Cavadxan Qasımov: NDU:yeni uğurlar, yeni perspektivlər
Naxçıvan Dövlət Universitetinin yeni tədris idarəetməsi istiqamətində son üç il ərzində həyata keçirilən tədbirlər, onun bütün istiqamətlərlə yanaşı, beynəlxalq miqyaslı əməkdaşlıqları sahəsində də yeni perspektivlər açmışdır. Ali məktəbin geridə qalan illər üzrə qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu universitetləri ilə sıx əməkdaşlıqları buna misal olaraq göstərilə bilər. Sonrakı mərhələlərdə universitetimizin Yaponiya dövlətinin elm və təhsil sahələri üzrə aparıcı şirkətlərinin səlahiyyətli nümayəndələri ilə, xüsusilə də, 150 ilə yaxın yaşı olan Elsevier şirkətinin rəhbərliyi ilə, əməkdaşlıqları bu istiqamətdə mühüm addımların tərkib hissəslərindən birini təşkil etməkdədir.
Dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə reallaşmış olan bu nailiyyətlər, universitetin rektoru hörmətli Elbrus İsayevin səmərəli idarəçilik və güclü tədris təcrübəsi əsasında mümkün olmaqdadır. Bu günlərdə rektorumuzun rəhbərlik etdiyi nümayəndə heyətinin Avstriyanın ən prestijli kənd təsərrüfatı araşdırma mərkəzində olması, orada müxtəlif səmərəli görüşlər və müzakirələr keçirməsi, eyni zamanda, həmin mərkəzin imkanları ilə tanış olması özünün bir neçə əlaamətdar nəticələrinə görə aktual olmaqdadır.
- Hər şeydən əvvəl, ölkəmiz milli iqtisadiyyatın uzunmüddətli perspektivləri müstəvisində iqtisadiyyatın aparıcı sahələrinin qarşılıqlı əlaqədə olmaqla inkişafında maraqlıdır və bu sahədə hüquqi və iqtisadi tənzimlənmə mexanizmlərindən yararlanmaqla, xüsusilə də, etibarlı infrastruktur təsisatlarını yaratmaqdadır. Bu mərhələnin uğurla keçilməsi Naxçıvan Dövlət Universitetinin tədris prosesləri ilə yanaşı, həm də, ölkənin iqtisadi prioritetlərinin daha da əlçatan olması sahəsində önəmli addım olacaq;
- Digər tərəfdən, məhz kənd təsərrüfatı üzrə araşdırma mərkəzində həmin görüşlərin keçirilməsi həm də universitetimizin Mərkəzi Avropaya, bu coğrafiyadakı elm və tədris strukturlarına çıxışının təmin olunması sahəsində mühüm addım olacaq. Təbii olaraq, bu isə universitet əməkdaşlarının elmi araşdırma sahəsindəki təmsilolunma ünvanlarında Mərkəzi Avropa ölkələrinin də adları olacaqdır;
- Bununla yanaşı, ölkəmiz yeni iqtisadi prioritetlər və reallıqlar istiqamətində qətiyyətli addımlar atmaqdadır. Xüsusilə, hər birimiz üçün qürurverici olan işğaldan azad olunan ərazilərimizdə yenidən qurma, bərpa və abadlaşdırma işləri uğurla davam etdirilməkdədir. Həmçinin dövlət başçımız işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur ərazilərini “Yaşıl Enerji Zonası” elan etmişdir. Həmin ərazilərin isə təsdiq olunan potensialı 9200 meqavat enerji təşkil edir. Bunun 7200 meqavatı Günəş, 2000 meqavatı isə Külək enerjisindən ibarət olmaqdadır. Bu görüşlər, müzakirələr və anlaşmalar imkan verəcək ki, universitetimiz ölkəmizin “Yaşıl İqtisadiyyat” sahəsindəki tədbirlərinə özünün elmi potensialı və tədris prosesləri ilə dəstək olsun. Çünki, “Yaşıl İqtisadiyyat” sahəsindəki məqsədyönlü idarəetmənin aparıcı qüvvəsi məhz kənd təsərrüfatıdır, ekoloji balansın qorunmasıdır və bu amillər üzrə makroiqtisadi tədbirlərin həyata keçirilməsindən ibarət olan tədbirlərdir;
- Universitetimizin ərazisində tikintisi uğurla davam edən Texnologiyalar Parkının istismara verilməsindən sonra, bu görüşlərin daha mütərəqqi nəticələrinin şahidləri olacağıq. Belə ki, görüşlərin ardıcıllığına diqqət etdikdə aydın olur ki, kənd təsərrüfatı araşdırma mərkəzində kənd təsərrüfatı sahəsində innovasiyalarla bağlı 97 araşdırma layihəsi və Avropa Birliyinin maliyyələşdirdiyi 11 layihə icra olunmaqdadır. Burada, təhsil və araşdırma mərkəzi ilə qarşılıqlı müzakirələr aparılıb, gələcək əməkdaşlıqlar barəsində razılıq əldə olunub. Eyni zamanda, bu əməkdaşlıqlar çərçivəsində, mərkəzin tədqiqatçılarının Naxçıvana dəvət olunması, avstriyalı mütəxəssislərlə elmi layihələrdə iştirak və birgə məqalələrin nəşrinə nail olmaq və NDU-nun tələbələri üçün mühazirələrin təşkil olunması məsələləri öz yerini almışdır. Elə bu istiqamətdə Texnoparkın əhəmiyyəti də yüksək olacaqdır.
Düşünürük ki, bu görüşlər bütünlükdə, elmi, sosial, iqtisadi, mədəni tərəflərinə görə əhəmiyyətlidir. Belə ki, diqqət etdikdə aydın olur ki, NDU-nun nümayəndə heyəti heyvandarlıq, əkinçilik, iqlim dəyişikliyi ilə bağlı elmi tədqiqatların aparılması, ətraf mühitin mühafizəsi ilə bağlı smart kənd təsərrüfatı layihələrinin idarə olunması sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər. Məhz bu sahədə əldə olunacaq əməkdaşlıqlar, ali məktəbimizin dünya təhsilinə inteqrasiya olunma sahəsindəki uğurlarını daha da yüksəltmiş olacaqdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.