BDU-da “HEYDƏR ƏLİYEV – BDU-NUN DÜNYA ŞÖHRƏTLİ MƏZUNU” esse müsabiqəsinin nəticələri elan olunub
BDU tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “HEYDƏR ƏLİYEV – BDU-NUN DÜNYA ŞÖHRƏTLİ MƏZUNU” adlı esse müsabiqəsinin nəticələri elan edilib.
Müsabiqəyə 70-dən artıq esse təqdim olunub. Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.
Müsabiqə komissiyasının qərarı ilə Tarix fakültəsinin II kurs magistrantı Nuridə Süleymanova I, Mexanika-riyaziyyat fakültəsinin III kurs tələbəsi Zeynəb Hacıyeva II, Jurnalistika fakültəsinin IV kurs tələbəsi Əsgər İsmayılov III yerə layiq görülüblər.
Jurnalistika fakültəsinin III kurs tələbəsi Nəzrin Gəncəliyeva və Filologiya fakültəsinin II kurs tələbəsi Almaz Məmmədova isə həvəsləndirici yerləri qazanıblar.
Qalib esse müəllifləri diplom, pul mükafatı və hədiyyələrlə təltif ediliblər. Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaq.
Qalibləri təbrik edirik!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.