29 may 2023
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Prezident Laçında Şərqi Qafqaz turları və şahin quşları təbiətə, müxtəlif növ balıqlar Həkəri çayına buraxılması mərasimində iştirak edib (FOTO=15)

Prezident Laçında Şərqi Qafqaz turları və şahin quşları təbiətə, müxtəlif növ balıqlar Həkəri çayına buraxılması mərasimində iştirak edib (FOTO=15)

Prezident İlham Əliyev Ərdoğanı ilk təbrik edən lider oldu

Prezident İlham Əliyev Ərdoğanı ilk təbrik edən lider oldu

Mehriban Əliyeva Ərdoğanı TƏBRİK ETDİ

Mehriban Əliyeva Ərdoğanı TƏBRİK ETDİ

İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib (FOTO=44, VİDEO)

İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib (FOTO=44, VİDEO)

Külli miqdarda siqaret aşkar edildi

Külli miqdarda siqaret aşkar edildi

ETİBAR Hüseynov: RƏZALƏT

ETİBAR Hüseynov: RƏZALƏT

Bakıda “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçirilir  (+FOTO=11)

Bakıda “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçirilir  (+FOTO=11)

FAİQ BALABƏYLİ: "...görəsən Bakı İnzibati Məhkəməsinin hakimi olubda hansı hissləri yaşamaq olar?"

FAİQ BALABƏYLİ: "...görəsən Bakı İnzibati Məhkəməsinin hakimi olubda hansı hissləri yaşamaq olar?"

Rafael Hüseyn: ÜRƏYİNİZDƏ VƏ EYVANLARINIZDA DALĞALANMALI AZƏRBAYCAN BAYRAĞI

Rafael Hüseyn: ÜRƏYİNİZDƏ VƏ EYVANLARINIZDA DALĞALANMALI AZƏRBAYCAN BAYRAĞI

Gömrük Akademiyasında 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib (+FOTO=11)

Gömrük Akademiyasında 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib (+FOTO=11)

Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü keçirilib

Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü keçirilib

Beynəlxalq Muzeylər Günündə Nizami muzeyi 3000-ə yaxın ziyarətçini qəbul edib

Beynəlxalq Muzeylər Günündə Nizami muzeyi 3000-ə yaxın ziyarətçini qəbul edib

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Hüquq - kriminal
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Hüquq - kriminal Elm və Təhsil

Bakıda “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçirilir  (+FOTO=11)

