08 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Sevinc Ədalətqızı: “MƏN DƏ ÖZ DÖVRÜMÜN BİR MÜŞFİQİYƏM!”

2 il əvvəl 1183 01

20 Yanvar Şəhidi Cavad İsmayılzadə

Qəmlidi,
Yer də, göy də qəmlidi.
Bu qəbri soran olsa,
Deyin Cavad Qəmlidi.

Yanvar Şəhidlərinin sırasında nurani çöhrəli, mülayim baxışlı, şair təbiətli bir gənc, Mikayıl Müşfiq –İsmayılzadələr nəslinin nümayəndəsi, repressiya qurbanının oğlu, “Qəmli” təxəllüsü ilə lirik şeirlər yazan Cavad İsmayılzadə də qərar tutub. Cavad Yunis oğlu İsmayılzadə 1962-ci il mayın 9-da Bakıda anadan olub. 159 saylı orta məktəbi bitirib. Bakı Şüşə zavodunda fəhlə işləyib.

“Mən də öz dövrümün bir Müşfiqiyəm!” deyə düşünürdü. Dövrünün Müşfiqi 28 il ömür sürə bildi. Mikayıl Müşfiq ömrünə bərabər qısa və şərəfli, həm də şairanə ömür. Cavadın atası Yunis Dağlı dövrünün tanınmış, sayılıb, seçilən şairlərindən biri olub. Eyni zamanda Mikayıl Müşfiqlə əmioğludur. Yunis kişi ürəyində bəslədiyi arzusuna rəğmən kiçik oğlu dünyaya gələndə onu istiqlal şairimiz Əhməd Cavadın şərəfinə Cavad adıyla çağırarkən “Adını mən verdim, şairliyini Allah versin” söyləmişdi. Əhməd Cavadla Yunis Dağlının möhkəm dostluq münasibətinin təməlini də Mikayıl Müşfiq qoymuşdu. Yunis kişi haradan biləydi ki, kiçik oğlu Cavad böyük ehtiram və rəğbət bəslədiyi şair dostu Əhməd Cavad kimi Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi yollarında Şəhidlik zirvəsinə ucalacaq. Cavadın şairliyini də Allah verdi, Şəhidliyini də... Onu da qeyd edim ki, tarixi mənbələrdə İsmayılzadələr nəslinin görkəmli nümayəndəsi şair Mikayıl Müşfiqin ulu babası Aşıq Əliqulunun əslən Cənubi Azərbaycanın Qaradağ mahalından Xızıya köçdüyü bildirilir. Mikayıl Müşfiqin atası Mirzə Əbdülqədir Vüsaqi də Xızının Sayadlı kəndində  dünyaya gəlib.

Belə ki, Cavad Qəmli İsmayılzadələr nəslinin 4 Şəhidindən biridir. Elə bil, bu nəslin taleyinə əzəldən şairlik, bir də Şəhidlik yazılıb. Cavadın əmiləri Əbdüləsəd 1918-ci ildə, Əbdülvahab isə 1937-ci ildə itkin düşüblər. Müşfiqin ömrü repressiyaya məruz qalaraq 1938-ci ilin qarlı 6 yanvar səhərində, Cavadınsa ömrü 1990-cı ilin qanlı 20 yanvar gecəsində qırılıb.

Mən çəlik ürəkli bir yeni gəncim,
Dildən dilə düşmüş hekayətim var.
Həyat nəşəsiylə titrəyir içim,
Parlaq gələcəyim, nəhayətim var.

(Mikayıl Müşfiq)

Mən şair ürəkli bir yeni gəncəm,
Şüurum, qabiliyyətim, dəyanətim var.
Kim deyə bilər, bir insana qarşı
Mənim pis əməlim, xəyanətim var.
Ey ömür çox qısa olduğun üçün
Özümdən özünə şikayətim var!

(Cavad İsmayılzadə)

Cavadla yanaşı bacıları və qardaşı Vahab bəy də incə ruhlu, kövrək duyğulu poetik nümunələr yaradarkən “Müşfiqin ruhu var bunlarda”- deyərək Əzizə ana heyrətlənər və qürrələnərmiş. Əzizə ananı ilk dəfə 2008-ci ilin may ayında Tədris Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə Mikayıl Müşfiqin 100 illiyi münasibətilə keçirilmiş yubiley tədbirində görmüşdüm. Başına örtdüyü kəlağayısı ilə, uca boy, şux qamətli, nuranı çöhrəsi və nikbin baxışları ilə diqqətimi cəlb etmişdi həmin o xanım-xatun ana. Mikayıl Müşfiq irsinin mənəvi varisi kimi həmin tədbirdə Əzizə ana ilə Müşfiq şeiriyyətinin vurğunu və məhsuldar tədqiqatçısı, Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu da ön sırada yanaşı əyləşmişdilər. Əzizə ana ilə ilk və son görüşümüz də həmin yubiley tədbirində baş tutmuşdu. O, bir Şəhid anası idi. Lakin o qədər nikbin görünürdü ki gözlərimə... Sən demə, onu bir ömürlük müşayiət edəcək övlad acısının yanğısı ürəyinin dərinliyində imiş. Kiçik oğlu Cavaddan nişanə qalan iki qız övladından biri Əzizə ananın adını daşıyır.

Dözəmməyir Əzizə,
Gör nə deyir Firuzə.
Atamız Cavad Qəmli
Şeir yazaydı bizə.
(Əli Vəkil)

1990-cı ilin 19 yanvarında Qırmızı İmperiyanın namərd gülləsinə tuş gələn şair təbli, qəhrəman ürəkli Cavad torpağa gənc yaşında əmanət ediləcəyini sanki uzaqgörənliklə duyubmuş. Arzuya, diləyə baxın siz! O, axirət dünyasına köçməmişdən öncə özünə elə bir qəbir arzulayırdı ki...
Elə bir qəbir ki, Vahab gələndə
Onu qucaqlayıb ağlaya bilsin.
Elə bir qəbir ki, bacılar gəlib,
Dövrəsinə qara bağlaya bilsin.

Bir zamanlar Dağüstü Parkı seyrə çıxmağı çox sevərmiş şair təbiətli Cavad. İndi əbədiyyətdə uyuduğu həmin ünvan azad ruhunun zirvələrdən fərəhlə boylandığı Müqəddəs Məkan-əbədi and yerimiz Şəhidlər Xiyabanıdır.

Sevinc ƏDALƏTQIZI

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

John Doe 1 il əvvəl

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

John Doe 1 il əvvəl

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

John Doe 1 il əvvəl

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

John Doe 1 il əvvəl

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

John Doe 1 il əvvəl

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com