24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Sevinc Ədalətqızı: ŞƏHİDLİK VƏ ÖLMƏZLİK YOLUNUN ƏBƏDİ YOLÇUSU ÜLVİ BÜNYADZADƏ

2 il əvvəl 1690 01

Həyat üçün doğulub, Vətən üçün ölməyi özünə böyük şərəf bilərək, soyuq, şaxtalı, ağrılı, acılı, ölüm qoxulu, ölüm yuxulu uzaq bir yola çıxmaqdan əsla çəkinməyən, ömür telləri çox gənc yaşında qırılmış, Şəhidlik zirvəsində ülviləşmiş Vətən oğlu Ülvi Bünyadzadə ölümsüzlüyə gedən yolun sonsuz, əbədi yolçularından birinə çevrildi. Heyrətamiz şeirlərinin atəşli misralarında ürəyi Vətən eşqi ilə çırpınıb duran gənc şairimiz Ülvi Bünyadzadə Vətən uğrunda ölməyi həyatda hər şeydən üstün tutub, azadlıq bayrağını öz canı, qanı bahasına göylərə ucaldanlardan biri oldu. O, Tanrı dərgahında öz məsləki, şüuru, amalı, əqidəsi naminə müqəddəs bir ada layiq görüldü. “Şəhidlik- Ölməzlik” rütbəsini qazandı. Əlbəttə, Ülvi kimi Vətən uğrunda ölməyə dəyərmiş...

Ülvi Yusif oğlu Bünyadzadə 1969-cu il sentyabrın 23- də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində dünyaya gəlmişdir. Şeirə, sənətə olan sonsuz marağı hələ lap uşaqlıqdan haqqlamışdı onu. Ülvi ilk qələm təcrübəsiylə özünü 5 yaşında olarkən Göyçədə qarlı bir qış günündə sınamışdır. Onun körpəcə, məsum, kövrək qəlbində bu böyüklükdə dünyaya sığmayacaq qədər arzuları, istəkləri vardı. Təbii ki, canından çox sevdiyi Vətəni, xalqı, miləti üçün.

Ülvi yaradıcılığı iki əsas məfhumla bağlıdır. Vətən və sevgi məfhumu ilə. Sevgi məfhumu Ülvinin poetik misralarına bir şəffaf su tək çilənib. Bu misralar kök atıb, yetərincə böyüyüb, püxtələşib və onun qəlbinin dərinliyində baş qaldırmış ilahi bir varlığa çevrilib. Ülvi bu ilahi varlıqla qanad çalıb, söz dəryasında üzüb, xəyalları pərvaz edib, öz qəlbinin hiss və həyəcanını bəyaz kağıza köçürüb:

Arzum budur həyatda,

Nə dərd, nə qəm olaydı.

Məndən sonra dünyada,

Bircə şeirim qalaydı.

Ülvi bir şair uzaqgörənliyi ilə özündən sonra dünyada təkcə şeirinin qalmasını arzulayırdı. Ülvinin bahar ömrü qarlı qışa çevrilsə də, onun çox erkən, vaxtsız sönən gəncliyindən bahar ətirli misraları öz təravətini itirmədən yadigar qaldı bizlərə.

Azərbaycan ədəbiyyatında sevgi məfhumuna dair yüzlərcə əsər öz yerini tapsa da, Ülvinin qələmi öz möhrünü qeyri-adi fəlsəfi düşüncələriylə vuranlar sırasındadır.

Ülvi Bünyadzadə lirik - romantik şairdir. O, romantikanın bütün özəlliklərini poetik duyğularında böyük ruh yüksəkliyi ilə canlandıran eşq şairi, məhəbbət aşiqidir. Ülvinin ülvi məhəbbətdən yoğrulmuş poeziyasının ecazkar sehri onun lirik, romantik səpgili poetik misralarının daxilində duyulur. Bu misralarda Ülvinin şair qələmi sevgini, məhəb­bəti ülvi anlama çevirir:

Sevginin əzəldən mənası sirrdir,

Sevgisiz yaşamaq ölümlə birdir.

Ülvi, sevilməmək günah deyildir,

Sevməmək günahdı, sev, qadan alım.

