Mərkəzi Elmi Kitabxanasının “İnformasiya bülleteni”nin ilk sayı işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) nəşri olan “İnformasiya bülleteni”nin birinci sayı işıq üzü görüb.
“İnformasiya bülleteni” AMEA prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə 2023-cü ildən nəşrə başlayıb və ildə 4 sayı nəzərdə tutulur.
Bülletendə MEK-in fondlarına cari ilin hər rübündə daxil olan ədəbiyyatlar, ardı davam edən nəşrlər, jurnallar, dissertasiya və avtoreferatlar və sərgilər haqqında məlumatlar var. Həmçinin ayrıca bölmə kimi verilən tədbirlərin xronikasında yer alan materialların yayımladığı mənbələrin linklərinin verilməsi də yenilikdir və axtarış imkanlarını asanlaşdırır.
Bülletendə təqdim olunan ədəbiyyatlar elm sahələri üzrə qruplaşdırılıb, əlifba sırası ilə düzülüb. Oxucuların kataloqa müraciət etmədən ədəbiyyat aparması məqsədilə təsvirlərin qarşısında mənbələrin şifrəsi də bülletendə verilib.
Bülletenin elmi redaktoru MEK-in baş direktoru, fəls.e.d., professor Məmməd Əliyev, redaksiya heyəti kitabxananın icraçı direktoru, fil.ü.f.d., dosent Şəhla Tahirqızı, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, Gülnar Məmmədova, Mina Qasımovadır. Bülletenin işçi qrupuna Nərgiz Novruzova, Mahnur Həsənova, Afət Məmmədova, Türkan Vahidova, Rəna Cavadova və Nərminə Efendiyeva daxil olublar
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.