5 gün əvvəl 45 01

Bakıda “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçirilir

Mayın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: humanitar tətbiqlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Beynəlxalq tədbir Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfədir keçirilir.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfransın bütün region üçün aktual və yeni elmi istiqamətlərə həsr olunduğunu vurğulayıb, tədbirin AMEA-da məhkəmə arxeologiyası və antropologiyası məsələlərinə dair ilk konfrans olduğunu diqqətə çatdırıb. O, beynəlxalq konfransın işğaldan azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən 30 il ərzində törədilmiş cinayətlərin arxeoloji və antropoloji baxımdan tədqiqinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Alim Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda hələ bir neçə il öncə Antropologiya Mərkəzinin yaradıldığını xatırladaraq, Akademiyada antropoloji tədqiqatların aparılmasına böyük diqqət yetirildiyini bildirib. Diqqətə çatdırıb ki, bu günlərdə Antropologiya Mərkəzinin son 4 il ərzində apardığı tədqiqatların nəticələrindən ibarət elmi məqalələr toplusunun I buraxılışı işıq üzü görüb.
AMEA rəhbəri qeyd edib ki, Antropologiya Mərkəzində fəaliyyət göstərən gənc tədqiqatçıların dünyada antropologiya elmində gedən prosesləri, bu istiqamətdə əldə olunan mühüm elmi nəticələri və beynəlxalq təcrübəni öyrənməsi, eləcə də ölkəmizdə antropologiya elmini inkişaf etdirməsi üçün dünya arxeoloq və antropoloqlarının bir araya gəldiyi bu kimi konfransların keçirilməsinin böyük önəmi vardır.
Akademik İsa Həbibbəyli Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xalqımız qarşısında xidmətlərinin nəticəsi olaraq müstəqillik qazandığını və ölkə Prezidenti İlham Əliyevin bu hüquqi dövləti bütün istiqamətlər üzrə inkişaf etdirərək dünyada və regionda nüfuzlu bir dövlətə çevirdiyini vurğulayıb.
“Prezident İlham Əliyev apardığı xarici və daxili siyasətlə müstəqil Azərbaycanı yeni bir intibah səviyyəsinə qaldırmışdır”, - deyən AMEA prezidenti 30 il ərzində Ermənistanın işğalı altında olmuş torpaqlarımızda törədilmiş vəhşiliklərin bu torpaqların azad olunmasından sonra araşdırılması üçün görülən işlərdən danışıb. O, bu ərazilərdə erməni vəhşiliklərinin nəticəsi olan kütləvi meyitlərin kimliyinin müəyyənləşdirilməsində, bu istiqamətdə elmi tədqiqatlara əsaslanan nəticələrin əldə olunmasında problemlərin olduğunu deyərək, bu baxımdan bugünkü konfransın təşkilatçısı olan qurumların birgə fəaliyyətinin önəminə toxunub.
Akademik İsa Həbibbəyli hüquqi, siyasi və elmi əhəmiyyətə malik olan tədbirin məhkəmə arxeologiyası və antropologiyası sahələrində ABŞ, Argentina, Bosniya və Herseqovina, İsveçrə, Kanada, Kipr, Peru, Türkiyə, o cümlədən Azərbaycandan olan mütəxəssis və elmi tədqiqatçıları bir araya gətirdiyini söyləyib, qeyd edilən sahələrin beynəlxalq standartlar, multidissiplinar çərçivə və humanitar yanaşma tətbiq edilərək Azərbaycanda elmi əsaslarının qoyulmasını və inkişaf etdirilməsini hədəflədiyini diqqətə çatdırıb.
Sonra çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov mühüm elmi istiqamətləri əhatə edən beynəlxalq konfransın işinə uğurlar arzulayıb.
İsmayıl Axundov Birinci və İkinci Qarabağ müharibəsindən sonra Ermənistana təhvil verilən şəxslərin sayı haqqında statistik məlumatları diqqətə çatdırıb. Bildirib ki, qarşı tərəfə I Qarabağ müharibəsində 500 nəfərdən çox, II Qarabağ müharibəsindən sonra keçən müddət ərzində isə 181 erməni əsilli şəxs azad edilərək təhvil verilib.
Onun sözlərinə görə, BQXK münaqişə dövründə qoşunların qarşıdurma xəttində və döyüşdə həlak olmuş, həmçinin əsir-girovluqda ölmüş hər iki tərəfə aid yüzlərlə insanın meyitinin qarşılıqlı şəkildə tərəflərə təhvil verilməsində iştirak edib.
İşçi Qrupun rəhbəri 1992-ci ildən başlayan əməkdaşlıq dövründə BQXK-nın yaxından iştirakı ilə 700-ə yaxın humanitar prosesin həyata keçirildiyini bildirib.
İsmayıl Axundov, həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işində, bu istiqamətdə aparılan tədqiqatlarda AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşlarının yaxından iştirak etdiklərini vurğulayıb.
Tədbirdə BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Koiç çıxış edərək məhkəmə tibbi ekspertizasından, təmsil etdiyi qurumun fəaliyyətindən və təcrübəsindən söz açıb. O, əsir və itkin düşmüş insanlar haqqında məlumatların, eləcə də bioloji nümunələrin toplanılmasında müxtəlif ölkələrə köməklik göstərdiklərini bildirib.
Draqana Koiç diqqətə çatdırıb ki, təmsil etdiyi təşkilat itkin düşən şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində Azərbaycanla yaxından əməkdaşlıq edir. Onun sözlərinə görə, itkin və əsir düşmüş şəxslərin taleyinin müəyyənləşməsində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə də sıx əlaqələr mövcuddur.
BQXK təmsilçisi “Azərbaycanda münaqişə ilə əlaqədar itkin düşmüş şəxslərin qalıqlarının götürülməsi və identifikasiyası üzrə Pilot layihə”nin həyata keçirilməsinə dəstək verdiklərini də vurğulayıb. O, konfransın bu sahələrin inkişafına və əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Daha sonra AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov çıxış edərək məhkəmə arxeologiyası və məhkəmə antropologiyası mövzusunda Cənubi Qafqaz regionunda keçirilən ilk beynəlxalq tədbirin əsas müzakirə obyektinin Birinci Qarabağ Müharibəsi dövründə (1988-1994-cü illər) itkin düşmüş şəxslərin taleyi məsələsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun rəşadəti nəticəsində qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra, işğaldan azad edilmiş ərazilərdə yerləşən kütləvi məzarlıqların müəyyən edilməsi, həmin ərazilərdə qazıntı işlərinin aparılması, aşkar olunan insan qalıqlarının şəxsiyyətlərinin müəyyənləşdirilməsi də tədbirin məqsədləri sırasındadır.
Abbas Seyidov 2022-ci ilin fevral ayında Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilən insan skeletlərinin tədqiqi üçün institut əməkdaşlarının əraziyə ezam olunduğunu və aparılan qazıntı işləri zamanı 7 skeletin tapıldığını qeyd edib: “Antropoloqlarımızın, Hərbi Prokurorluq və Patoloji Anatomiya Birliyi mütəxəssislərinin verdiyi rəyə görə, bu skeletlar Birinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan Ordusunun döyüşçülərinə məxsusdur”.
O, keçən il Dövlət Komissiyasının üzvləri ilə birlikdə institutun əməkdaşı, t.ü.f.d. Akif Quliyevin Şuşa, Daşaltı və Xocavənd rayonu ərazilərində kütləvi məzarlıqların güman edildiyi yerlərdə kəşfiyyat işləri apardığını diqqətə çatdırıb. Professor Abbas Seyidov bildirib ki, Dövlət Komisiyasının işçi qrupu Qarabağda - Edilli kəndi ərazisində axtarış işlərini davam etdirmiş, tədqiqatlar zamanı tək halda 6, kütləvi halda isə 12 nəfərə aid insan qalıqları aşkarlanmışdır. 2022-ci ilin oktyabrında Edillidə davam edən tədqiqatlar zamanı isə daha 4 nəfərə aid insan skeleti aşkar edilmişdir.
Direktor hazırda ekspedisiyanın Füzuli rayonunun Yuxarı Seyidəhmədli və Aşağı Seyidəhmədli kəndləri ərazisində tədqiqat işlərini davam etdirdiklərini söyləyib.
Daha sonra beynəlxalq tədbir işini panel iclasları ilə davam etdirib.
Qeyd edək ki, mayın 24-dək davam edəcək konfransda müxtəlif ölkələrdən olan iki yüzdən çox iştirakçı məhkəmə arxeologiyası və antropologiyası ilə bağlı bilik və təcrübələrini bölüşəcəklər.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

