24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov: “Əsas elmi istiqamətimiz dövlət başçısının çağırışlarını əsas götürərək Azərbaycan tarixinin ən aktual, Qərbi Azərbaycan tarixinin bütün problemlərinin öyrənilməsidir”

2 il əvvəl 1077 01

Cəbi Bəhramov: “Yeni yaradılmış Qərbi Azərbaycan tarixi şöbəsində tədqiqatların kompleks şəkildə aparılması nəzərdə tutulur”

Cəbi Bəhramov: “Qərbi Azərbaycan tarixi ilə bağlı mənbələrin toplanması, analizi və elmi dövriyyəyə gətirilməsi qarşıya qoyulan əsas vəzifələrdən biridir.”

Cəbi Bəhramov: “Qərbi Azərbaycan tarixi Atlası”nın akademik nəşrinin hazırlanması üçün işlərə başlanılıb”

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlərdə bu torpaqlardan deportasiyaya, soyqırımına məruz qalmış Azərbaycan əhalisinin taleyi ilə bağlı son 200 illik tarix üzrə tədqiqatların aparılması və Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanması göstərişini verib. Artıq bu istiqamətdə genişmiqyaslı tədbirlərə, fundamental tədqiqatların aparılmasına başlanılıb.

Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyətinin qərarı ilə akademiyada Qərbi Azərbaycanla bağlı üç şöbə yaradılıb. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi təşkil olunub.

Müsahibimiz AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov rəhbərlik etdiyi şöbədə görülən işlər, aparılan tədqiqatlar haqqında məlumat verib.

Cəbi müəllim, bugünədək Qərbi Azərbaycan tarixinin öyrənilməsi, bu bölgənin tarixi coğrafiyasının yazılması istiqamətində hansı işlər görülmüşdür?

