Liseydə Müstəqillik Gününə həsr olunmuş tədbir
Mayın 26-da Nərimanov rayon 200 saylı Məktəb- Lisey Kompleksində Müstəqilliyimizin 105-ci ildönümü münasibəti ilə bayram tədbiri keçirilmişdir. Tədbirdə məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Liseyin I a və VIII ə sinif şagirdlərinin birgə hazırladığı duet tədbirdə şagirdlər Vətən , Ana Torpaq haqqında şeirlər səsləndirmiş, AXC-nin ölkəmizin tarixində mühüm rol oynadığını,onun fəliyyətinin tarixi əhəmiyyətini iştirakçılara çatdıra bilmişlər. VIII ə sinfinin ( sinif rəhbəri Həbibə Sarıbəyli ) şagirdləri AXC-nin görkəmli dövlət xadimləri ( M.Ə. Rəsulzadə, H. Ağayev, F. Xoyski və digərləri ) barədə qısa və məzmunlu səhnəciklər nümayiş etdirmiş, AXC-nin dövlət quruculuğunun hər bir sahəsi haqda xronoloji şəkildə maraqlı məlumatlar vermişlər. Məktəb – Liseyin zalı Azərbaycanımızın müstəqilliyini təmsil edən rəmzlərlə bəzədilmişdir. Musiqi sədaları altında təqdim edilən çıxışlar, səhnəciklər hamı tərəfindən maraqla qarşılanmışdır. Xüsusi ilə də, Sara xanımın məktəblilərə müraciəti,Azərbaycanın müstəqilliyinin qazanılması və onun qorunulması uğrunda aparılan mübarizə tarixi haqqında çıxışı böyük marağa səbəb oldu. Birincilərin ( sinif rəhbəri Rahibə Həsənova ) Azərbaycan bayrağı ilə möhtəşəm çıxışları və rəqsləri böyük alqışlarla qarşılandı. Bayram tədbirində şagirdlər AXC-nin tariximizdə oynadığı mühüm rolu və onun əhəmiyyətini bir daha dərindən dəyərləndirə bildilər. Həqiqətən, tarix bir daha sübut etdi ki, “ Bir daha yüksələn bayraq, bir daha enməz ! “ .
Sevinc Rza qızı
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.