Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin qalibi Turqut Məsimlinin layihəsinin açılışı və ilk təlimi baş tutub.
Layihənin açılışını edən layihə rəhbəri Turqut Məsimli iştirakçılara layihənin məqsəd və vəzifələri ilə bağlı məlumat verib. Təlimlər zamanı gənclərə aktiv olmağı tövsiyə edən Turqut Məsimli Azərbayaycan Respublikasının Gənclər Fondu və onun gənclər üçün yaratdığı imkanlardan danışıb.
Təlimçi Asim Əmirov ilk təlimdə gənclərə teatr sənəti, teatr sənəntinin incəlikləri, etüd, spesifik teatr sənəti, aktyor sənəti ilə bağlı məlumat verib. Müasir dünyada teatrın rolundan danışan Asim Əmirov gəncləri maraqlandıran suallar cavablandırıb. Daha sonra etüdlə bağlı praktik tapşırıqlar yerinə yetirən gənclər ilk təlim günü ilə bağlı təəssüratlarını bölüşüb.
Layihənin əsas məqsədi gəncləri Azərbaycan teatr tarixi ilə yaxından tanış etmək, teatrımızın yaxın və uzaq keçmişini, tanınmış xalq artistlərini, görkəmli aktyor və sənətkarlarımızı, eləcə də incəsənət xadimlərimizin teatr həyatındakı əvəzsiz rollarını gənclərə çatdırmaq, region gənclərinin teatr sənətinə olan maraq dairəsini genişləndirmək, istedadlı gəncləri üzə çıxartmaq, teatr sənətinin incəlikləri, teatr texnikaları, səhnə mədəniyyəti, obraz yaratmaq metodları, diksiya ilə bağlı gəncləri məlumatlandırmaqdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.