Əvvəlcə qeyd etmək istərdim ki, tarixçi alimlərimiz istər Sovet dövründə, istərsə də müstəqillik dövründə Azərbaycanın milli mənafeyini əsas tutaraq onun qorunması üçün əllərindən gələni etmişlər. Ümumiyyətlə, Qərbi Azərbaycanla bağlı tarixi məsələlər son 30 il ərzində A.A.Bakıxanov adına Tarix İnstitutunun diqqət mərkəzində olmuş, monoqrafiyalar və məqalələr yazılmış, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrini almaq üçün dissertasiyalar müdafiə  olunmuşdur. Tarix İnstitutunda Qərbi Azərbaycanla bağlı əsaslı tədqiqatlara Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra başlanılmışdır. Məsələn, İrəvan xanlığı haqqında geniş məlumat, ilk dəfə olaraq 1993-cü ildə nəşr edilmiş bir cildlik “Azərbaycan tarixi” kitabında öz əksini tapmışdır.
1998-2003-cü illərdə nəşr edilmiş 7 cildlik “Azərbaycan tarixi” kitabının 3, 4 və 5-ci cildlərində də bu barədə geniş məlumat təqdim olunmuşdur. Çoxcildliyin bu cildlərində Çuxur-Səəd bəylərbəyliyi, İrəvan xanlığı, XIX əsrdə bu ərazilərin işğalı, ermənilərin bu ərazilərə köçürülməsi və məskunlaşdırılması tarixi, İrəvan quberniyası, Qərbi Azərbaycan ərazilərinin - İrəvan şəhəri və Zəngəzurun qərb ərazilərinin ermənilərə güzəştə gedilməsi, erməni-daşnak respublikasının yaradılması, İrəvan quberniyası və Zəngəzurda azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı cinayətləri məsələləri öz əksini tapmışdır. Həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindən deportasiya olunması, 1988-1991-ci illərdə baş verən hadisələr ümumiləşmiş şəkildə tədqiqata cəlb edilib. Daha sonralar, 2007-ci ildən Tarix İnstitutunda İrəvan xanlığının tarixi ilə bağlı tədqiqatlara başlanılıb. Bu istiqamətdə tədqiqat aparan tarixçi alimlər sırasında hazırda Qərbi Azərbaycan tarixi şöbəsinin əməkdaşlarından olan aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent  Elmar Məhərrəmovun, tarix üzrə fəlsəfə doktorları Elçin Qarayev və Bəxtiyar Əhmədovun adlarını çəkmək olar.
İrəvan xanlığı ilə bağlı kiçik bir kitab ilk dəfə 1996-cı ildə prof. F.Əliyev tərəfindən nəşr olunmuşdur. Qeyd etmək istərdim ki, Sovet dövründə İrəvan xanlığı ilə bağlı işıq üzü görmüş kitablarda bəzi təhriflərə yol verilmişdir. Bunun səbəbi həmin dövrdə fəaliyyət göstərən alimlərimizə olan təzyiqlər və mövcud olan senzura  idi. Bir faktı da diqqətə çatdırmaq istərdim ki, bu dövrdə tarixçi alimlərimizdən birinə Ermənistan ərazisində Azərbaycan mədəniyyəti tarixi ilə bağlı doktorluq dissertasiyası mövzusu təqdim olunsa da, bu istiqamətdə tədqiqatların aparılmasına icazə verilməmişdir. Bu səbəbdən həmin illərdə bu ərazilərin tarixi ilə bağlı əsaslı tədqiqatlara rast gəlmək mümkün deyil. Yalnız 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra bu istiqamətdə tədqiqat işlərinə başlanılmışdır. Bu illərdə ömrünün böyük bir qismini İrəvan şəhərində yaşamış qocaman alim, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru İsrafil Məmmədov tərəfindən çoxsaylı əsərlər yazılmağa başlanmışdır. Onun Sabir Əsədovla birgə ərsəyə gətirdiyi “Ermənistan azərbaycanlılarının acı taleyi”, eləcə də “Ermənistan zərbaycanlılarının tarixi coğrafiyası” və digər əsərlərini bunlara nümunə göstərmək olar.
Bundan başqa, vaxtilə Tarix İnstitutunda Azərbaycanlıların deportasiyası və soyqırımı şöbəsi fəaliyyət göstərirdi. Şöbənin rəhbəri isə İsrafil Məmmədov olmuşdur. Hazırda bu şöbə elmi qrup olaraq fəaliyyətini davam etdirir. Bu şöbənin Qərbi Azərbaycanla bağlı çox sayda əsərlərin yazılmasında böyük rolu olmuşdur. Həmçinin t.ü.f.d., dos. Kamran İsmayılovun, t.ü.f.d. İlqar Niftəliyevin, t.ü.f.d. Elmar Məhərrəmovun və mənim müəllifliyimlə İrəvan quberniyasında və Zəngəzurda 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə azərbaycanlı əhaliyə qarşı  törədilən soyqırımlarla bağlı  kitablar və məqalələr nəşr olunmuşdur. Dünya xalqlarının 8 dilinə tərcümə olunan “İrəvan xanlığı, Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı monoqrafiya 2009-cu ildə işıq üzü görmüşdür. 2012-ci ildə bu monoqrafiya Dövlət mükafatına layiq görülmüşdür. Bundan başqa, t.ü.f.d. Elçin Qarayev və Nazim Mustafa İrəvan şəhərinin tarixi, xanlıqda hökmranlıq etmiş sülalələr, şəxsiyyətlər barədə geniş monoqrafiyaların, şöbəmizin əməkdaşı t.ü.f.d. Ziyad Əmrahov isə “İrəvan quberniyasının tarixi” əsərinin müəllifidir.

Şöbədə Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əsas istiqamətləri barədə məlumat verərdiniz.

Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa olundu, Azərbaycanın ağrılı problemlərindən olan Qarabağ məsələsi birdəfəlik həll edildi. Hazırda Azərbaycanın yeganə problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycan torpaqlarının həqiqi sahiblərinə geri qaytarılması, vaxtilə bu torpaqlarda yaşamış Azərbaycan əhalisinin hüquqlarının bərpa olunmasıdır. Avropada XVI əsrdə qəbul olunmuş və bütün xalqlara tətbiq olunan legitimlik prinsipi mövcuddur. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, qədim zamanlardan müəyyən torpaqlarda məskunlaşmış yerli əhalinin ərazisini bölmək, işğal etmək, mənimsəmək yolverilməzdir. Azərbaycan xalqının hüquqları pozulub, ərazisi iki hissəyə bölünüb, ərazilərinə ona düşmən kəsilən bir xalq köçürülüb və ona qarşı ən ağır cinayətlərdən olan soyqırımı törədilib. Xalqımızın pozulmuş hüquqlarının, tarixi ədalətin bərpası olduqca zəruri məsələlərdəndir.

Bu səbəbdən cənab Prezident İlham Əliyev 2022-ci ilin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında həmin bölgədən olan bir qrup ziyalı ilə görüşündə Qərbi Azərbaycana qayıdışla bağlı fəaliyyətin bu torpaqların tarixi üzərində qurulmasının gərəkliliyini bildirmişdir. İclasda cənab Prezident demişdir: “İndi baxın, görün, Cənubi Qafqazın digər ölkələrinə – Azərbaycanda, Gürcüstanda, bizim şəhərlərimizdə, əksər şəhərlərdə tarixi abidələr, tarixi mərkəzlər var. İstər Bakı olsun, Gəncə olsun, Naxçıvan, Şəki, Qəbələ, digər bütün şəhərlərdə. Bəs, necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy, bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb. Yəni, bütün bunlar göstərilməlidir. Yəni, siyasi və hüquqi tərəfdən başqa, istənilən məsələdə bunun tarixi mahiyyəti də əhəmiyyət kəsb edir. Ona görə bizim işimiz bu tarix üzərində qurulmalıdır”.

Təbii ki, bu torpaqlar Azərbaycanın doğma torpaqlarıdır. Bizim daha öncələr apardığımız tədqiqatlarda da bu, faktlarla sübuta yetirilib. 1918-ci ildə İrəvan şəhəri və onun ətrafında olan torpaqlar ermənilərə verilərkən Azərbaycan xalqının fikri öyrənilməyib, sorğu və ya referendum keçirilməyib, qərar qəbul edilərkən oradan seçilən üç deputatın - Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyovun etirazları qəbul edilməyib. Beləliklə, hər bir xalqın ümdə hüququ olan yaşamaq hüququ pozulub. Digər tərəfdən, Sovet Rusiyası 1920-ci ildə Azərbaycanı işğal etdikdən sonra xalqımızın razılığı olmadan həmin ilin noyabr ayından 1929-cu ilin fevralın 18-dək 20.8 min kv.km Azərbaycan SSR ərazisini Ermənistan SSR-ə güzəştə gedib. Buna görə də, bu məsələ xalqımızın ümummilli probleminin bir hissəsidir. Qərbi Azərbaycan bütöv Azərbaycanın bir hissədir. Bütün bu qeyd olunan məsələlər Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən görüşdə geniş müzakirə olunmuşdur. Görüşdə ölkə başçısının səsləndirdiyi əsas fikirlər həmin ərazilərin Azərbaycan xalqına qaytarılması, pozulmuş hüquqların bərpa edilməsi, ərazinin tarixinin yazılması və milli atlasın tərtib edilməsi, bu ərazilərlə bağlı bütün dövrlərə aid mənbələrin toplanılması və onların çeşidlənərək sistemləşdirilməsi, o cümlədən bu problemin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı idi. Biz bu istiqamətdə işlərə artıq başlamışıq. Dövlət başçısının çağırışlarına müvafiq olaraq, AMEA Rəyasət Heyəti akademiyanın 3 institutunda bu istiqamətdə fəaliyyət göstərəcək 3 şöbənin yaradılmasına dair qərar qəbul edib. Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsinə rəhbərliyin mənə həvalə olunması qürurvericidir. Bu məsələnin ümummilli bir məsələ olduğunu nəzərə alaraq şöbəyə rəhbərlik olduqca məsuliyyətli işdir. Bu şöbəyə cəlb etdiyimiz mütəxəssislər müxtəlif dövrlər üzrə tədqiqatlar aparmış yüksəkixtisaslı kadrlardır. Bundan əlavə, şöbəmiz digər şöbələrlə birbaşa əlaqəli şəkildə fəaliyyət göstərməyə başlayıb.

