Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin məlumatı
Konfransın iştirakçıları Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər ediblər.
Görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin 100 illik yublieyi münasibətilə keçiriləcək “Azərbaycanın su təsərrüfatı sektorunun inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda elmi-praktiki konfransın iştirakçıları Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər ediblər.
Komplekslə tanışlıq zamanı bildirilib ki, Azərbaycanın içməli su sektorunda ən müasir qurğusu sayılan kompleksin təməli 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub və 2015-ci ildə ölkə başçısının iştirakı ilə istismara verilib. Məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan kompleksdə suyun emalı membran tipli süzgəclərdə aparılır. Su heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə, mexaniki üsulla təmizlənir. Burada emal olunan su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir. Qeyd olunub ki, bu kompleks Bakı şəhəri və Abşeron yarımadasının böyük hissəsi, ümumilikdə 1 milyondan çox sakini yüksək keyfiyyətli içməli su ilə təmin edir.
Komplekslə tanışlıq çərçivəsində qonaqlar mərkəzi idarəetmə sistemi - SCADA otağında idarəetmə proseslərini izləyiblər. Daha sonra şura üzvləri kompleksin laboratoriyası ilə tanış olublar.
Tədbir iştirakçıları Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanışlığın onlarda böyük təəssürat yaratdığını qeyd edib, burada yaradılmış infrastrukturun imkanlarını yüksək qiymətləndiriblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.