HƏBİB MİSİROV:
Heydər Əliyev-Xalqın Xilsakarı mövzusunda tədbir keçirilib
"Heydər Əliyev İli" çərçivəsində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Yevlax şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 30 saylı tam orta məktəbində 08 may 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Heydər Əliyev- Xalqın Xilsakarı mövzusunda tədbir keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və məktəbin müəllim-şagird kollektivi iştirak etdi. İlk önçə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət olan sərgiyə baxış keçirildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən, XX əsrin ikinci yarısı ilə bağlıdır. Heydər Əliyevin fəaliyyətinin 1993-2003-cü illəri bir ömrün qızıl salnaməsidir. Ulu Öndər həmin dövrdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqilliyi daha da möhkəmləndirilmiş Azərbaycanı bəxş etdi. Sevindirici haldır ki, Ulu Öndərimizin ölməz ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ötən müddət ərzində dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Məktəbin direktoru Zahid Kazımov çıxış edərək tədbir haqqında ətraflı məlumat verərək bilidirdi ki, tarixi şəxsiyyətlərin gördüyü işlərdən, dövlət, xalq qarşısında xidmətlərindən bəhs edərkən keçilən yola nəzər salmaq tələb kimi qarşıya qoyulur. XX əsr tarixində fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik ənənəsi tarixin bizə bəxş etdiyi milli sərvətdir. Bu sərvətin dəyəri illər keçdikcə daha dərindən dərk olunur. Ümummilli Liderin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyası gəlir. Böyük qətiyyəti, siyasi iradəsi ilə xilaskarlıq missiyasını yerinə yetirən Ümummilli Lider yeni, müasir Azərbaycanı qurdu. Ümummilli liderin siyasətini bu gün Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Azərbaycan Prezidenti ölkəmizin inkişafı ilə bağı mühüm işlər görür. Məktəbin tarix müəlliməsi Ulu Öndərin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb, dahi liderin bütün həyatı boyu doğma xalqının inkişaf və tərəqqisi uğrunda çalışdığını deyib, Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı onun davamçısı Prezident İlham Əliyevin dünyada güclü və nüfuzlu dövlətə çevirdiyini diqqətə çatdırıb. Qeyd edib ki,Heydər Əliyev müasir Azərbaycanımızın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdəndir!
Şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər və ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.
Sonda YAP Kəlbəcər rayon təşkilatı tərəfindən fəal üzvlərə diplomlar təqdim edildi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.