ADPU-da Heydər Əliyevin 100 illiyi qeyd olundu: “Əsrə bərabər ömür”
Mayın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Əsrə bərabər ömür” adlı konfrans keçirilib.
Tədbirdən əvvəl universitetin əməkdaş və tələbələri Fəxri Xiyabanda Ulu Öndərin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını ifadə ediblər.
ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanovun moderatorluğu ilə keçirilən konfransda əvvəlcə Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin müdiri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması haqqında Sərəncamına uyğun olaraq, Pedaqoji Universitetin Heydər Əliyev Mərkəzi tərəfindən mütəmadi olaraq birinci tədris ili tələbələri üçün "Heydər Əliyev dərsləri" keçirilir, Ulu Öndərə həsr olunmuş müxtəlif konfrans və seminarlar təşkil olunur.
Konfransda giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, fenomenal şəxsiyyət olan Heydər Əliyev xalqımızın öz çoxəsrlik tarixində yetirdiyi ən parlaq simalardan biridir. Dərin savadı, geniş dünyagörüşü, qeyri-adi hafizəsi, analitik təfəkkürü, mükəmməl natiqlik qabiliyyəti və təşkilatçılıq bacarığı sayəsində Ulu Öndər dünyanın ən tanınmış dövlət başçıları ilə bir səviyyəyə yüksələ bilmişdi. ABŞ-ın sabiq Prezidenti Corc Buş onu “Cənubi Qafqazda ən əsas şəxsiyyət”, Rusiya Prezidenti Vladimir Putin “siyasət nəhəngi”, dəfələrlə Türkiyənin Baş naziri olmuş Bülent Ecevit “min ildə bir dəfə yetişən dahi” adlandırırdı.
Heydər Əliyev elə nadir liderlərdəndir ki, öz ölkəsinə iki dəfə, bir-birindən köklü şəkildə fərqlənən iki sosial-iqtisadi və siyasi sistem şəraitində uğurla rəhbərlik edə bilmişdir. 1969-1982-ci illəri əhatə edən birinci dövrdə Azərbaycan sosial-iqtisadi gerilikdən sürətli inkişaf yoluna çıxmış, cəmiyyət həyatının bütün sahələrində əsaslı dəyişikliklər baş vermişdir.
Məhz müstəsna keyfiyyətləri sayəsində Heydər Əliyev 1982-1987-ci illərdə Sovet İttifaqının ali rəhbərlərindən biri səviyyəsinə yüksəlmişdi. Heydər Əliyevədək nəinki heç bir azərbaycanlı, ümumiyyətlə, SSRİ-nin tərkibindəki heç bir müsəlman respublikasının nümayəndəsi belə yüksək mənsəbə çata bilməmişdi.
1993-2003-cü illər Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi dövrüdür. XX əsrin sonu - XXI yüzilliyin əvvəllərində respublikamıza Heydər Əliyev kimi təcrübəli bir şəxsin başçılıq etməsi xalqımızı böyük bəlalardan qurtardı. Ölkəmiz həmin illərdə xaos və anarxiyadan ictimai-siyasi sabitlik, tənəzzüldən davamlı inkişaf yoluna qədəm qoydu.
Heydər Əliyev istər Azərbaycanın rəhbəri olduğu, istərsə də Sovet İttifaqının ali rəhbərliyində təmsil olunduğu illərdə ölkəmiz və xalqımız qarşısında elə müstəsna xidmətlər göstərmişdir ki, 1969-2003-cü illər arasındakı 34 illik böyük bir dövr haqlı olaraq “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” adlandırılır. Təsadüfi deyil ki, 2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərində seçicilərin dörddə üçündən çoxu məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun davamçısına səs verdi. Son 20 ildə ölkəmiz Ulu Öndərin formalaşdırdığı möhkəm təməl üzərində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etməkdədir.
Daha sonra tarix elmləri doktoru, professor Xaqani Məmmədov “Azərbaycan tarixinin Heydər Əliyev dövrü", Azərbaycan tarixi kafedrasının baş müəllimi Cəfər Xanəliyev “Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycanda təhsilin inkişafı”, ADPU-nun Tələbə Gənclər Təşkilatının sədri Təhmasib İmaməliyev “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzularında məruzələrlə çıxış ediblər.
Bədii hissədə Heydər Əliyevə həsr olunmuş sənədli filmin nümayişindən sonra Filologiya fakültəsinin tələbəsi, “Meh” ədəbi dərnəyinin üzvü Könül Babayeva Xalq şairi Zəlimxan Yaqubun “İmzalı, möhürlü həqiqətimsən” şeirini səsləndirib. Konfrans İncəsənət və fiziki tərbiyə fakültəsinin tələbə xorunun ifasında “Ulu Öndər” və “Ali Baş Komandan” mahnıları ilə yekunlaşıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.