Azərbaycan Memarlıq və İnşaat Universitetində THİK-ə yeni sədr seçilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) növbədənkənar büro seçkiləri keçirilib.
Seçkilərdə THİK-in üzvləri ilə yanaşı, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, universitetin prorektorları, fakültə dekanları və struktur rəhbərləri iştirak ediblər.
AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev çıxış edərək iclasın gündəliyində olan məsələləri elan edib. Prorektor bildirib ki, növbədənkənar iclasın məqsədi AzMİU THİK-in sədri Bayram Aslanovun vəzifəsindən azad olunması ilə bağlı ərizəsinə baxmaq, büroya yeni üzv və AzMİU THİK-ə yeni sədr seçməkdir.
Bayram Aslanov çıxış edərək büro üzvlərinə, iclas iştirakçılarına AzMİU THİK-ə sədrliyi dövrü ilə bağlı hesabat verib və vəzifədən azad olunmaq istəyinin səbəbini açıqlayıb. Bildirib ki, bundan sonra fəaliyyətini Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri olaraq davam etdirəcək.
Gündəliyə uyğun olaraq Bayram Aslanovun AzMİU THİK-in büro üzvü və sədri vəzifəsindən azad olunmaq istəyilə bağlı ərizəsinə baxılıb və səsvermə yolu ilə o bu vəzifələrdən azad edilib.
Bayram Aslanovun azad olunmasından sonra büro üzvləri sırasında boşalan yerə AzMİU-nun İnşaat fakültəsinin tələbəsi İbrahim Orucov seçilib.
Sonra gündəliyə uyğun olaraq AzMİU THİK-ə yeni sədrin seçilməsi məsələsinə baxılıb. Büro üzvlərinin yekdil qərarı ilə komitənin sədr müavini Şahmar Rəfili AzMİU THİK-in yeni sədri seçilib.
Gündəlikdəki məsələlərə baxıldıqdan sonra rektor professor Gülçöhrə Məmmədova çıxış edərək THİK-in universitetdəki rolundan danışıb. İctimai təşkilatların tələbələrin vətənpərvər ruhda yetişməsi, idaretmə qabiliyyətinə yiyələnməsi və fərdi xüsusiyyətlərinin inkişaf etdirilməsindəki mühüm əhəmiyyətinə diqqət çəkən rektor, Bayram Aslanova və Şahmar Rəfiliyə yeni vəzifələrində uğurlar arzulayıb.
ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxışında bildirib ki, AzMİU tələbələri ictimai işlərdə aktivliyinə və təşkilatdaxili fəaliyyətinə görə hər zaman seçilib. Mirzə Cəfərzadə yeni sədr dövründə də AzMİU THİK-in fəaliyyətinin yüksək şəkildə qurulacağına inandığını qeyd edib.
Şahmar Rəfili çıxışında göstərilən etimada görə universitet rəhbərliyinə, ATİAHİ Respublika Komitəsinə, eləcə də büro üzvlərinə təşəkkür edib və onların etimadını doğrultmaq üçün daha aktiv fəaliyyət göstərəcəyini bildirib.
Qeyd edək ki, Şahmar Rəfili AzMİU-nun 2014-cü ildə bakalavr, 2017-ci ildə isə magistr məzunu olub. 2010-cu ildən AzMİU THİK-in sıralarına qoşulan Şahmar Rəfili sonuncu seçkiyə kimi aktiv fəaliyyəti ilə təşkilatın sıravi üzvlüyündən sədr müavini vəzifəsinə kimi yüksəlib. O, AzMİU THİK çərçivəsində göstərdiyi nailiyyətlərə görə AzMİU rəhbərliyi, ATİAHİ Respublika Komitəsi, AzMİU THİK tərəfindən dəfələrlə mükafatlandırılıb və təltif olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.