BDU-nun həmtəşkilatçılığı ilə Özbəkistanda Avrasiyanın biomüxtəlifliyinin mühafizəsinə dair Beynəlxalq konfrans keçirilir
Bakı Dövlət Universiteti (BDU), Özbəkistanın Andijan Dövlət Universiteti və Türkiyənin Ege Universitetinin birgə təşkilatçılığı ilə “Avrasiyanın biomüxtəlifliyinin mühafizəsi: müasir problemlər, həllər və perspektivlər” mövzusunda I Beynəlxalq konfrans keçirilir.
Andijan Dövlət Universitetində keçirilən konfransda Türkiyə, Azərbaycan, Özbəkistan, Pakistan, Tacikistan, Qırğızıstan və Rusiyadan alimlər iştirak edirlər.
BDU-nu konfransda Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Biofizika və biokimya kafedrasının müdiri Rövşən Xəlilov, Biotibbi materiallar kafedrasının müdiri Ülviyyə Həsənova təmsil edirlər.
Konfransın əsas məqsədi Avrasiyada bioloji müxtəlifliyə dair müasir tədqiqatları bölüşmək, problemləri müzakirə etməkdir. Konfransda Avrasiyada bioloji müxtəlifliyin qorunmasına dair beynəlxalq elmi əməkdaşlığı inkişaf etdirmək də müzakirə olunacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.