AzMUN Milli Simulyasiya Konfransı uğurla başa çatdı
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları (ATGTİ) təşkilatçılığı ilə beynəlxalq münasibətlərə, diplomatiyaya maraqlı müxtəlif təhsil müəssisəsindən olan 100-dən çox tələbənin iştirakı ilə “AzMUN Milli Simulyasiya Konfransı” keçirilib.
3 gün ərzində təşkil olunan konfrans Azərbaycanın dilbər guşələrindən olan Şəki şəhərində, Olimpiya İdman Kompleksində təşkil olunub. Konfransın rəsmi açılış mərasiminə keçməzdən öncə Şəki şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, daha sonra rəsmi açılış mərasimi dövlət himninin səsləndirilməsi, ölkəmizin bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.
Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov açılış nitqində iştirakçıları salamlayaraq, layihənin gələcək diplomatların formalaşmasında mühüm rol oynayacağına əmin olduğunu, keçirilən konfransların gənc diplomatlara böyük töhfə verəcəyini və onların fəaliyyətlərinin daha da stimullaşdırılmasına imkan yaradacağını bildirib.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Şöbə müdirinin müavini İlyas İsmayıllı çıxışı zamanı “AzMUN” proqramının və keçirilən simulyasiyaların tələbələrin inkişafının artırılmasına xidmət etdiyini, Nazirlik tərəfindən bu tipli layihələrin keçirilməsini daima dəstək göstərildiyini vurğulayıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli də öz çıxışı zamanı bu kimi beynəlxalq əhəmiyyətli layihələrin təşkil olunmasının tələbələrin təcrübi bacarıqlarının formalaşmasına, tələbələrin şəxsi inkişafına göstərdiyi müsbət təsirlərdən və layihənin gələcək perspektivlərindən söz açıb. Ardınca “AzMUN” proqramının rəhbəri Leyla Məmmədzadənin proqram haqqında təqdimatı baş tutub.
Konfransın ilk günü, rəsmi açılış mərasiminin ardınca baş tutan böhran simulyasiyasiyasına Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov da yaxından izləyərək, gələcək diplomatların çıxışları ilə tanış olub. Daha sonra nazirin iştirakçılarla görüşü baş tutub. Görüş zamanı Fərid Qayıbov yürüdülən xarici siyasət, siyasi-diplomatik aspektlərdən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövr ərzində gənclər üçün yaradılan imkanlardan və atılan addımlarla bağlı gənclərlə fikir mübadiləsi aparıb, onların suallarını cavablandırıb.
Layihə ərzində iştirakçılar üçün şəbəkələşmə oyunları, asudə vaxtın səmərəli dəyərləndirilməsi üçün müxtəlif əyləncələr, görüşlər, o cümlədən Şəkinin gəzməli və görməli tarixi abidələrinə maraqlı səfərlər təşkil olunub. Gənclərin bilik və bacarıqlarını artırmaq məqsədi ilə müxtəlif günlərdə simulyasiyalar keçirilib. Tədbirin ikinci günü müxtəlif ölkələrin prezident, xarici işlər naziri, daxili işlər naziri və müdafiə naziri rollarında çıxış edən tələbələrlə simulyasiya sessiyaları keçirilib. Moderatorlu və moderatorsuz sessiyalar olmaqla “Nüvə silahlarının yayılmaması və silahsızlanma” mövzusu ətrafında BMT Baş Assambleyasında Beynəlxalq Təhlükəsizlik komitəsi Azərbaycan dilində, Baş Assambleyanın Sosial, Humanitar və Mədəniyyət komitəsində isə “Qlobal miqyasda qaçqın böhranı və daxili köçkünlüklə mübarizə” mövzusu ətrafında ingilis dilində müzakirə təşkil olunub. Layihənin son günündə simulyasiyalar yenidən təşkil olunmuş, daha sonra qətnamə qəbul edilib. Bununla yanaşı iştirakçılar böhran situasiyalarında problemlərin həll olunması istiqamətində də praktiki təcrübə əldə ediblər.
Tədbirdə iştirak edən gələcək diplomatlar böhran situasiyalarında problemlərin həll olunması istiqamətində praktiki təcrübə əldə etdiklərini, bu tipli layihələrin daha çox həyata keçirilməsini vurğulayıb, haqq səsimizi obyektiv və tam şəkildə dünyaya çatdıra biləcək gənc nəslin yetişməsində mühüm əhəmiyyət kəsb etdiyini xüsusi olaraq qeyd ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.