24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Sevinc Ədalətqızı: AZADLIĞIN ODUNA YANAN QƏHRƏMAN

1 san. əvvəl 1092 01

20 Yanvar Şəhidi Şahin Məmmədov haqqında

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə qanlı hərflərlə yazılmış 1990-cı ilin Yanvar hadisələri xalqımızın yaddaşında dərin hüzn və kədərli günlərin vəhşəti, eyni zamanda qara rəngə çalan acı xatirəsi kimi  qalmaqdadır.  O müdhiş Yanvar gecəsində dinc sakinlər Bakının küçə və meydanlarında fədakarcasına azğın sovet imperiyası qoşunlarının qarşısına yalın əllə çıxmaqdan çəkinmədilər. Eyni zamanda Vətənimizin mübariz  oğulları yüksək, ali vətəndaşlıq nümunəsi göstərməklə xalqın qəlbində əbədi məşəl yandıran hünər və qeyrət mücəssəməsinə çevrildilər. O qanlı və şanlı yanvar gecəsində kimisi Şəhid oldu, kimisi şahid. Şəhidlik adının ucalığını, Şəhid titulunun dəyərini və müqəddəsliyini də xalqımız ilk dəfə məhz milli qürurumuzun dirçəldiyi o şərəfli günlərdə dərk etdi.

Azğın sovet ordusu Bakıda törətdiyi qanlı faciəylə kifayətlənməyib respublikamızın bir sıra bölgələrinə də qoşun yeritməklə qırğın planını tədbirli şəkildə davam etdirdi. Belə ki, 1990-cı il Bakıda baş verən Qanlı Yanvar qırğını Lənkərandan da yan keçmədi. Məlum hadisələrdən sonra artıq Lənkəranda xalq ayağa qalxmışdı. Xalqın iradəsini, müqavimətini qırmağa çalışanlar buna nail ola bilmədilər. Hər gün şəhərdə etiraz mitinqləri davam edir, cəsur, mərd lənkəranlılar meydanlar qoynunda mücadilə verməklə sarsılmaz əzm və birlik nümayiş etdirirdilər. Sovet hərbi təcavüzünün qarşısını almaq üçün Milli Azadlıq Hərəkatına qoşulan xüsusi fəallar içərisində xalqın qeyrətli, mərd oğulları ön cəbhədə idilər. Mərd lənkəranlılar Bakıda baş verən qanlı qırğınla barışmayaraq soyuq silahlarla ağır, zirehli düşmən qüvvələrinin qarşısına çıxmağa can atırdılar.

Vətən, torpaq, millət, xalq namusunu uca tutan, Haqq işi uğrunda mücadilələrə atılan igid, qəhrəman oğullarımızın xatirəsi qəlbimizdə əbədidir. 1990-cı ilin Qanlı Yanvar hadisələrinin Lənkəran səhifəsinə öz qanı, canı bahasına Azadlıq dastanı yazmış igid qəhrəmanlardan biri də Şahin Məmmədovdur. Şahin Məmmədov məlum hadisələr zamanı Şəhidlik zirvəsini fəth edən 11 lənkəranlıdan biridir. Məslək dostu Rövşən Bədəlovla birgə motosikletin tərkində Haftoni meşəsinə doğru yol alarkən  geriyə əbədiyyən dönüşü olmayıb. Çünki bu yolun müqəddəs bir ünvanı varmış: Şəhidlik! Ölümsüzlük! Həmin o motosiklet də hər iki gənci əbədiyyət ünvanlı son mənzilə çatdırıb.

Şahin Zahid oğlu Məmmədov 31 yanvar 1972-ci ildə Lənkəran şəhərində anadan olub. Texniki peşə məktəbində oxuyub. Ailənin yeganə oğul payı idi.
Bu yazını ərsəyə gətirməklə 20 Yanvar Şəhidimiz Şahin Məmmədovun makam ruhuna bir ərmağan bağışlamaq istədim. Şəhidimizin kiçik bacısı İradə xanımla əlaqə saxlayarkən qardaşı ilə bağlı kövrək xatirələrini dərin hüzn və kədər içində bölüşdü:
“Biz ailədə üç uşağıq: iki bacı, bir qardaş. Məndən böyük bacım erkən yaşda ailə həyatı qurub. Qardaşım Şahin evimizin kiçiyi idi. Anam həddindən artıq onu çox istədiyindən ərköyün böyütmüşdü. Atamla anam ona görə də Şahinin Şəhid olmasından sonra çox yaşamayıb dünyasını dəyişdilər. Həmin ərazidə ki, dəfn olunub Şahinin vaxtilə gəzdiyi yerlər idi. O yerlərdə gəzib dolaşmağı çox sevərdi qardaşım. Uşaqlıqdan tank həvəskarı idi. Bir fotoaparatı da var idi. Şəkillərini də özü çıxartdırardı. Yaman həvəskar idi. Tez-tez motosikletlə şəkil çəkdirməyi xoşlayardı. Həmin o motosiklet də hal-hazırda Bakıda İstiqlal muzeyində eksponat kimi qorunub saxlanılır.

