Ulu Öndərin 100 illiyi münasibətilə təhsil festivalı
Astaradakı bayram ovqatlı festivalda 10 mindən artıq insan iştirak edib
Mayın 20-də Astara rayonunun dənizkənarı park-bulvar kompleksində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təhsil festivalı keçirilib.
Festival Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.
Elm və Təhsil Nazirliyi, yerli icra hakimiyyətləri, regional təhsil idarələri, ali və peşə təhsili müəssisələri, nəşriyyatlar, regional mədəniyyət idarələri, özəl sektor və ölkə üzrə təhsilin inkişafı üçün digər maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılması məqsədilə təşkil olunan festivalda elm və təhsil naziri Emin Əmrullayev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, millət vəkilləri Məşhur Məmmədov, Anar İsgəndərov, Razi Nurullayev, Sabir Rüstəmxanlı, Rüfət Quliyev, Rəşad Mahmudov, İqbal Məmmədov, Etibar Əliyev, yazıçılar, təhsil müəssisələri və nəşriyyat rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər olmaqla ümumilikdə 10000-dən artıq izləyici iştirak edib.
Festivalda stendlərlə iştirakçı qismində çıxış edəcək müəssisələr məqsədyönlü fəaliyyətlərini (xidmət və məhsullar) nümayiş etdiriblər.
Festival çərçivəsində Kiçik Orta Biznes sahibkarlıq subyektlərinin tanıtımı, tədris ili ərzində xüsusi nailiyyətlərilə fərqlənən şagirdlərlə, müxtəlif vəzifələrə təyin edilən Vətən müharibəsi iştirakçıları olan təhsil işçilərilə görüşlər, ali, orta ixtisas və peşə təhsil müəssisələrinin təqdimatı - ümumtəhsil müəssisələrinin məzunlarının düzgün ixtisas seçiminə dəstək, təhsil tələbə kreditləri ilə bağlı məlumat, respublika və beynəlxalq idman yarışlarının qaliblərinin təqdimatı, “danişan kitab” - nəşriyyatlar və ümum təhsil müəssisələrin kitab sərgisi, icma və məktəbəqədər təhsil müəssisələri, ibtidai sinif şagirdlərinin ifasında tamaşa, musiqi və qiraət təqdimatları, “Sabahın Alimləri” və STEAM layihələrinin qaliblərinin təqdimatı, “Peşəmizi gəncliyimizdən seçirik” - regionun peşə təmayüllü siniflərinin, kimyaçı istedadların və aqrobiomüxtəliflik müsabiqəsinin iştirakçılarının təqdimatı, gənc rəssamların təqdimatında “Heydər Əliyev rəsm sərgisi”, “Məktəblinin dostu” və “Təhsil könüllüləri” layihələri barədə təqdimat, “Xarici dillərdə dialoq” – debat və talk show, “Musiqi dünyamız” mahnı festivalı, flashmob, qadınlar arasında basketbol turniri təşkil olunub.
Elm və təhsil naziri Emin Əmirullayev və qonaqlar festivalda stendlərə baxış keçirib, məktəbli idmançıların nümunəvi çıxışlarını izləyiblər. Regionumuzun şagirdlərinin tədris ili ərzində əldə etdikləri nailiyyətlərin, uğur və bacarıqlarının nümayişi, peşəkarlar və kimyaçı şagirdlərin ustad dərsləri, balaca fidanların ifasında tamaşa, musiqi və qiraət təqdimatları izləyicilərin marağını cəlb edib.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.