В БГУ наградили победителей Республиканской олимпиады

В БГУ наградили победителей Республиканской олимпиады

John Doe 1 gün əvvəl

AMEA Rəyasət Heyətinin iclası keçirilib (FOTO=9)

AMEA Rəyasət Heyətinin iclası keçirilib (FOTO=9)

John Doe 1 gün əvvəl

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir qrup şair və yazıçı ilə görüş

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir qrup şair və yazıçı ilə görüş

John Doe 1 gün əvvəl

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində elmi seminarlar keçirilib

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində elmi seminarlar keçirilib

John Doe 1 gün əvvəl

Bakı Dövlət Universitetində tələbə jurnalistlərin psixoloji hazırlığına dair seminar

Bakı Dövlət Universitetində tələbə jurnalistlərin psixoloji hazırlığına dair seminar

John Doe 1 gün əvvəl

Azərbaycan Dövlət Pedaqoji Universitetində Nailə Mirməmmədlinin baralyefinin açılışı olub

Azərbaycan Dövlət Pedaqoji Universitetində Nailə Mirməmmədlinin baralyefinin açılışı olub

John Doe 1 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezident Laçında Şərqi Qafqaz turları və şahin quşları təbiətə, müxtəlif növ balıqlar Həkəri çayına buraxılması mərasimində iştirak edib (FOTO=15)

Prezident Laçında Şərqi Qafqaz turları v...

28 may 2023 23:00:03
• Prezident İlham Əliyev Ərdoğanı ilk təbrik edən lider oldu}

Prezident İlham Əliyev Ərdoğanı ilk təbrik edən lider oldu

28 may 2023 22:51:20
• Mehriban Əliyeva Ərdoğanı TƏBRİK ETDİ}

Mehriban Əliyeva Ərdoğanı TƏBRİK ETDİ

28 may 2023 22:45:51
• İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib (FOTO=44, VİDEO)}

İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlər...

28 may 2023 21:19:14
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: [email protected]