AR ETN Botanika İnstitutu və Özbəkistan Elmlər Akademiyasının Botanika İnstitutu arasında
memorandum imzalanıb
Özbəkistan Elmlər Akademiyasının Botanika İnstitutunun Molekulyar Filogeniya və Biocoğrafiya Laboratoriyasının və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ziyoviddin Yusupov və kiçik elmi işçi Elyor Ortikov AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunda işgüzar səfərdədir. Səfərin məqsədi Botanika İnstitutu ilə əməkdaşlıq memorandumunun imzalanması, həmçinin Orta Asiya, Qafqaz və Çin florasında yayılmış bitkilərin filogenetik və molekulyar-sistematik tədqiqi olmuşdur.
Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva görüş zamanı qonaqlara Botanika İnstitutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr haqqında məlumat verib və əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub. Qonaqlar institutun elmi fəaliyyətini yüksək qiymətləndirərək qarşılıqlı kadr və təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıb.
Alimlər İnstitutun şöbə və laboratoriyaları ilə tanış olublar. Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin saxlanılma şəraiti və Avropa Məlumat Bazasına daxil edilməsi üzrə aparılan müasir istiqamətli işlərə xüsusi maraq göstəriblər.
Səfər müddətində Özbəkistan Elmlər Akademiyasının Botanika İnstitutu və AR ETN Botanika İnstitutu arasında elmi tədqiqat işlərinin aparılmasına dair memorandum imzalanıb. Memoranduma əsasən nadir və endem bitkilərin molekulyar-sistematik tədqiqi, meşə mikologiyası və filogeniya sahəsi üzrə müştərək layihələrin təşkili, birgə tədqiqatların aparılması, kadrların təcrübə mübadiləsi, görüşlər, mühazirələr, simpoziumlar və s. həyata keçirilməsi nəzərdə tutulub.
Botanika İnstitutunda təşkil olunan elmi seminarda Z.Yusupovun təqdimatında özbəkstanlı alimlərin apardıqları tədqiqat işlərinin nəticələrinə dair məruzəsi dinlənilib. Mövzu ətrafında geniş müzakirələr aparılıb
Özbək alimlərlə ölkəmizdə müştərək ekspedisiyalar həyata keçirilib və maraqlı nümunələr toplanılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.