Ülvinin şair hissləri sevgisiz həyatı ölümlə bərabər tutur. Onun şair qələmi sevgini dünyada müqəddəs, isti bir varlıq hesab edir. Şairin qənaətincə, hər kim ki həyatda sevməyibsə, bir kəsə könül verməyibsə, sevgi oduna alışıb-yanmayıbsa, deməli özünə günah qazanıb. Əlbəttə ki, şair ülvi sevgini uca tutaraq, sevib-sevilməyin, qarşılıqlı sevginin çox gözəl bir hiss olduğunu vurğulayır. Şair özünü sevilməməkdə deyil, sevməməkdə günahkar görür. Odur ki, Ülvi sevgini hər yerdə, hər zaman ilkin olaraq görmək istəyir və onun sonu olmayacağını, dünyada əbədi olaraq qalmasını diləyir:

Sevgilim, gəl eşqimizin adına,

Könüllərdən silinməyən ad qoyaq.

Mənim laləm, “məhəbbət”in yanına

“İlk”dən başqa özgə bir söz yazmayaq.

Ülvi Bünyadzadə yaradıcılığında sevgi məfhumu ilə yanaşı təbii ki, Ana Vətən məfhumu da ön plandadır. Ülvi doğulub, böyüyüb, boya-başa çatdığı qədim Göyçə mahalının əsrarəngiz, canlı təbiətini öz şeirlərində sanki bir rəssam fırçası ilə çəkmiş, ona müxtəlif çalarlar geydirmiş, bu canlı tablonu rəngarəng boyalarla əks etdirmişdir. Bu şeiri dinlədikcə sanki bircə anlıq ruhun bədəndən ayrılıb əfsanəvi Göyçə gölünün ətrafında dolanıb, o səfalı yerləri, büllur çeşmələri, gümüşü, yalçın qayaları, qoyunlu, quzulu dərələri, yaşıl donlu meşələri, cənnət yaylaqları, bir sözlə, Dədə Ələsgərin Ulu Göyçəsini Ülvinin müşayiəti ilə seyrə çıxırsan.

Dağlar başı ağ ləçəkdi,

Qoynu dolu gül-çiçəkdi,

Göyçə gölü nə göyçəkdi

Ələsgərin Göyçəsində.

Arzu, istək çiçəklənir,

Ürək əməllə bəslənir,

“Çoban-bayatı” səslənir

Tütəklərin meh səsində,

Ələsgərin Göyçəsində.

Göyçənin səfalı, güllü-çiçəkli, sərin yaylaqlarının qoynunda bir çoban tütəyinin avazı var bu şeirdə. İnsanların yurd içində arzu-əməllərinin çiçəklənməsi, qanad çalması var bu şeirdə. Başıçalmalı, qoca dağların əksi var bu şeirdə. Dədə Ələsgərin telli sazının sözü-söhbəti, çal-çağırı var bu şeirdə. Bir sözlə, Ulu Göyçəmizin bütünlüklə özü var bu şeirdə.

Ülvinin Ana Vətənə olan sonsuz sevgisi onun qaynar, coşqulu misraları ilə sanballı şəkildə təsvir edilmişdir. Bu qaynar misralarda Ülvi doğma yurdumuzun zaman-zaman yadelli işğalçılar tərəfindən başına gətirilən ağlasığmaz müsibətlərdən, bəlalardan, faciələrdən də yan keçməmiş, xalqımızın böyük sarsıntı ilə keçirdiyi ağrılı, acılı günləri kövrək duyğularla qələmə almışdır:

Bu şanlı torpağın bəxti kəm oldu,

Otura ağlaya, dura ağlaya.

Qaragöz qızların qisməti buymuş,

Kətməni bəxtinə vura ağlaya.

Bədxah qonşularımız doğma torpağımızın bir hissəsinə yiyələnəndə Ülvi uzaq Sibir torpağında hərbi xidmətdə idi. O, dostuna ünvanladığı əsgər məktubunda yazırdı: “Mən o gözəl Göyçəyə, dağlarla əhatə olunan uşaqlıq dünyama Allah bilir bir də qayıdacağammı? Ermənistandan Azərbaycana son bir ildə köçkünlərin içində mənim o mahalda yaşayan doğmalarım, tanışlarım da var. Mənə nə deyirsən de, ancaq Ana Torpağı atdıqlarına görə onları qınaya bilmirəm”.

