BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXIII Respublika elmi konfransı
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Elm festivalı” çərçivəsində Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXIII Respublika elmi konfransı keçirilib.
Əvvəllcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov iştirakçıları fizika və astronomiyanın inkişaf meylləri, aktual problemləri, BDU-da bu istiqamətdə həyata keçirilən layihələrlə tanış edib, konfransın işinə uğurlar arzulayıb.
Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev “Heydər Əliyev İli” çərçivəsində fakültədə keçirilən tədbirlər barədə məlumat verib, Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurların əsaslarının məhz Ulu Öndər tərəfindən qoyulduğunu qeyd edib.
BDU-nun Fizika Problemləri ETİ-nin direktoru Sədiyar Rəhimov konfransa Kimya fakültəsi, Elm və Təhsil Nazirliyinin Fizika, Radiasiya Problemləri, Biofizika İnstitutlarının, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyi, Milli Aviasiya Akademiyası, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universitetinin gənc tədqiqatçılarının da qatıldığını, ümumilikdə 112 materialın təqdim edildiyini bildirib. Fiziki elektronika kafedrasının müdiri Əhməd Abdinov Ümummilli Lider Heydər Əliyevin keçdiyi böyük həyat yolundan, onun rəhbərliyi altında işləməsindən danışıb, xatirələrini bölüşüb.
Sonra plenar məruzələr dinlənilib. Nəzəri kafedrasının doktorantı Möhsün Əlizadə “Рождение прямых фотонов в электродинамическом и смешанном комтоновских рассеяниях”, Nanomaterialların kimyəvi fizikası kafedrasının II kurs magistrantı Məhəmmədbağır Bağırov “Qamma radiasiyanın GO və GO/PVS nanokompozitlərinin fiziki xassələrinə təsiri” mövzusunda tədqiqat nəticələrini təqdim ediblər.
Konfrans 5 bölmədə işini davam etdirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.