“Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda respublika konfransı keçirilib
Mayın 15-də AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq “Heydər Əliyev İli” çərçivəsində Akademiyanın elmi müəssisə və təşkilatlarında Ulu Öndərə həsr olunmuş 20-yə yaxın respublika və beynəlxalq konfransın keçirildiyini, dahi liderin Azərbaycan ədəbiyyatına, folkloruna, incəsənətinə, musiqisinə, arxeologiyasına, Türk dünyasına baxışını əks etdirən tədqiqatların aparıldığını söyləyib. Qeyd edib ki, AMEA-da aparılan tədqiqatlar, təhlillər Ümummilli Liderin zənginə irsinə elmi yanaşmanı fundamental sistemli araşdırmalara keçirir, bu tədqiqatları gələcək nəsillərə çatdırmaqla HeydərƏliyevşünaslığı yeni müstəviyə qaldırır.
“Heydər Əliyev İli”nə Akademiyanın töhfəsi olaraq 30-dan çox kitabın çap ediləcəyini bildirən akademik İsa Həbibbəyli, həmçinin AMEA-da “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması üzərində işlərin davam etdirildiyini, ensiklopediyanın sözlüyünün elmi müəssisə və təşkilatlarda müzakirə mərhələsində olduğunu deyib.
Konfransın mövzusuna toxunan akademik İsa Həbibbəyli Ulu Öndərin daim Azərbaycanın xalq mədəniyyətinin, yaradıcılığının qayğısına qaldığını, onun qorunması və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlər göstərdiyini söyləyib. Qeyd edib ki, Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri olan “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı ötən əsrdə Məmmədhüseyn Təhmasib, Həmid Araslı, Məmməd Arif, Əbdüləzəl Dəmirçizadə və başqaları dastanla bağlı tədqiqatlar apardıqları üçün təqiblərə məruz qalmış, Stalinin vəfatından sonra yalnız 1957-ci ildə eposla bağlı araşdırmalara bəraət verilmişdir. Ulu Öndərin respublikamızda birinci hakimiyyəti illərində dastanla bağlı tədqiqatların genişləndirildiyini vurğulayan akademik İsa Həbibbəyli bildirib ki, müstəqillik illərində eposun 1300 illik yubileyinin keçirilməsi ilə bağlı 1997-ci ilin aprel ayında imzaladığı Fərman, dastanın UNESCO xətti ilə dünya miqyasında qeyd olunması, Drezden nüsxəsinin Azərbaycana gətirilməsi Ümummilli Liderin Azərbaycanın xalq mədəniyyətinə sahib çıxılması istiqamətində atdığı tarixi addımlardandır. AMEA rəhbəri vurğulayıb ki, Ulu Öndər “Kitabi-Dədə Qorqud” dastanını ümumtürk konteksti inkar olunmadan Azərbaycana məxsus olduğunu bütün dünyaya bəyan etmişdir və dastandakı 100-dən çox yer adının ölkəmizdə olması da bunu sübut edir.
Akademik çıxışının sonunda bildirib ki, bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bütün sahələrin, eləcə də xalq mədəniyyətimizin qorunması, inkişaf etdirilməsi, xalq mədəniyyətimizin, folklorumuzun, musiqimizin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması istiqamətində böyük addımlar atılıb və bu siyasət uğurla davam etdirilir.
Sonra AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqının maddi və qeyri-maddi mədəniyyətinin qorunub saxlanılması, təbliği və inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Ulu Öndərin həm sovet hakimiyyəti, həm də müstəqillik illərində daim Azərbaycanın elminə, ədəbiyyatına, mədəniyyətinə diqqət göstərdiyini deyən M.İmanov 1970-80-ci illərdə Ümummilli Liderin qayğısı nəticəsində Azərbaycanın folklorunda və folklorşünaslığında canlanmanın baş verdiyini bildirib. Qeyd edib ki, həmin illərdə Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları, bir çox nağıllarımız, tapmacalar, bayatılar və lətifələrimiz akademik səviyyədə nəşr olunub, Məmmədhüseyn Təhmasibin, Mirəli Seyidovun, İsrafil Abbaslı və başqalarının Azərbaycanın xalq dastanları, mifologiyası, folkloruna dair sanballı əsərlərin işıq üzü gördüyünü söyləyib.
Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyinin keçirilməsi, 1981-ci ildə isə Aşıq Alının 180 illik yubileyinin qeyd olunması Azərbaycanın görkəmli şəxsiyyətlərinə, aşıq yaradıcılığımıza sahib çıxmaqla bərabər, həm də Qərbi Azərbaycandakı mədəniyyətin xalqımıza mənsubluğu rəsmən bəyan edilmiş oldu. Həmçinin Novruz bayramının sovet hakimiyyəti illərində geniş qeyd olunması, müstəqillik illərində isə milli bayram statusu alması, 1997-ci ildə isə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsinin Ulu Öndərin Azərbaycan xalq mədəniyyətinin qorunması istiqamətində tarixi xidmətlərindən olduğunu deyib.
Akademik Muxtar İmanov bildirib ki, görkəmli dövlət xadiminin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir, Azərbaycanın xalq mədəniyyətinin, folklorunun qorunub inkişaf etdirilməsinə daim dəstək verir, diqqətdə saxlayır.
Tədbirdə, həmçinin AMEA-nın Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri, fil.ü.f.d., dos. Əziz Əlikbərli “Heydər Əliyev və Qərbi Azərbaycan folkloru”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d. “Heydər Əliyev irsində xalq mədəniyyətinə münasibətin fəlsəfəsi”, AMEA Rəyasət Heyətinin elmi katibi, f.e.d. Sərxan Xavərinin “Heydər Əliyevin dövlət quruculuğu siyasətində milli cəmiyyətin inkişafı konepsiyası və humanitar məsələlər”, AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, f.ü.f.d., dosent Ağaverdi Xəlilin “Heydər Əliyev və mərasim mədəniyyəti” və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, sən.ü.f.d., dosent Kəmalə Atakişiyevanın “Heydər Əliyevin mədəniyyət kursunda xalq musiqisi məsələləri” mövzusunda məruzələri dinlənilib.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.