Ülvinin ecazkar qələmindən büllur göz yaşı tək süzülən Vətən həsrətli misraları, Göyçə elinin yadelli işğalçılar tərəfindən zəbt edilməsi, şairin uşaqlıq illərini yaşadığı öz doğma ocağına həsrət qalması onun dərdini birə beş artırırdı. Lakin şair ümidini itirmir, doğulub, böyüyüb, boya-başa çatdığı Ulu Göyçəsinə bir gün dönəcəyini güman edirdi. O, xoşbəxt günün sorağında ikən müqəddəs yurduna dönəcəyi günü sonsuz ümidlərlə zənn edirdi:

Hələ Ulu Göyçə bir vaxt gələcək,

Cavab istəyəcək tutub yaxandan.

Haraya qaçsan da məzar olacaq,

Qarabağ sənə də “Hinger Poqosyan”.

Bax, onda gedəcəm Göyçə elinə,

Qanlı tarixini yazacam bir-bir.

Yəqin çatacağam o xoşbəxt günə,

Hələ səbr edirəm, mən hələ səbr...

Təəssüf ki, Ülvinin səbr etdiyi və gözlədiyi o xoşbəxt günə nə o, nə də ki biz gəlib çatmışıq. Nə qədər ki, Ulu Göyçəmiz namərdlər əlindədir, biz o xoşbəxt günü qanımızla da yazmağa hazır olmalıyıq. Azərbaycanın azadlığı, suverenliyi uğrunda canından keçmiş Ulu Göyçənin şair oğlu Ülvi Bünyadzadə kimi!

“Ana Vətən” kəlməsi Ülvinin nəbzində vururdu, ürəyində döyünürdü, varlığında yaşayırdı. Vətən həsrəti isə Ülvinin göz yaşlarına çevrilib, yanaqlarında parlayırdı. Axı Ülvi Vətəni sevmək üçün gəlmişdi dünyaya. Gəlmişdi ki, Vətəninin azadlığı uğrunda canını qurban versin. Ta ki körpəlikdən qanına, canına hopmuş inanılmaz Vətən sevgisi onun bu həyatda məsləkini, amalını müəyyənləşdirməyə bir vəsilə oldu.

Bütün ömrü boyu Vətəninin, xalqının azadlığını düşünə­rək bu müqəddəs məslək naminə çaba göstərib də el yolunda Şəhid olacağını öncədən duymuş, öncədən sezmişdi. Arzuladığı Şəhidlik yoluna başıuca, alnıaçıq çıxmaq üçün. Çünki Ülvinin Ana Vətən qarşısında bir övlad borcu var idi və o, borcu yerinə yetirməyə yamanca tələsirdi. Bəli, Şəhid olmağa tələsirdi Ülvi...

Ülvi gənclik duyğularının ən şirin anlarını, ömrün bahar çağını, çılğın, qaynar həyat yaşantılarını həzin misralara çevirir, bir sevgi işığında taleyinə yazılacaq günləri pıçıldayır. Zaman keçir, Ülvinin gizli pıçıltıları, bəyaz kağıza köçürdüyü həzin misralar bir şair uzaqgörənliyi ilə yarımçıq qalacaq ömründən, bəxtsiz taleyindən xəbər verir. Şair sanki öz ölümünü öncədən duyur, nə zamansa ölümün acığına fani dünyaya yenidən qayıdacağını bildirir:

Anam da, övladlarım da,

Məni qəmgin xatırlasın.

Qoy ən əziz dostlarım da

Həmişəlik yadırğasın.

Bir ocağın ətrafında,

Mənə “ehsan” paylasınlar.

Qoy lap məni “bəxtsiz” -deyə,

Bənzətsinlər bir yazığa.

Ancaq gözlə, gəlməliyəm

Bir ölümün acığına.

Ancaq həyatdan əbədi getmiş bir insanın yenidən həyata qayıdacağı əlbəttə ki, nağıl misallıdır. Ülvinin həyata yenidən qayıdacağını nağıl hesab etsək də, biz bu nağılı nə zamansa gerçək qəbul etməliyik. Axı, şair bir ölümün acığına gəlməliyəm deyir. Biz isə gözləyirik...

