HÜMBƏT QULİYEV:
Azarkeş (hekayə)
Olur ki, təsadüfən, məqbul saymadığın bir hadisənin şahidi olursan. Təfəkkürünü təhdid edən o olay yaddaşınin qapısına yapışıb qalır. Cəhd edirsən ki, onu ordan götürüb yaddaşının uzaq bir küncündə gizlədəsən, alınmır.
Belə hallardan qurtulmağın yeganə yolu o hadisəni hamıya danışmaqdır. Yalnız bu halda hadisə beyin üçün adiləşir və yaddaşın ucqar bir güşəsinə deportasiya olunur.
23 yanvar günəşli və küləkli bir gün idi. Bəxtimizdən Abşeronda qışda belə günəşli günlər az olmur. Belə bir havanın həvəskarı kimi günorta dəniz qırağında gəzintidə idim. Adam çox az idi.
Orta boylu, 35-40 yaşlı bir kişi mənə paralel addımlayırdı. Aramızdakı məsafə çox yaxın da deyildi.
Hə, bir kiçik də əlavəm, təsadüfi yol yoldaşım küləyə qarşı tum çırtlayırdı. Onun marşrutunu analiz edib anladım ki, o artıq qayıdır, yəni, külək istiqamətində rahat "çırtını" vurub, indi bunu küləyə qarşı etmək "məcburiyyətindədir!"
Qıraqdan proses belə görünürdü: Qardaş növbəti tumu ağzına qoyub onun özəyini çıxardırdı və tum qabıqlarını küləyin müqavimətini qırmaq üçün bərk tüpürməyə çalşırdı. O, ağıllı idi. O, başını gah sağa, gah da sola əyərək qayıda biləcək qabıqları özündən uzaqlaşdırmağa çalışırdı. Hər şey yaxşı idi, bir şeydən başqa, "şogərib" külək də tez- tez, xaotik olaraq, istiqamətini dəyişirdi.
Bu səbəbdən tum qabıqları hərdən gözlənilməz trayektoriya ilə soydaşımın sifətinə çırpılırdı…
Hər dəfə o, uğurla tüpürəndə üzündə bir qalibiyyət sevinci əmələ gəlirdi. Əksinə, arada simasına dəyən qabıqları qapısına buraxdığı "qol" kimi dəyərləndirib təəssüflənirdi. Hər dəfə də yeni ümüdlə ağzına növbəti tumu daxil edirdi. Düzgün olmasa da bir gözümü bu "oyundan" çəkə bilmirdim. Hətta özümü sadəcə seyrçi yox, azarkeş kimi hiss edirdim. Kimə azarkeşlik edirdim? Təbii ki, tum qabıqlarına yox. Əlbəttə ki, dilim bir, qanım bir həmvətənimə.
İfrat vətənpərvərliyimdən oyuna elə aludə olmuşdum ki, onun sifətinə dəyən hər tum qabığı elə bil mənim ürəyimin başına zərbə kimi dəyirdi. Əsl azarkeşlər məni başa düşərlər.
Etiraf edirəm ki, müşahidə dövründə kifayət qədər zərbələrə dözdüm.
Mən artıq yolumdan dönməli idim, dayandım.
Öz yolunu inamla davam edən qəhrəmanımın arxasınca təəssüf və ürək ağrısı ilə hələ bir müddət də diqqətlə baxdım…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.