NURƏDDİN MUĞANLI:
Şeirləşən şəhid ömrü
QISA TANITIM: Nəcəfov Əli Seyran oğlu 24 may 1998-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub. 2004-2015- ci illərdə Bakı şəhərində yerləşən 276 nömrəli tam orta məktəbində təhsil alıb.
2016-cı ildə Azərbaycan Universitetinin Maliyyə fakültəsinə daxil olub. 2020-ci ildə “Maliyyə və İqtisadiyyat” ixtisası üzrə ali təhsilini başa vurub. 25 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb Hərbi xidmətini əvvəl Sumqayıt şəhərində yerləşən “N”saylı hərbi hissədə, daha sonra isə Qobustan rayonunda yerləşən “N” saylı hərbi hissədə yerinə yetirib.
Sentyabr ayının 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda başlanan Vətən müharibəsində düşmənə qarşı böyük mərdliklə döyüşüb. Oktyabrın 20-də Cəbrayıl rayonu uğrunda gedən qızğın döyüşlər zamanı düşmən snayperindən açılan gülləyə tuş gəlib və qəhrəmancasına şəhid olub.
Oktyabrın 22-də doğma Tüklə kənd qəbiristanlığında böyük izdihamla son mənzilə yola salınıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Əli Seyran oğlu Nəcəfov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
23 yaşını cənnətdə qarşılayan şəhid
...Əli ilə bağlı internetdə paylaşılan videogörüntülər və şəkillər onun əsl cəngavər xarakterini göz önündə canlandırır. Arzusu hərbi xidmətdən qayıdandan sonra ticarətlə məşğul olmaq olub.
Kadrların birində həqiqi hərbi xidmətə yola düşəndə gülümsəyərək çox qəribə hisslər keçirdiyini söyləyir, sonra əlini sıx, qara saçlarına çəkib deyir: “Bu saçları görürsünüz, bir azdan kökündən yox olacaq...”
Əli xidmətə gülə-gülə yola düşüb. Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə, düşmənin od-alov yağışı altında qəhrəmancasına vuruşub . Yağıya aman vermədən işğal altında olan yurd yerlərimizi azad etmək üçün xüsusi igidliklər göstərib. Nə yağış kimi yağan güllələr, nə də düşmənin illərlə qurduğu keçilməz səddlər bütün silahdaşları kimi onu bir an da olsun sarsıtmadı. Cəbrayıl stiqamətində ağır itki verən düşmən geri çəkildi. Həmin döyüşlərdə Əli
şərəfli şəhid adı qazanaraq sözə sığmayacaq əzəmətə qovuşdu.
Leyla Bagırova (müəllim) “Dərs dediyim qısa müddət ərzində hiss etmişdim ki, Əlinin daxilində bir başqa nur var. O abır, o həya, o mərifət ki, Əlidə vardı, hamısı imanlı olmağının əlaməti idi... Şəhid imamlarımıza (ə.s.) qonaq olasan, məqamı yüksək tələbəm. Allah valideynlərinə səbr versin.”
Atası Hacı Seyran Allah sevgisindən böyük sevgi tanımayan, qəlbində iman nuru daşıyan xeyirxah, alicənab və nəcib bir insandır. Baxışına nisgil, həsrət hopmuş şəhid atası səbir Allahın insanlara bu dünyada verdiyi böyük fəzilətlərdən biri hesab edir. İslam dini səbir nemətini tanıdan neçə-neçə söz inciləri ilə zəngindir. Həzrəti Peyğəmbər buyurub: “Səbir ilk sarsıntı zamanı göstərilən mətanətdir.”
Ruhu sonsuzluğa yol alan Əlinin şəhid ömrü həsrət yanğısı kimi nəğmələşir, şeirləşir, musiqiləşir. Şərəfinə çoxlu şeirlər yazılıb, mahnılar bəstələnib. Anadan olmasının 23-cü ildönümü günü məzrının önündə möhtəşəm anım tədbiri Tüklə məktəblilərinin hərbi-vətənpərvərlik mövzusunda söylədiyi şeirlərlərlə yadda qaldı.
Yaradıcı insanlar söz süfrəsində hər iki dünyaynın sakini olan və qəhrəmanlığı ilə öz adını tarixə yazan cəsur döyüşçümüzun ruhuna səxavətlə ehsan etdikləri şeirlərinin birinə tanınmış rejissor Elçin Ağazadə klip çəkib.
Biri-birindən gözəl ilahilər ifa edən Haci Zahir Mirzevinin oxuduğu “Can Əli” mahnısının sözləri şair Füzuli Fəzliyə məzsusdur. Gələcəkdə şəhid Əli Nəcəfov xatirəsinə həs olunacaq i möhtəşəm tədbirləri nəzərə alıb həmin mahnının mətnini və Odlar Yurdu Universitetinin tələbəsi Nəzrin Həbiblinin şeirini “Şəhidlik manifesti” kitabına daxil etdik:
CAN ƏLİ
Can gözəl oğul, sənsiz olan evi,
Sənin şəkillərin bəzər.
Hər yerdə gözlərim səni axtarar gəzər.
Nə olar oğul mənə et nəzər.
Can Əli, oğul, axı de hardasan?
Sən çağır, gələr atan bu an
Çox yorub məni bu ayrılıq aman...
Sizi unutmaq olmaz, nə də bu xalq unutmaz.
Yaşadar sizi hər an ürəklərdə.
...Siz Hüseynin əsgəri, siz behişt göhvəri,
Sizə aşiqdi hətta mələklər də...
Yandırır məni kədərlə möhnətin.
Ey mənim şəhidim şərafətim.
Baş əyir sənin önündə millətim.
Qaydıb nəfəsinlə, sən o şirin səsinlə,
mənə bircə dəfə atacan denən.
Bu nə acı duyğudur, de ki, yuxudur,
“Mənə oyan, oyan denən...”
ANA VƏ ŞƏHİD OĞLU
Şəhid Əli Nəcəfovun xatirəsinə
Ana:
Gözüm yolda qaldı,qəlbim nigaran,
Görəsən, nə üçün gəlmədi balam.
Ürəyim dözməyir,gözlərim ağlar,
Qəlbimdə dağ qədər ağır intizar
Şəhid oğul:
Ağlama anacan,ağlama bəsdi,
Ağlayıb ruhumu nigaran etmə,
Əmin ol, burada yerim cənnətdi,
Sənin Əli balan indi rahatdı!
Ana:
Necə ağlamayım sənsiz, ay oğul!
Bala dərdini sən çəkdin qəlbimə,
Gözümün yaşını gəl, sil ay oğul!
Artıq dözmək olmur bu həsrətinə
Şəhid oğul:
Qisasım alındı ağlama ana,
Qoy ruhum burada sakitlik tapsın.
Mənmçün dua et, dik tut başını,
Sən şəhid anasısan sil göz yaşını,
Öpür gözlərindən şəhid övladın.
Nəzrin Həbibli,
Odlar Yurdu Universitetinin tələbəsi.
****
Vətən müharibəsində igidlik göstərən hər bir Azərbaycan oğlu bizim qəhrəmanımızdır. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan Əli kimi oğullarımızı daim qəlbimizdə yaşadaq. Biz tarixi Qələbəmizi onlara borcluyuq!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.