RƏHMAN ORXAN:
QUBAD DADAŞOV - 90
Sumqayıt kimyaçılarının ağsaqqalı sayılan, SSRİ-nin “Əlaçı kimyaçısı” olan Qubad Əmir oğlu Dadaşov Azərbaycanın neft-kimya sənayesinin ilk qurucularından olmuş, 1957-ci ildən etibarən keçmiş Sintetik Kauçuk zavodunda əmək fəaliyyətinə başlayaraq, yarım əsrdən artıq həmin müəssisədə istedadlı kimyaçı-texnoloq kimi fədakarlıqla çalışmış, zavodun “Əməkdar veteranı”fəxri adına layiq görülmüşdü.
Qubad Dadaşov 17 may 1933-cü ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində dünyaya gəlmişdi. Orta məktəb illəri II Dünya müharibəsinin ağır illərinə düşməsinə, bütün çətinliklərə baxmayaraq, o, 1951-ci ildə orta məktəbi uğurla bitirərək, elə həmin il o zamankı Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, oranı mühəndis-texnoloq ixtisası üzrə bitirərək, təyinatla o vaxtlar respublikanın ilk neft-kimya müəssisəsi olan Sumqayıt Sintetik Kauçuk zavoduna işə göndərilmişdi. Gənc və istedadlı, yenilikçi kimyaçı-texnoloq kimi qurulmaqda və genişlənməkdə olan müəssisənin yeni sex və qurğularının işə salınmasında öz bilik və bacarığı ilə gecə-gündüz çalışıb, fəallıq nümayiş etdirərək, zəngin istehsalat təcrübəsi toplamış istedadlı kimyaçı Qubad Dadaşov sonralar Rusiyanın Tolyatti, Sterlitamak şəhərlərində və Rumıniyada rus, alman və cex mütəxəssisləri ilə birgə yeni kimya müəssisələrinin, mürəkkəb istehsalat qurğularının istismara verilməsində də iştirak etmişdi.
Qubad Dadaşov 2010-cu ilin noyabrına kimi əmək bioqrafiyasında ilk və son, yeganə iş yeri kimi qeyd edilmiş “Azərikimya” İstehsalat Birliyinin onun üçün doğma olan müəssisəsində çalışmışdır. O, neft-kimya sənayesində uzun illər səmərəli fəaliyyətinə görə SSRİ-nin «Əlaçı kimyaçı»sı, Sintetik Kauçuk zavodunun “Əməkdar veteranı” fəxri adlarına, Sumqayıt şəhər Sovetinin bir-çox Fəxri-fərmanlarına layiq görülmüşdü.
Qubad müəllim 53 il gərgin istehasalat həyatından sonra təqaüdə çıxsa da, şəhərin ictimai həyatından kənarda qalmamışdı. O, ömrünün sonrakı illərində məsləhətçi və şöbə müdiri kimi Zakir Fərəcovun rəhbərliyi ilə Sumqayıt Bələdiyyəsinin formalaşmasına və inkişafına da öz layiqli töhfəsini vermişdi.
Zəngin təcrübəli istehsalat adamı kimi, həm də insanpərvərliyi və xeyirxahlığı, sadəlyi və təvazökarlığı ilə müəssisə kimyaçılarının, bütün sumqayıtlıların dərin hörmət və nüfuzunu qazanmış Qubad Dadaşov Sumqayıt şəhər Sovetinin deputatı olmuş, çalışdığı müəssisənin və şəhərin ictimai-mədəni həyatında hər zaman yaxından, yüksək fəallıqla iştirak etmişdir.
Xatirəsi heç zaman unudulmayacaq bacarıqlı, veteran istehsalatçı-kimyaçı, gözəl insan, üç övladı və 6 nəvəsi olan Qubad Dadaşov dünyadan 2014-cü ildə, 81 yaşında köçmüşdür.
P.S. Çox acı təəssüf doğurur ki, Sumqayıtla bağlı müxtəlif müəlliflərin son 30 ildə nəşr etdikləri kitablarda Qubad müəllimdən sonra zavodda çalışanların çoxu, onun yetirmələri, hətta sumqayıtlıların adlarını dilə belə gətirmək istəmədikləri bir-çox harınlamış ticarət işçiləri və rüşvətxor idarə və müəssisə rəhbərləri haqqında ağız dolusu təriflərlə məqalələr yazıldığı halda bu zəngin təcrübəli istedadlı kimyaçı, təvazökar, saf qəlbli insan haqqında bir məqalə belə yazılmamışdır.
Rəhman ORXAN
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.