarda çap olunmasıdır. Elnur Rüstəmov həmçinin bildirib ki, elmi araşdırmalar uğurla davam edir, yeni məqalələr hazırlanır, bununla yanaşı, institut tərəfindən məktəb mühiti məmnunluğu, yeniyetmələrin zərərli oyun asılılığı kimi araşdırmaları ehtiva edən beynəlxalq səviyyəli psixoloji testlərin tərcüməsi və ölkə mühitinə adaptasiyası həyata keçirilib və bu layihənin tətbiqi üçün hazırlıqlar aparılır. Sədr Türkiyənin Yıldız Texniki Universitetinin professor-müəllim heyətinə, ölkəmizdə psixologiya sahəsində tanınmış peşəkar mütəxəssislərə, Elm və Təhsil Nazirliyinin nümayəndələrinə, həmçinin BSU-nun rəhbərliyinə və əməkdaşlarına konfransda iştirak etdiklərinə görə təşəkkür edib.
Yıldız Teknik Universitetinin Təhsil fakültəsinin dekanı, professor Mehmet Engin Deniz çıxışında “Psixologiya Zirvəsi-1” konfransı zamanı görülmüş işlərdən bəhs edib. Yıldız Teknik Universitetinin bu istiqamətdəki beynəlxalq əlaqələrindən, həyata keçirilən tədbirlərdən, praktik işlərdən söz açıb. Mehmet Engin Deniz qeyd edib ki, Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində peşəkar ailə psixoloqlarının hazırlığı, psixoloqların təkmilləşdirilməsi istiqamətində bir neçə ixtisasartırma proqramları həyata keçirilir. İki qardaş ölkənin mütəxəssislərinin bir araya gəlib psixologiya sahəsində peşəkar kadrların yetişdirilməsinə qatdıqları töhfəyə görə məmnunluğunu bildirən professor bu əməkdaşlığın daha da genişləndirilməsinin faydalı olacağını deyib.
Açılış mərasimi BSU-nun tələbələrinin özfəaliyyət kollektivinin konserti ilə tamamlanıb. Konfrans öz işini bölmələrdə davam etdirib.
Bölmələrdə 13 məruzənin dinləniləcək, 2 "workshop"un həyata keçiriləcək.
Qeyd edək ki, konfransda seçilmiş məqalələr “Psixologiya” jurnalında çap olunacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.