Bir il nə tez geçdi?...
Bu gün məzarın üstünə yağış yağırdı...
Göz yaşları idi...
Tahir Süleymanov: KİÇIK QARDAŞIMA
Balaca qardaşım məni bəyənmir,
Deyir, elə yazma, belə danışma.
O mənə inanmır, mənə güvənmir,
Deyir, işlərimə gəlib qarışma.
O kiçik olsa da böyüklük edib,
Saçını ağardıb cavan yaşında.
Haraya istəyib, oraya gedib,
Sözünə baxmayıb heç qardaşın da.
Taleyi belədir onun əzəldən,
Əyri zəmanədə düzlük axtarır.
Bəzən o yorulub düşsə də əldən,
Bezsiz dünyaya üzlük axtarır.
Futbol aləmində şöhrəti, şanı,
Qəlbi, ruhu, damarda qanı.
Düşmən ocağında qalibiyyət anı,
O təmsil edir Azərbaycanı!
Onunku qaydadır, hər yerdə qayda,
Futbolun qaydası, işin qaydası.
İstər evdə olsun, istər meydanda,
Qaydasız əməyin olmaz faydası.
Tahirin qəlbini qırmamaq üçün,
Qırmızı vərəqə almamaq üçün,
Dayanıb uca bir dağ zirvəsində,
Yazıram qaydalar çərçivəsində...
----------------------------------------------------------
Yağış yağır, məzarın üstə, cəm-cəm,
Göz yaşıdır, günəş çıxsın, siləcəm,
Yanına da gələcəm...
Bu dünyada nə var ki?!
O dünyaya salam de...
Qardaş oldun, həm ata,
Getdin günəş batanda,
Necədi ana, necədi ata?
Bu dünyada nə var ki?!
O dünyaya salam de...
Dost sevgisi tükənməz,
Dəyərlər heç bilinməz,
Sənə yoxdur bir əvəz,
Bu dünyada nə var ki?!
O dünyaya salam de...
Üzüldü məkan, bilsən,
Dedilər - nurlu insan!
Gəlim deyim, hardasan?
Bu dünyada nə var ki?!
O dünyaya salam de...
Qapılar açılsın üzə,
Oturaq biz üz-üzə,
Dərdləşək düzün-düzə...
Bu dünyada nə var ki?!
O dünyaya salam de...
Demə ki, tələsirəm,
Haqqı itirmişəm mən,
Haqq dalınca gəlirəm...
Bu dünyada nə var ki?!
O dünyaya salam de...
---------------------------------
Ruhun şad olsun, əvəzolunmaz QARDAŞIM!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.