Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşı “EU4Business” layihəsi çərçivəsində
Estoniyada səfərdə olub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova “EU4Business” layihəsi çərçivəsində Estoniyada səfərdə olub. O, ölkəmizin rəqəmsal inkişaf və startap ekosistemin öyrənilməsi məqsədi ilə biznesə dəstək təşkilatlarının nümayəndələri ilə birgə təlimlərdə iştirak edib.
N.Əmirbəyova səfər çərçivəsində Estoniyada proaktiv rəqəmsal idarəçilik, elektron xidmətlər, startaplar, yaradıcı sənayelər və yaradıcı məkanlar üzrə bir sıra təcrübələrlə yerində tanış olub. Səfər iştirakçılarına “CIVITTA Consulting”, Estoniya Biznes və İnnovasiyalar Agentliyi, “Startup Estonia”, “Creative Estonia”, “E-Estonia”, “Byukhale creative hub”, “Tellisckivi creative city” kimi yaradıcı məkanlar və onların rezidentləri, “Tallinn creative incubator” kimi qurumlarının fəaliyyətləri barədə təqdimatlar edilib.
Bunlardan əlavə, iştirakçılar Estoniyanın əsas startap və “Tech Eventi” olan “Latitude59” konfransına, həmçinin investorların, yaradıcı sahibkarların iştirak etdiyi digər konfranslara da qatılıblar.
Qeyd edək ki, səfər proqramında Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Ermənistandan olan təşkilatların nümayəndələri iştirak ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.