Şahin motosiklet sürməkdə mahir idi. Çox vaxt yarışlara qatılar və motosikleti də hündürdən idarə etməyi çox sevərdi. Evimiz ikimərtəbəli olduğundan yuxarıdan aşağıya doğru pillələri də motosikletlə enməkdən xoşlanardı. Onun bu hərəkətindən qorxuya düşərdik. Elə bil Şəhid olmamışdan bir neçə saat əvvəl fikirləşmişdi ki, mənə heç nə olmaz, mənim motosikletim güllədən daha sürətli gedə bilər. Bəlkə də həmin gün sovet qoşunlarının hücumunun qarşısını almaq üçün o motosikletə  güvənib getdi Haftoni meşəsinə. Motosikleti o qədər sürətlə sürərdi ki, həmişə bundan narahat olar və Allaha dualar edərdik ki, həmin anda onun qarşısına maşın və ya bir adam çıxmasın.
Şəxsiyyəti barədə onu da deyim ki, Şahin elə bir insan idi ki, heç vaxt yalan danışmağı xoşlamazdı. Hətta ziyanına olsa belə yenə də yalan danışmaqdan çəkinərdi.

1990-cı ilin Yanvar hadisələri zamanı mənim 20 yaşım olardı. Şahin son vaxtlar şəhərdə baş verəcək hadisələrdən xəbərdar idi. Yaşının az olmasına baxmayaraq hər gün televizorda xəbərləri izləyir və narahatçılıq hissləri keçirirdi.

Biz həmin gün yanvarın 26-da hamımız evdə idik. Qonşumuzda hüzr var idi. Anam oraya gedəcəkdi. Ancaq nədənsə deyirdi ki getmək istəmirəm, özümü çox pis hiss edirəm. Qardaşım da onda evdə yatmışdı. Anam hüzr yerindən qayıdanda özüylə şorqoğalı gətirmişdi. Lənkəranda şorçörəyi deyilir. Yadıma gəlir ki, anam onu gətirib masanın üstünə qoydu. Qardaşım yuxudan oyandı və onun yediyi axırıncı çörək də şorqoğalı oldu. Təxminən səhər saat 10-11 olardı. İki nəfər onun dalınca gəldi, çağırdı. Getdi.. Qonşuda ağ jiquli markalı maşının yiyəsi ilə. Atam dallarınca baxanda görüb ki, maşına çoxlu papiros qutuları yükləyiblər. Sən demə dayaq dəstələrində keşik çəkən cavanlara aparırmışlar. Bir qədər sonra qardaşım geri qayıtdı. Motosikleti həyətdə idi

Həyətin qapısını açıb motosikleti işə salmaq istəyəndə nədənsə işləmədi. Şahin hələ əsəbiləşdi ki, motosiklet niyə dayandı. Nəhayət motosiklet işə düşəndən sonra sürüb getdi.  Biz də onda başa düşmürdük ki, şəhərdə nə baş verəcək. Həmin vaxtlarda başımızın üstündən səmada helikopterlərin uçduğunun şahidi olurduq. Sən demə şəhərdə əməlli-başlı hazırlıq gedirmiş. Hadisə günorta saatlarında baş verdi. Lənkəran cavanları sovet qoşunlarının şəhərə hücumunun qarşısını almaq üçün Haftoni meşəsinə çəkilməyi qərara alıblar. Onların içində ən azyaşlısı mənim qardaşım olub. Cavanların çoxu evli imişlər. Təkcə mənim qardaşımla, Rahim Məmmədovdan başqa. Rahimin də yaşı çox deyildi. Mənim qardaşımdan bir neçə yaş böyük idi. Sonradan öyrəndik ki, Şahin təhsil aldığı avtomobil məktəbində təşkil edilmiş kəşfiyyat cəbhəsinə qoşulub, adını siyahıya gizlincə yazdırıb. Rahimlə də orada tanış olub.

Hadisə baş verib, biz isə axşama kimi olanlardan xəbərsiz qalaraq evdə oturub Şahinin yolunu gözləmişik. Bir də gördük qonşu qadın ağlaya-ağlaya gəldi ki, mənim də övladımı bir dəstə adamla avtobusa mindirib apardılar. Biz də ona ürək- dirək verirdik ki, heç nə olmaz, sağ-salamat qayıdar. Heç özümüz də bilmirdik ki, Şahin gedib orada güllələnib. Öyrəndik ki, motosikletə 9 güllə dəyib. Qardaşımın başında kaska olub. Güllə motosikletin benzin bakına dəydiyindən Şahinin cəsədi alışıb yanmışdı.