Şöbədə aparılan tədqiqatların əsas istiqamətlərini ən qədim dövrdən bugünədək Qərbi Azərbaycanın tarixinin araşdırılması, tarixi atlasın tərtib edilməsi təşkil edir. Bu iki məsələnin həlli üçün dünyanın müxtəlif ölkələrində ayrı-ayrı dillərdə yazılmış elmi ədəbiyyatın toplanması işləri həyata keçirilir. Həmçinin kütləvi informasiya vasitələrində bu istiqamətdə çıxışlar, sənədli filmlərin çəkilişi və s. tədbirlərin görülməsi nəzərdə tutulur. Əminəm ki, həmkarlarımızla birgə bu işlərin öhdəsindən layiqincə gələcəyik.

Tədqiqatlar zamanı ictimaiyyətə məlum olmayan yeni faktlar üzə çıxıbmı?

Bəli, İrəvan şəhərinin ermənilərə verilməsi ilə bağlı müxtəlif fikirlərə rast gəlmək mümkündür. Bəzi yazı və çıxışlarda şəhərin guya 99 illik icarəyə verildiyini, bəziləri isə həmin dövrdə beynəlxalq vəziyyətin indiki kimi olmadığını qeyd edirlər. Lakin ilk növbədə, tarixi faktlar araşdırılarkən arxiv sənədlərinə istinad olunmalıdır. Dövlət başçısı İlham Əliyev tarixi sənədlərlə yaxından tanış olduğu üçün öz fikrini hər zaman qətiyyətlə ifadə edir. Tarix hadisələri olduğu kimi, faktlarla təqdim etməyi tələb edir.
Birinci məqam ondan ibarətdir ki, İrəvan şəhəri ermənilərə verilərkən Azərbaycan xalqına müraciət olunmamış, razılıq alınmamışdır. Digər tərəfdən, Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra ölkəmizin 20.8 min kv. km ərazisini Ermənistana vermişdir. 1988-ci il noyabr ayının 23-dən dekabrın 7-dək Sovet ordusunun iştirakı ilə bütün Qərbi Azərbaycan ərazisindən, 22 rayondan azərbaycanılılar deportasiya edilmişdir. Mən bu hadisənin şəxsən şahidi olmuşam. Əlbəttə ki, bu məsələnin bir çox məqamları tədqiqatlar zamanı aşkara çıxarılacaq. Bəzən bir faktın sübut olunmasına xeyli vaxt tələb olunur. Bu da təbiidir. Şəxsi təcrübəmdən deyə bilərəm ki, bir tarixi faktın aşkara çıxarılmasına 20 ildən çox vaxt sərf etdiyim də olub.

1918-ci ilin iyununda Osmanlı Türkiyəsi höküməti ilə Erməni-daşnak Respublikasının üzvləri arasında imzalanmış məxfi müqavilənin 6-cı maddəsində 4 bənd yer alıb. Bu bəndlərdə Azərbaycan əhalisinin hüquqlarının qorunmasından söhbət gedir. Lakin bu müqavilənin şərtlərinə indiyədək əməl olunmayıb. Bu faktların dünya ictimaiyyətinə çatdırılması olduqca zəruri məsələlərdəndir.

