Tələbə və məktəblilər bir arada:
AzMİU-da ekoloji məsələlərə dair konfrans və sərgi keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Torpağın su ehtiyatlarının və atmosferin ekoloji qiymətləndirilməsinin tədqiqatları” mövzusunda konfrans və sərgi keçirilib.
Konfrans və sərgi AzMİU-nun Ekologiya kafedrasının, Milli Aerokosmik Agentliyinin, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun dəstəyi ilə həyata keçirilib.
Tədbirdə layihələrlə AzMİU-nun magistrantları ilə yanaşı Bakı, Sumqayıt, Xaçmaz, Şamaxı, Cəlilabad, Kürdəmir, Ucar və Ağdamdan ümumilikdə 46 məktəbli və 25 müəllim iştirak edib.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək tədbir iştirakçılarını salamlayıb və bildirib ki, tədbirin ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunması heç də təsadüfi deyil. Ulu Öndərin çox şaxəli fəaliyyətinə diqqət çəkən rektor deyib ki, ümummilli lider Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısında digər xidmətləri kimi ölkəmizin ekologiyasının, ətraf mühitinin qorunmasında da strateji xidmətləri mövcuddur. Ümummilli Liderin dövründə qəbul edilən ekoloji tarazlıq prinsiplərinin uğurla davam etdirildiyini qeyd edən professor Gülçöhrə Məmmədova ölkəmizin ekoloji tarazlığının qorunması, ekologiya üzrə yüksək ixtisaslı kadr potensialının daha da artırılması baxımından bu cür tədbirlərin keçirilməsinin vacib olduğunu qeyd edib.
Professor Gülçöhrə Məmmədova çıxışı zamanı AzMİU-da ekoloji tədqiqatlar üçün yaradılan laboratoriya, kadr hazırlığı üçün cəlb edilən professor-müəllim heyyətinə diqqət çəkərək ekoloji məsələlərə maraq göstərən şagirdlərə çağrış edib. Onları AzMİU-ya qəbul olaraq ekologiya mühəndisliyi ixtisasına yiyələnməyə dəvət edib.
Milli Aeorokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov çıxış edərək tədbirin əhəmiyyətinə diqqət çəkib. Agentlik direktoru AzMİU, xüsusilə universitetin Ekologiya kafedrası ilə rəhbərlik etdiyi qurumun əməkdaşlığından danışıb və məmnunluğunu ifadə edib.
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru akademik Əlövsət Quliyev çıxışında məktəb şagirdlərində ekoloji məsələlərə maraq yaratmağa xidmət edən konfrans və sərgini təqdirəlayiq hall olduğunu qeyd edib.
AzMİU-nun Ekologiya kafedrasının müdiri professor Fəqan Əliyev konfransın elmi-kütləvi əhəmiyyətinə diqqət çəkib və sərginin tələbə və şagirdlərdə praktik vərdişlər, komanda şəkilində işləmək bacarığı formalaşdırdığını qeyd edib.
Çıxışlardan sonra müəllim, tələbə və şagirdlərin əl işindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə torpağın su ehtiyatları və atmosferə, ümumilikdə ekologiyaya aid maketlər, layihələr və prototiplər nümayiş olunub.
Konfransın sonunda mətkəblilərin AzMİU-ya ekskursiyası təşkil olunub və iştirakçılara sertifikatlar təqdim edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.