NDU-nun rektoru Avstriyada səfərdə olub
Yeni iqtisadi-sosial sahələrin təşəkkülü, eyni zamanda, bu sferalarda dayanıqlı tənzimləmə mexanizmləri üzrə həyata keçirilən tədbirlər, qarşıdakı dövrlər üzrə tədris proseslərinin də qarşısında yeni tələblər gətirməkdədir. Bu, hər şeydən əvvəl, elmlə tədrisin vəhdətindən ibarət olmaqla, özünü nəzəriyyə ilə təcrübənin düzgün əlaqələndirilməsində göstərməkdədir. Xüsusilə də, ölkəmizin uzunmüddətli hədəfləri çərçivəsində:
- qarşıdakı 10 illik üzrə sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin əlçatan olmasında;
- ənənəvi istehsalat mexanimzlərindən innovasiyaya və texnologiyalara xas olan iqtisadi idarəetməyə keçidin səmərəliliyində;
- ixtisaslı və dünya iqtisadiyyatına inteqarsiya və bu sferadakı təcrübədən düzgün istifadə etməyə hazır olan kadrların formalaşmasında;
- elmi və nəzəri əsaslandırmalarla təchiz olunmuş ideyaların və təşəbbüslərin gerçəkliyində;
- təbii, iqtisadi və əmək resurslarından səmərəli istifadənin təmin olunmasında və digər amillərin təşəkkülündə özünü ifadə etməkdədir.
Bu məsələlərin daha da aktual olduğu indiki mərhələdə Naxçıvan Dövlət Universitetinin Rektoru, tələbələrin sevimlisi Elbrus Isayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Avstriyaya səfəri çərçisində Kənd Təsərrüfatı, Meşəçilik, Regionların və su resurslarının idarəolunması Nazirliyində görüşlərin keçirilməsi mühüm aktuallığına görə əlamətdar olmaqdadır.
Qarşıdakı mərhələlərdə Texnologiyalar Parkının imkanlarından istifadə olunmaqla, müxtəlif biznes layihələrin həyata keçirilməsi, müvafiq strukturların, xüsusilə də, Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan müxtəlif şöbə, laboratoriyaların mütəxəssislərinin konsaltinq xidmətlərin göstərilməsi sahəsində nəticələri də səmərəli olacaqdır.
Eyni zamanda, ali məktəbimizdə bu ixtisaslaşma istiqamətində professor-müəllim heyətinin və tələbələrin bilik, təcrübə və tədris mübadiləsi olduqca məhsuldar olacaq. Ortaq, məqalə, kitab, monoqrafiyaların və digər çap məhsullarının da ortaya qoyulması əlamətdar olması ilə seçiləcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.