1918-ci ilin may ayının 29-dək həmin ərazidə Ermənistan adlanan beynəlxalq hüququn bir subyekti  mövcud olmayıb. Ermənilər və onların Rusiya Federasiyası, ABŞ, Fransa və Avropanın bir sıra ölkələrindən, o cümlədən İrandan olan havadarları iddia edirlər ki, ermənilər bu ərazilərin yerli əhalisidir və bununla saxtakarlığa əl atırlar. Bir faktı qeyd etmək vacibdir ki, Azərbaycan ərazisində hazırda da bir çox xalqlar yaşayır. Bu xalqlar ümumi Azərbaycan dövləti ərazisində yaşayırlar, Azərbaycan xalqının torpaqlarına göz dikməyiblər. Lakin ermənilər öz havadarlarının təhriki ilə həmin illərdən başlayaraq Qərbi Azərbaycan ərazisinə köçürülərkən ərazi iddiaları ilə çıxış etməyə başladılar. Bu, yolverilməz bir fakt olmaqla bərabər, həm də cinayətdir. Əminəm ki, yaxın zamanda apardığımız tədqiqatların nəticələri olaraq ermənilərin bu ərazilərdə törətdikləri genişmiqyaslı cinayətlərlə bağlı yeni sübutlar üzə çıxacaq.

Bildiyimiz kimi, şöbədə Qərbi Azərbaycanın atlasının hazırlanması nəzərdə tutulur. Atlasda hansı məlumatlar öz əksini tapacaq?

Hazırlanması nəzərdə tutulan”Qərbi Azərbaycan tarixi atlası”nda qədim dövrdən bugünədək Qərbi Azərbaycan ərazisində baş verən ictimai-siyasi proseslər, ərazinin sərhədlərinin müəyyən edilməsi və bir çox digər faktlar öz əksini tapacaq. Hazırda bu istiqamətdə işlər görülür, mövcud xəritələr, mənbələr nəzərdən keçirilir. Atlasın akademik səviyyədə nəşrinə nail olmağı planlaşdırırıq. Çalışacağıq ki, əlimizdən gələn bütün imkanlardan istifadə edərək, mənbələrin toplanmasını tam şəkildə həyata keçirək. Bu işə şöbəmizin əməkdaşları ilə yanaşı, Azərbaycanın müxtəlif dövrlərdəki tarixini tədqiq edən digər şöbələrin əməkdaşları da cəlb olunub. Alimlərimiz tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, ermənilər bu ərazilərə XIX əsrin birinci yarısında, daha dəqiq desək, 1830-cu illərdən başlayaraq 1982-ci ilədək köçürülüb. Fransız əsilli rus məmuru  İvan Şopenin, S.Qlinkanın, N.Şavrovun və başqa məmurların hazırladıqları sənədlərdə, o cümlədən SSRİ hökumətinin qəbul etdiyi qərarlarda bu faktlar açıq şəkildə öz əksini tapıb. XX əsrin əvvəlində, 1911-ci ildə rus məmuru N.Şavrov öz qeydlərində bildirib ki, bu ərazilərdə yaşayan 1 milyon 300 min erməninin bir milyonunu ruslar Qərbi Azərbaycan torpaqlarına köçürüb. Qeyd edim ki, ermənilərə neft sənayesində təmsil olunan bir sıra şirkətlər dəstək olmuşdur. Fransa və onun müttəfiqi olan  dövlətlər bu gün də BMT, Avropa Şurası səviyyəsində anti-Azərbaycan fəaliyyəti ilə məşğuldurlar. Məlum olduğu kimi, dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya Federasiyası sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şəraitin yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terroruna son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır. Etiraz aksiyaları bir aydan çox davam etməsinə baxmayaraq, Avropa ölkələri hələ də susur, bu məsələyə heç bir münasibət bildirmirlər.