Həmin vaxt içimdə bir gərginlik var idi. Axşamçağı  evimizə telefon zəngi gəldi. Evdə atam, anam, bir də mən idim. Heç birimiz telefona cavab verməyə ürək eləmədik. Bir-birimizə baxa-baxa qaldıq. Hiss etdik ki, nəsə yaxşı xəbər deyil. Nəhayət telefona mən cavab verməli oldum. Mənə dedilər ki, Şahin Məmmədov yaralanıb. Bu sözü eşidən kimi qeyri-ixtiyari dəstəyi anama uzatdım. Daha gücüm çatmadı. Telefonda anama nə dedilərsə dəstəyi götürməyiylə arxası üstə yerə dəyməyi bir oldu. Sonra dəstəyi yenə mən götürdüm. O vaxtlar komendant saatı tədbiq edildiyindən küçəyə çıxmağa icazə yox idi. Dəstəyin o başındakı şəxsdən soruşdum ki, qardaşım haradadır? Ancaq həmin şəxs cavab verməyib dəstəyi yerinə asdı. Şahini axtarmağa başladıq. Bütün xəstəxanaları gəzdik. Dedilər ki, bizdə belə bir yaralı yoxdur. Sonra eşitdik ki, məscidə cəsəd gətiriblər. Atam dayımla birlikdə təcili yardım maşını ilə məscidə getdilər. Atam məsciddə Şahinin cəsədini görən kimi ürəyi gedib. Cəsədi yanaraq tanınmaz hala düşübmüş. Qardaşım Şəhid olmamışdan qabaq motosikletlə qəza keçirdiyindən həmin vaxtdan üzündə cızıq izi qalmışdı. Atam da Şahini həmin o cızıq izindən tanımışdı.

Onu da deyim ki, Şahin Şəhid olmamışdan qabaq, son vaxtlar bu sözü tez-tez işlədərdi: “kaş ki, mən heç olmasa bir erməni öldürə biləydim.” Anam isə deyərdi ki, “Şahin bu nə sözdü, sən hələ uşaqsan, 18 yaşın var.” Mən ancaq bilirəm ki, əgər Şahin yaşasaydı, hər neçə yaşda olursa olsun, Qarabağın azadlığı uğrunda aparılmış 44 günlük Vətən müharibəsinə könüllü surətdə hamıdan birinci gedərdi. Çünki 18 yaşında ikən ölkədə baş verən siyasi hadisələr ona dərindən təsir etmişdi. Evdə belə qərar tuta bilmirdi, elə harasa hey can atırdı ki, bir iş görsün, millətinə xeyiri, köməyi dəysin.”

Qanlı Yanvar hadisələrindən düz 33 il ötməsinə baxmayaraq, bu gün də xalqımız Azadlıq uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsini uca tutur.
Gənc Şahini Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda gedən şanlı mübarizə və mücadilə eşqi əsla tərk etmədi. Son addımında valideynləri ona nə qədər öyüd-nəsihət versələr də, öz yolundan dönmədi. Qəlbində baş qaldırmış sonsuz Vətən, torpaq, millət, yurd sevgisi olub onu mübarizə meydanına çəkib aparan. Meydana gedərkən də təsadüfi halda deyil, xalqının, millətinin taleyini düşünərək gedib. Bir vicdanlı vətəndaş kimi qanlı imperiyanın qara əsarət zəncirini birdəfəlik qırmaq üçün öz həmməsləklərinə qoşulub. Öz parlaq gəncliyini, qönçə arzularını düşünmədən... Söz yox ki, bütün Şəhidlərimiz kimi Şahinin də sonsuz arzusu, məramı Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyünün bərpası olub. Azadlığımızın oduna yanan qəhrəmanımız Şahin Məmmədovun əziz, nakam xatirəsi unudulmayıb, yaşayır və daima yaşayacaq! Bu gün Lənkəran  Şəhidlər Xiyabanında Yanvar Şəhidlərinin sırasında qərar tutan ən azyaşlı azadlıq fədaisi, mücadiləçi qəhrəman Şahin Məmmədovun məzarı lənkəranlıların fəxri and yerinə çevrilmiş müqəddəs ziyarətgahıdır.

20 Yanvar Şəhidimiz Şahin Məmmədov haqqında  qələmə aldığım bu yazını şair Əli Vəkilin “Azadlıq uğrunda mübarizlər” mənzuməsindən igid, qəhrəmanımıza həsr etdiyi duyğulu misraları ilə bitirmək istəyirəm:

Şahin idin, şahin, bala,
Lənkərandan düşdün yola.
İstisu yolunda susub,
Şöhrət oldun bu mahala.

Müqəddəs məkanında nurlar içində yat, yurda sipər olub, igidliyilə, hünəriylə, qeyrətiylə şan-şöhrət gətirən, qəhrəman Şahin!

QEYD: Yazının ərsəyə gəlməsində Şəhidimizin ailə üzvləriylə əlaqə yaratmaqda göstərdiyi köməyə görə yazıçı, dramaturq, Əməkdar mədəniyyət işçisi Rafiq Rəhimlinin ailəsinə, xüsusilə Vətən Müharibəsi Qazisi Vüsal Rəhimliyə sonsuz minnətdarlığımı bildirirəm.

Sevinc Ədalətqızı
Tədqiqatçı, publisist

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

John Doe 1 il əvvəl

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

John Doe 1 il əvvəl

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

John Doe 1 il əvvəl

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

John Doe 1 il əvvəl

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

John Doe 1 il əvvəl

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com