Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin kiçik elmi işçisi Cənnət Səmədov “AdS fəzasının Astrofizikada tətbiqləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda Anti de Sitter (AdS) fəzası haqqında ümumi məlumat verib. AdS fəzasının Qara dəliklər, Neytron ulduzlar kimi astrofiziki obyektlərə, Qaranlıq maddə və Qaranlıq enerji kimi fenomenlərə, Kosmologiyaya və Qravitasiya dalğalarının əmələ gəlməsi və yayılmasına tətbiqi məsələlərindən danışıb. Qeyd edib ki, Anti-de Sitter (AdS) fəzası astrofizikada, xüsusən də qravitasiyanın kvant aspektlərinin öyrənilməsində əhəmiyyətli tətbiqlərə malikdir. AdS fəzası AdS/CFT uyğunluğu daxilində istifadə olunur ki, bu da kvant qravitasiyasını daha sadə, riyazi cəhətdən ekvivalent problemə uyğunlaşdırmaqla tədqiq etməyi təmin edir. Bu uyğunluq qara dəlikləri, onların entropiyasını və informasiya paradoksunu başa düşməkdə mühüm rol oynayır.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.