“Elmdə və təhsildə innovativ texnologiyalar” VII Beynəlxalq konqresinin açılış mərasimi keçirilib
May ayının 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) ilə birgə keçirilən “Elmdə və təhsildə innovativ texnologiyalar” VII Beynəlxalq konqresinin açılış mərasimi keçirilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan hibrid formatda təşkil olunan beynəlxalq konqresə Azərbaycan, Türkiyə, Gürcüstan, Albaniya, Nigeriya, Mərakeş, Benin, Hindistan, Efiopiya, Moldova, Vyetnam və Portuqaliya daxil olmaqla ümumilikdə 12 ölkədən 150-dən çox tədqiqatçının 100-ə yaxın məruzələrinin tezisi qəbul olunub.
Açılış mərasimində, əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov beynəlxalq konqrensin iştirakçılarını salamalayaraq, ənənəvi keçirilən bu önəmli konfransın hər il iki dəfə - bir dəfə Azərbaycanda, bir dəfə isə qardaş Türkiyədə təşkil edildiyini qeyd edib. Prorektor Azərbaycanda, ADPU-da keçirilən builki konqresin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmasının əhəmiyyətini vurğulayaraq, Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafındakı misilsiz rolunu qeyd edib, eyni zamanda türk dünyasının böyük oğlunun türk dövlətləri arasında elmi-mədəni əlaqələrin təşəkkülündə də müstəsna xidmətlər göstərdiyini diqqətə çatdırıb.
Prof. A.Zamanov bu kimi tədbirlərin beynəlxalq elmi əlaqələrin inkişafı və innovativ elmi yanaşmaların inkişafına xüsusi töhfə verdiyini qeyd edib. O, konqresdə iştirak etmək üçün Azərbyacana gələn Tiflis Dövlət Tibb Universitetinin (TDTU) professor-müəllim və tələbələrindən ibarət nümayəndə heyətinə təşəkkürünü bildirib.
Çıxış edənlərdən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova “Heydər Əliyevin dil siyasəti”, sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev “ADPU-nun pedaqoji kadr hazırlığında rolu” mövzularında fikirlərini bölüşüblər. ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin müdiri dosent Ərastun Mehdiyev son dövrlərdə ADPU-da aparılan elmi-tədqiqat işlərindən bəhs edərək, qabaqcıl elmi-pedaqoji təcrübənin tədqiqi və tətbiqi məqsədi ilə universitetin tədqiqatçılarının xarici ölkələrin, xüsusən, Türkiyənin elmi-tədqiqat strukturları və ali təhsil müəssisələrində araşdırmalar apardıqlarını qeyd edib.
Gürcüstan nümayəndə heyətinin rəhbəri, TDTU-nun Elmi Tədqiqat və Bacarıqlar Mərkəzinin direktoru professor Luiza Gabunia da öz növbəsində beynəlxalq konqresin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə ADPU rəhbərliyinə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, iki gün davam edəcək konqresin materiallarına sosial və humanitar elmlər, tibb elmləri, riyaziyyat, texniki elmlər, həmçinin fənlərin təlim və tədrisi ilə bağlı alim və tədqiqatçıların akademik araşdırmaları daxil edilib. Konqresə təqdim olunan məruzə və tezislərin toplusu çap və elektron formatda nəşr ediləcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.