Bakı Dövlət Universitetinin bir qrup əməkdaşı “Azərbaycan Udi Ocağı”nda
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin professor-müəllim heyəti Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Azərbaycan Udi Ocağı”nda olublar.
Geologiya fakültəsinin dekanı Mamoy Mansurov Ulu Öndərin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azərbaycan ərazisində tarixən yaşamış xalqların tarixi, mənəvi, əxlaqi, mədəni ənənələrinə, birlik ideyasına əsaslanır.
Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri Kərim Rəhimov Nic qəsəbəsində yaşayan udilərin qədim Qafqaz Albaniyasının tarixi-memarlıq abidələrinin qanuni varisləri olduğunu bildirib. Kərim Rəhimov tarixi torpaqlarımızın işğal altında olduğu 30 il müddətində ermənilərin ərazidəki Alban abidələrini tamamilə saxtalaşdırdığına diqqət çəkib. Kərim Rəhimov həmin ərazilərdə ermənilərin Alban simvollarını, daş kitabələrini, məxsusluq ornamentlərini ləğv etdiyini, onların yerinə saxta erməni yazıları və petroqliflər yerləşdirdiyini diqqətə çatdırıb: “Bu abidələrin hər biri bərpa ediləcək və əsl sahiblərinin ixtiyarına veriləcək. Hazırda udilər dini ayinlərini Kəlbəcərdə Xudavəng, Laçında Ağoğlan monastırlarında, Talış kəndindəki Alban kilsəsində keçirirlər”.
Tədbirdə çıxış edən Alban-Udi icmasının sədri Robert Mobili Ümummilli Lider Heydər Əliyevin azsaylı xalqların və dini icmaların, o cümlədən, alban-udi xristian icmasının hüquqlarına və mədəni-mənəvi dəyərlərini qoruduğunu xatırladıb. Bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin, eləcə də etnik qrupların nümayəndələri bir ailə kimi sülh şəraitində yaşayırlar.
Daha sonra Qəbələ rayonu Nic qəsəbəsinin səlahiyyətli nümayəndəsi İbrahim Məmmədov, Belarus Respublikasının Udi icmasının nümayəndəsi Roman Quqasari çıxış ediblər.
Sonda “Azərbaycan Udi Ocağı”, “Müqəddəs Məryəm Ana” Alban kilsəsi, “Cotari” Alban-Udi kilsəsinə ümumi ekskursiya edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.