Qeyd edim ki, AMEA Tarix İnstitunda Qərbi Azərbaycan tarixi şöbəsinin yaradılması kampaniya xarakteri daşıyan bir məsələ deyil. Bu şöbənin yaradılmasında əsas məqsəd Qərbi Azərbaycan torpaqlarının Azərbaycan xalqına məxsus olduğu faktını bir daha sübut etmək, doğma vətənlərindən məhrum edilmiş həmyerlilərimizin hüquqlarını bərpa etməkdən ibarətdir. Daha bir faktı da qeyd etmək istərdim. Apardığım tədqiqatlar nəticəsində müəyən olunub ki, 1918-1920-ci illərdə Nobel qardaşları erməni cinayətkar qruplaşmaları ilə əlbir olub, vəsait ayıraraq silahlar alıb və erməni-daşnak partiyasına göndəriblər. Beləliklə, Azərbaycan xalqına qarşı cinayət törədilib. Bu barədə Rusiya və Avropa alimləri də öz əsərlərində qeyd ediblər. Bundan başqa, Nobel Sülh mükafatı 1938-ci ildə tarixin ən qəddar və cinayətkar  siyasətçilərindən biri A.Hitlerə, 1990-cı ildə isə Azərbaycanda 20 Yanvar hadisələrini törətmiş M.Qorbaçova təqdim olunub. Bu fakt Nobel qardaşlarının əsl simasını üzə çıxarır. Bu ərazilərə qayıdış tarixi ədalətin bərpası baxımından çox önəmlidir.

Ermənilərin törətdikləri ağılasığmaz və dəhşətli cinayətlərdən biri də Qərbi Azərbaycanın tarixi ilə bağlıdır. Bu ərazidə bütün toponimlərin adları ermənilər tərəfindən dəyişdirilmişdir. Təbii ki, bu ərazilər erməni torpaqları olsa idi, bu addıma ehtiyac duyulmazdı. 1918-ci il may ayının 30-dan 1920-ci il ilin noyabrınadək 17 ərazinin, dağların, çayların, göllərin adı dəyişdirilib. 1920-ci ilin noyabrından 1936-cı ilədək 11, 1936-cı ildən 1991-ci ilədək 850-dən çox ərazi adı dəyişdirilib. Hazırda bu məsələlərin aşkara çıxarılması üçün geniş Fəaliyyət Proqramı tərtib olunub. Bundan başqa, Fransa 1993-cü il aprel ayının 30-da BMT-də Kəlbəcərin işğalı ilə bağlı qətnamə qəbul  edərkən bu ölkənin səfiri Jan Meryenin təşəbbüsü ilə “Ermənistan Resublikası Silahlı Qüvvələri” sözü qətnamənin mətnindən çıxarılaraq “yerli erməni hərbi qüvvələri” yazılmışdır. Bu qüvvələri silahlandıran isə Rusiya Federasiyası idi. 1994-1997-ci illərdə 1 milyard dollardan çox silahı təmənnasız Ermənistana verən Rusiya Federasiyasının hərbi-siyası dairələri olmuşdur.  Xocalı faciəsinin törədilməsində də Rusiya Federasiyasının 366-cı alayının cinayətkar rolu olmuşdur.

Azərbaycan xalqına Prezident İlham Əliyev kimi bir liderin rəhbərlik etməsi xalqımız üçün böyük xoşbəxtlikdir. İnanıram ki, dövlət başçımızın rəhbərliyi ilə Qərbi Azərbaycan problemi də tez bir zamanda öz həllini tapacaq. Mən Prezident İlham Əliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adının, “Şah İsmayıl” ordeninin verilməsi təklifi ilə çıxış etmişəm. Çünki millətinin Qarabağ kimi böyük bir syasi problemini həll edən lider xalqın milli qəhrəmanı adına layiqdir.

