Bakı Dövlət Universitetində tələbə jurnalistlərin psixoloji hazırlığına dair seminar
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün “Təsir və təzyiq altında jurnalistin manevrləri: psixoloji hazırlığın əhəmiyyəti” mövzusunda seminar keçirilib.
Seminarda psixoterapevt Ükeymə Ağazadə mövzu ilə bağlı çıxış edib. O, təbii fəlakət anında jurnalistin professional yanaşması, müsahiblərin psixoloji vəziyyətinə görə reaksiyalar, stresin idarə olunması, prosesə hakimlik, sosial fobiya kimi məsələlərdən danışıb.
Seminarda insan həyatına qorxunun təsiri, uğurlu insan modeli, uğursuzluq qorxusu altında yatan psixoloji amillər, bu qorxunu aradan qaldırma mexanizmləri barədə geniş fikir mübadiləsi aparılıb, stresin idarə olunması üçün simulyasiya tətbiq edilib.
Sonra tələbələrdə özünə inam, diqqət və konsentrasiya, həyəcan, qərarsızlığın aradan qaldırılması kimi mövzular ətrafında tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Ükeymə Ağazadə Azərbaycan Tibb Universiteti və Türkiyənin İstanbul Universitetində təhsil alıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.