Bahar gəncliyini bircə an belə düşünməyərək tükürpədici,soyuq nəfəsli qara Yanvar rüzgarının ağuşuna atılaraq Azərbaycan xalqının azadlıq sevdasını mənən öldürməyə çalışan azğınlaşmış “Qırmızı imperiya”nın ağır zirehli tank tırtılları önündə sinəsini dağ kimi sipər etdi. Bəli, onunçün sipər etdi ki, gecənin qaranlığında ildırım surətiylə Vətənin köksünə atılan güllələr Vətəninə, xalqına deyil özünə tuşlansın. Yetər ki, Vətənin bağrından qan axmasın. Çünki Vətənin Ülvi kimi igid, qəhrəman oğulları ölməyib ki...

Ülvi hərbi xidmətdən qayıdandan sonra Vətənə yazdığı andına həyatının son anınadək sadiq qaldı. 1990-cı ilin qanlı 20 Yanvar gecəsi Ülvi Bünyadzadə Vətənə layiqli oğul olduğunu öz Şəhidliyi ilə sübut etdi. Ülvi bu yolda qorxub-çəkinmədən ölümün gözünə dik baxdı. Azğınlaşmış rus ordusunun odlu gülləsi onun bitibtükənməyən arzularına, istəklərinə, yaşamaq-yaratmaq həvəsinə əbədi nöqtə qoydu. Ancaq o güllə Ülviyə tuşlanmaqla onu öldürmədi, əksinə əbədi yaşatdı. Tanrı dərgahında diri hesab edilən Şəhid titulu ilə. Yüzlərlə Vətən övladları kimi Ülvinin də torpağa axıdılan məsum qanı ilə yazıldı azadlığımız, müstəqilliyimiz o gecə. Axı, Ülvi xalqın oğlu idi. Bunu sağlığında özü də deyərdi. Həyatda şərəfli ölümü hər şeydən üstün tuturdu Ülvi. Şərəfli ölüm də sonda qisməti oldu.

Hər kəs Şəhidlik zirvəsinə yüksəlmək istər. Fəqət bu zirvəyə yüksəlmək üçün böyük hünər göstərməli, vətənini cani-qəlbdən sevməli, onun üçün odlardan, alovlardan keçməyə hazır olmalıdır. Budur Şəhidlik anlamı!

Söz yox ki, sən Azərbaycan adlı bir məmləkətin müstəqillik təməlini qoymuş Məhəmməd Əmin Rəsulzadənin və onun yolçusu sayılan Əhməd Cavadın, doğma torpağını yağılar əlində deyil, azad, firavan görmək istəyən Hüseyn Cavidin, Mikayıl Müşfiqin mənəvi varisisən, Ülvi! Buna qətiyyən şübhəmiz yoxdur. Getdiyin yol elə pak, elə müqəddəs bir yoldur ki... Vaxtilə Rəsulzadənin qaldırdığı üçrəngli bayrağımızı azadlıq səmasında yenidən dalğalanan görmək dilə­yilə cismini odlara yaxmağa bütün varlığınla hər an hazır idin. Sənin vaxtilə öz məsləkin, vicdanın qarşısında içdiyin müqəddəs andın da Rəsulzadənin Azərbaycan-Türk gənclərinə xitab etdiyi çağırış andına xüsusi cavabdır desək, yanılmarıq. Sənin “And”ın da Rəsulzadənin andı kimi Azərbaycan gəncinin özünü, milli kimliyini, milli şüurunu və milli mənəviyyatını asanlıqla dərk etməsi üçün həyata vəsiqəsidir sanki.

Bu yazımı isə sənin fikrinə şərik çıxıb da sözünə qüvvət verərək, tarix yaddaşına əbədi həkk edilmiş, adın kimi ölməz, ülvi misralarınla tamamlamaq istərdim:

Döyüşlərdə yoğrulmuşuq,

Gələcəyə qaranquşuq.

Həyat üçün doğulmuşuq,

Vətən üçün ölməliyik!

Sevinc Ədalətqızı

Tədqiqatçı, publisist

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

John Doe 1 il əvvəl

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

John Doe 1 il əvvəl

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

John Doe 1 il əvvəl

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

John Doe 1 il əvvəl

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

John Doe 1 il əvvəl

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com