Vətən müharibəsində bir millət olaraq dəmir yumruq kimi birləşərək Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradə və qətiyyətlə Zəfər qazandığımız kimi, Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birlik sayəsində öz doğma torpaqlarımıza geri qayıdacağımıza əminik. Qəti inamla qeyd etmək istərdim ki, Qərbi Azərbaycana qayıdış mütləq baş tutacaq, Vətən müharibəsindəki tarixi Zəfərin davamı olaraq bu tarixi vətənimizə də dönüş mümkün olacaq.
Cənab Prezident İlham Əliyev RBK televiziya kanalına müsahibəsində müxbirin “Müharibəni dayandırmaq istəmirsinizmi?” sualına “…gizli deyil ki, bu gün Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir. Onun təhlükəsizliyi Rusiya tərəfindən təmin edilir, pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir. Biz Ermənistana məxsus, bəlkə də milyardlarla dollar dəyərində texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar haradandır? Onların pulu yoxdur. Bütün bunlar Rusiyadan pulsuz göndərilir. Qaz təchizatı Rusiyadan güzəştli qiymətlərlə təmin olunur, elektrik enerjisi də müəyyən dərəcədə güzəştlə verilir. Dəmir yolları, rabitə, hərbi baza. Hətta Ermənistanın Türkiyə və İranla sərhədini rusiyalı sərhədçilər qoruyur. Əgər belə olmasaydı, sərhəd boş qalardı. Ermənistana təsir göstərmək üçün daha hansı ölkənin bu qədər vasitələri var? Heç bir ölkənin… ” cavabını verib.

Ulu öndər Heydər Əliyev hər zaman öz nitqlərində bir millətin, xalqın azad olmasının vacibliyini qeyd edib. Ümummilli Liderin 1997-ci ildə səsləndirdiyi “Biz azadıq, müstəqilik, öz taleyimizin sahibiyik. Biz öz gələcəyimizin, sərvətlərimizin sahibiyik”- fikirləri onun Azərbaycançılıq məfkurəsinə, milli dövlətçiliyə nə qədər bağlı olduğunu nümayiş etdirir. Biz də bu milli yolu davam etdirməli, bir vətəndaş  olaraq bu yolda lazım gələrsə canımızdan keçməyə hazır olmalıyıq.

Son olaraq, gələcəkdə Qərbi Azərbaycanla bağlı tədqiqatların genişləndirilməsi üçün nə kimi tədbirlərin görülməsi nəzərdə tutulur?

Qərbi Azərbaycan ərazilərinin arxeologiyası, etnoqrafiyası, coğrafiyası, təbii sərvətləri, folkloru, dil məsələləri, sənətkarlıq tarixi, ümumilikdə mədəniyyət tarixi, o cümlədən əhalinin adət-ənənələri, mətbəxi və s. geniş tədqiqatlara cəlb ediləcək. Tədqiqatların kompleks şəkildə aparılması nəzərdə tutulur. İlk addım olaraq şöbə təşkil olunub. Güman edirəm ki, gələcəkdə tədqiqat dairəsinin genişlənməsi, bu məsələnin strateji və ümummilli məsələ olması ilə əlaqədar olaraq maddi-texniki bazanın genişləndirilməsinə böyük ehtiyac duyulması nəzərə alınaraq bu istiqamətdə elmi mərkəz yaradılacaq.

Hazırda şöbədə 9 nəfər əməkdaş fəaliyyət göstərir, həmçinin kənardan mütəxəssislər bu işə cəlb olunur. Biz bu tədqiqatları əsaslı şəkildə aparacağıq və nəticələri təqdim edəcəyik.

Qeyd etmək istərdim ki, Qarabağın tədqiqində akademiklər – Əbdülkərim Əlizadə Ziya Bünyadov, İqrar Əliyev, Nailə Vəlixanlı, professorlar Məmmədəli Şərifli, Məmmədəli Hüseynov, tarix elmləri namizədləri İsaq Cəfərzadə, Saleh Qazıyev və digər görkəmli alimlərimizin böyük xidmətləri olmuşdur. Biz alimlər də Prezidentin çağırışlarını əsas götürərək tədqiqatlarımızı yüksək səviyyədə həyata keçirirək Azərbaycan torpaqlarına qayıdış  proqramına öz tövhəmizi vermək üçün var gücümüzlə çalışacağıq.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının Media və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com